Zelenski Çinin Ukrayna üzrə danışıqlarda iştirakını istisna etmir
Dünya 17 Fevral 2025, 15:49

295
Kiyev rejiminin başçısı Volodimir Zelenski Çinin Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda iştirakının mümkünlüyünü istisna etmir.
Citypost.az xəbər verir ki, Ukrayna lideri BƏƏ-də keçirdiyi mətbuat konfransında bildirib ki, Çinin Ukrayna ilə bağlı danışıqlarda iştirakı istisna deyil.
Onun sözlərinə görə, Çin təhlükəsizlik zəmanəti verə və Ukraynanın yenidən qurulmasına kömək edə bilər.
"Çinlə bağlı biz həmişə ciddi oyunçuların iştirakına hazır olduğumuzu demişik", - Ukrinform agentliyi mətbuat konfransından sitat gətirir. Zelenski hesab edir ki, danışıqlar masasında Ukraynanın bərpasına təhlükəsizlik zəmanəti, yardım və sərmayə üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olanlar olacaq.
Həmçinin oxuyun
Həmin mətbuat konfransında Kiyev rejiminin başçısı bildirib ki, o, Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqların nəticələrini tanımır, çünki Ukrayna danışıqlarda iştirak etmir.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Rusiya dövlət başçısı Vladimir Putinin tapşırığı ilə ABŞ nümayəndələri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına gedəcəklər. Görüş fevralın 18-də baş tutacaq və Rusiya ilə ABŞ arasında münasibətlərin bərpasına həsr olunacaq.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir
Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.
14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək
Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.
14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var
Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.
14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib
ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.
14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır
ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.
14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır
ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.
14 Mart 2025, 17:17