Bizə yazın

Baku

-°C

USD

-

Lavrov fevralın 25-də İrana səfər edəcək

Dünya 25 Fevral 2025, 13:14

684

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 25-də Tehrana işgüzar səfər edəcək.

Citypost.az bu barədə TASS-a istinadən xəbər verir.
“Fevralın 25-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin dəvəti ilə Tehrana işgüzar səfərə gedəcək”, - deyə məlumatda bildirilir.
Nazirlik qeyd edib ki, diplomatik idarələrin rəhbərləri yanvarın 17-də Moskvada yeni baza dövlətlərarası sazişin imzalanması ilə rəsmi olaraq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Rusiya-İran münasibətlərinin ikitərəfli gündəliyini obyektiv şəkildə müzakirə edəcəklər.
Rusiya XİN-in məlumatına görə, danışıqlar zamanı enerji və nəqliyyat sahəsində əsas birgə layihələrin həyata keçirilməsi kontekstində qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın gələcək inkişafına xüsusi diqqət yetirilməsi planlaşdırılır.
“Bir sıra aktual beynəlxalq problemlər, o cümlədən Suriya, Zaqafqaziya, Əfqanıstan, Yəmən, Fars körfəzi zonası, Yaxın Şərqin nizamlanması, Xəzər məsələləri və İranın nüvə proqramı üzrə birgə və hərtərəfli fəaliyyət planı ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılmalıdır”, - Rusiya Xarici İşlər Nazirliyi əlavə edib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17