Bizə yazın

Baku

-°C

USD

-

Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib 

Hadisə 18 May 2025, 10:38

183

Türkiyədə episentri Egey dənizi olan 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytında məlumat verilib.

Zəlzələnin yerin 7,01 kilometr dərinliyində baş verdiyi müəyyən edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Beyləqanda avtomobil rəmzi giriş qapısına çırpılıb, 4 nəfər yaralanıb 

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosu xəbər verir ki, hərəkətdə "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.Hadisə nəticəsində 2001-ci ilə təvəllüdlü, Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü, Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü, 1998-ci il təvəllüdlü, Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.Faktla bağlı araşdırma aparılır....

18 May 2025, 12:08

Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Renault" markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.Faktla bağlı araşdırma aparılır.

18 May 2025, 11:45

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb, saxlanılan var  

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb."Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həmyaşıdı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırmalar davam etdirilir.

17 May 2025, 21:13

Xırdalanda 35 yaşlı kişi qətlə yetirilib 

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.“Report”un yerli bürosu məlumat verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

17 May 2025, 20:38

Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb 

Sumqayıt şəhərində dəm qazı zəhərlənməsi nəticəsində ölüm hadisəsi baş verib.Hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.1977-ci il təvəllüdlü Nəsirova Həqiqət İmran qızı yaşadığı evin hamam otağında ölü tapılıb. İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır.

16 May 2025, 21:40

38 yaşlı sabiq məmur həbsxanada öldü 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi həbsdə ölüb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Qarışıq Tipli Cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə cəza çəkən Bərdə rayon sakini 38 yaşlı Mustafayev Rauf Abış oğlu vəfat edib. R.Mustafayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq baş mühasibi olub. İlkin məlumata görə, mərhum anemiyadan əziyyət çəkirmiş.Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə həbs edilmişdi. Araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatar daxil etməklə 90 min manata yaxın pul...

16 May 2025, 11:00