Bizə yazın

Baku

-°C

USD

-

Abşeronda əməliyyat: 48 kq narkotik aşkarlandı  

Hadisə 14 May 2025, 12:21

452

Abşeron rayonunda əməliyyat keçirib.

Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xırdalanda 35 yaşlı kişi qətlə yetirilib 

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.“Report”un yerli bürosu məlumat verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

17 May 2025, 20:38

Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb 

Sumqayıt şəhərində dəm qazı zəhərlənməsi nəticəsində ölüm hadisəsi baş verib.Hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.1977-ci il təvəllüdlü Nəsirova Həqiqət İmran qızı yaşadığı evin hamam otağında ölü tapılıb. İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır.

16 May 2025, 21:40

38 yaşlı sabiq məmur həbsxanada öldü 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi həbsdə ölüb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Qarışıq Tipli Cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə cəza çəkən Bərdə rayon sakini 38 yaşlı Mustafayev Rauf Abış oğlu vəfat edib. R.Mustafayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq baş mühasibi olub. İlkin məlumata görə, mərhum anemiyadan əziyyət çəkirmiş.Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə həbs edilmişdi. Araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatar daxil etməklə 90 min manata yaxın pul...

16 May 2025, 11:00

Ana həbsdəki oğluna narkotik keçirmək istəyib 

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.Bu barədə  xidmətdən məlumat verilib.Bildirilib ki, həbs olunmuş şəxs Ramil Həsən oğlu Quliyevə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman şalvarın cibində gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,098 qram heroin və ümumi çəkisi 0,021qram metamfetamin aşkar olunub.Faktla bağlı araşdırma aparılır.Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır....

16 May 2025, 10:45

Xaçmazda avtomobil məktəblini vuraraq öldürüb  

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 May 2025, 16:43

Partlayış səsləri ilə əlaqədar təşvişə düşməyin! - MN  

Pirəkəşküldə 14-16 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.Bu barədə 

14 May 2025, 13:13