Lavrov: "Baydenin siyasəti dolların mövqeyini sarsıtdı"
Dünya 19 Fevral 2025, 16:30

438
"ABŞ-ın əvvəlki prezidenti Co Baydenin siyasəti dolların ehtiyat valyuta kimi mövqeyini sarsıdıb".
Citypost.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatında deyib.
BRİKS ölkələrinin iqtisadi perspektivləri ilə bağlı sualı cavablandıran Rusiya xarici işlər naziri Baydenin siyasətinin valyuta problemlərinə səbəb olduğunu qeyd edib.
"ABŞ-ın əvvəlki administrasiyasının siyasəti dolların mövqeyini sarsıtdı və digər ölkələri özləri üçün alternativ ödəniş variantları hazırlamağa məcbur etdi", - Lavrov bildirib. Braziliya lideri Luiz İnasio Lula da Silvanın təşəbbüsü ilə Kazanda keçirilən BRİKS-in sonuncu sammitində alternativ ödəniş platformaları ilə bağlı təkliflər müzakirə edilib.
Həmçinin oxuyun
“Alternativ ödəniş platformaları BRİKS ölkələrinin xarici şoklara davamlılığını artıracaq”, - Lavrov yekunlaşdırıb.
Bundan əvvəl Lavrov bildirmişdi ki, Rusiya və ABŞ nümayəndələrinin Ər-Riyaddakı görüşü zamanı müzakirə etdikləri mövzular arasında bank köçürmələri ilə bağlı məhdudiyyətlər var. Tərəflər belə qənaətə gəliblər ki, normal münasibətlərin inkişafını çətinləşdirən bu narahatlıqlara birdəfəlik son qoymaq üçün problemin həllinə sistemli yanaşmaq lazımdır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir
Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.
14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək
Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.
14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var
Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.
14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib
ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.
14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır
ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.
14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır
ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.
14 Mart 2025, 17:17