Bizə yazın

Baku

-°C

USD

-

"Kiyev Bayden administrasiyası ilə memorandum imzalamaqdan imtina edib"- NYT

Dünya 27 Fevral 2025, 17:21

397

Ukrayna ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası ilə anlaşma memorandumunun imzalanmasını dəfələrlə təxirə salaraq, respublikaçı Donald Trampın seçkilərdə qələbəsindən sonra ABŞ-ın yeni hakimiyyət orqanları ilə müqavilə imzalamaq arzusunu ifadə edib.

Citypost.az xəbər verir ki, bu barədə New York Times (NYT) bildirir.

Məlumatlara görə, Vaşinqton və Kiyev ötən ilin payızında Ukraynanın ABŞ-la potensial mədən layihələri haqqında məlumat paylaşmağa borclu olacağı və Amerika şirkətlərinə tenderlərdə iştirak etmək üçün daha çox vaxt verən saziş imzalamağa yaxın idi. ABŞ öz növbəsində texniki yardım göstərmək öhdəliyini üzərinə götürüb.
2024-cü ilin oktyabrında ABŞ dövlət katibinin müavini Xose Fernandes və Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko Vaşinqtonda müvafiq memorandumu imzalamalı idilər, lakin Ukrayna tərəfi Amerika paytaxtına getməkdən imtina edib.
Sazişin imzalanması noyabrın 13-də Varşavaya təxirə salınsa da, Sviridenko bir daha gəlməyib. NYT mənbələri Trampın seçkilərdə qalib gəlməsindən sonra ukraynalı diplomatların amerikalı həmkarlarına gələcək prezidentin andiçmə mərasimini gözləmək və Vaşinqtonda yeni administrasiya ilə müqavilə imzalamaq istədiklərini bildiriblər.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17