Bizə yazın

Baku

-°C

USD

-

"Yandex"in gəliri ilk dəfə 1 trilyon rublu ötüb

Dünya 20 Fevral 2025, 17:39

554

Rusiyanın texnoloji şirkəti "Yandex"in gəliri 2024-cü ildə əvvəlki illə müqayisədə 37 faiz artaraq ilk dəfə olaraq 1 trilyon rublu (təxminən 11,2 milyard dollar) ötüb.

Citypost.az xəbər verir ki, "Yandex"in verdiyi açıqlamada şirkətin xalis mənfəətinin ötən il 2023-cü ilə nisbətən 94 faiz artaraq 100,9 milyard rubla çatdığı bildirilib.

Açıqlamada, sözügedən dövrdə şirkətin gəlirinin 37 faiz artaraq 1,1 trilyon rubla çatdığı, 2025-ci ildə isə gəlirdə yüzdə 30-dan çox artımın gözlənildiyi bildirilib. "Yandex"in ana şirkəti olan Hollandiyada yerləşən "Yandex NV" keçən il Rusiyadakı aktivlərini rusiyalı investorlar konsorsiumuna 475 milyard rubla (təxminən 5,2 milyard dollar) satıb. "Yandex"in Rusiyada rəqabət apardığı "Google", Ukrayna müharibəsi səbəbindən onlayn reklam xidmətlərini dayandırmışdı.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Obama faşist idi? 

Keçmişdən üzə çıxan bir video görüntüsü ABŞ-ın sabiq prezidenti Barak Obama-nın 2011-ci ildə başladığı "İsrafın Qarşısını Alma Kampaniyası"nı yenidən gündəmə gətirib. Həmin vaxt Obama və vitse-prezident Co Baydenin rəhbərliyi ilə aparılan bu təşəbbüs hökumət xərclərini azaltmağı və lazımsız büdcə itkilərinin qarşısını almağı hədəfləyirdi.Citypost.az   xəbər verir ki, videoda Obama hökumətin meşə mühafizəçiləri üçün yaratdığı bir vebsaytı tənqid edərək, "Musiqilərini iPod-uma yükləyərəm, amma onların internet trafikinə pul ödəmərəm" ifadəsini işlədir.Obama və DOGE MübahisəsiMəşhur iş adamı İlon Mask Obama-nın çıxışını paylaşaraq, onun hökumət israfçılığına qarşı gördüyü tədbirləri bu gün tətbiq olunan DOGE (Defund Overgrown Government Entities) təşəbbüsü ilə müqayisə edib. Qeyd edək ki,...

16 Mart 2025, 18:53

“Amerikanın səsi” bağlandı

“Amerikanın səsi”nin 1300-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib və radiostansiyanın özü susub.Bu barədə radiostansiyanın direktoru Maykl Abramovits məlumat verib.O, “LinkedIn” sosial şəbəkəsində qeyd edib:“Məşhur “Amerikanın səsi”nin 83 ildə ilk dəfə susması məni çox kədərləndirib. Bu səhər öyrəndim ki, “Amerikanın səsi”nin faktiki olaraq bütün işçiləri - 1300-dən çox jurnalist, prodüser və yardımçı heyət inzibati məzuniyyətə buraxılıb. Elə mənim kimi”.ABŞ prezidenti Donald Tramp martın 14-də Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik “Amerikanın səsi” radiostansiyasına nəzarət edib və maliyyələşdirib....

16 Mart 2025, 09:40

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45