Bizə yazın

Baku

-°C

USD

-

Fransa Almaniyada nüvə qüvvələri yerləşdirmək istəyirdi  

Dünya 25 Fevral 2025, 12:49

628

ABŞ Avropadakı hərbi mövcudluğunu azaldacağı təqdirdə Fransa Almaniyada nüvə silahı ilə təchiz edilmiş döyüş təyyarələri yerləşdirə bilər.

Citypost.az xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.

"Almaniyada bir neçə fransız nüvə qırıcısının yerləşdirilməsi çətinlik yaratmamalı və Rusiya üçün ciddi siqnal ola bilər", - adının açıqlanmasını istəməyən bir fransız rəsmisi nəşrə bildirib.
Həmçinin, alman diplomatların fikrincə, Parisin belə bir addımı Böyük Britaniyanın baş naziri Keir Starmerə təzyiq göstərəcək və “onu da eyni şeyi etməyə təşviq edəcək”.
Fevralın 19-da Financial Times (FT) qəzeti Avropa İttifaqı ölkələrinin Rusiyanın ABŞ-la danışıqlar prosesi zamanı Amerika qoşunlarının Avropadan çıxarılmasına nail ola biləcəyi ilə bağlı qorxularını açıqlayıb. Nəşrin qeyd etdiyi kimi, Avropa rəsmiləri dərk etməyə başlayıblar ki, Vaşinqton artıq Avropa İttifaqı və Ukraynanın təhlükəsizliyinin əsas təminatçısı olmaq istəmir.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66