Bizə yazın

Baku

-°C

USD

-

ABŞ Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı genişləndirməyə ümid edir

Dünya 18 Fevral 2025, 12:00

579

ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanı ilə iqtisadiyyat və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib.

Citypost.az  xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun bəyanatında deyilir.

Sənəddə qeyd olunduğu kimi, fevralın 17-də Rubio Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və krallığın xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.

"Dövlət katibi ABŞ və Səudiyyə Ərəbistanı arasında iqtisadi və müdafiə sahəsində əməkdaşlığın dərinləşəcəyinə ümid etdiyini bildirib və həmçinin ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsinə sadiq olduğunu bildirib", - məlumatda deyilir.

“Dövlət katibi və vəliəhd Qəzzada atəşkəsin qorunmasına və Amerika vətəndaşları da daxil olmaqla, HƏMAS-ın bütün girovlarının azad edilməsinə sadiq olduqlarını təsdiqləyiblər”, – Rubio “regional təhlükəsizliyə töhfə verən Qəzza sazişinin əhəmiyyətini vurğulayıb”.

Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, tərəflər “Suriya, Livan və bütün regionda ümumi maraqların, o cümlədən Qırmızı dənizdə təhlükəsizlik və gəmiçilik azadlığının təşviqi yollarını müzakirə ediblər”.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17