Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və İran işğaldan azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir - VİDEO 

Hərbi 18 May 2025, 11:20

1729

Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.

Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, "Araz - 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tovuz döyüşlərindən 5 il ötür 

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.CityPost.az-ın  məlumatına görə, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 5 il ötür.2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.Eyni zamanda,...

12 İyul 2025, 00:02

Rusiyanın Hindistandan helikopter almaq arzusu puç oldu 

Rusiya və Hindistanın Ka-226T helikopterlərinin istehsalı üzrə birgə layihəsi faktiki olaraq dondurulub.CityPost.az  xəbər  verir   ki, “The Moscow Times” Hindistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır  ki, bu təşəbbüs sanksiya təzyiqi və pandemiyanın nəticələri səbəbindən özünü doğrultmayıb.Nəşrin məlumatına  görə, Hindistan tərəfi hazırkı şəraitdə işi bərpa etmək üçün heç bir perspektiv görmür.Ka-226T-nin istehsalı ölkələr arasında ən böyük hərbi-texniki əməkdaşlıq layihələrindən biri olmalı idi: 200 helikopterin yığılması planlaşdırılırdı, onlardan 140-ı Hindistanda Hindustan Aeronautics Limited (HAL) zavodunda hazırlanmalı idi. “Hind-Rusiya Helikopterləri” birgə müəssisəsinin yaradılması haqqında memorandum 2016-cı ildə imzalanıb, 2019-cu ildə isə Tumakuru şəhərində müəssisənin tikintisi üçün ilk addım  atılıb. Bununla belə, Hindistanın müdafiə departamentindəki...

09 İyul 2025, 22:27

Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib 

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir:“Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti...

28 İyun 2025, 14:48

Hindistan Rusiyadan silah alır

Hindistan və Rusiya qısa müddət ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və mühüm hərbi texnikanın alınmasını müzakirə ediblər. CityPost.az  xəbər   verir   ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri Racnath Singh və Andrey Belousov arasında Çinin Qinqdao şəhərində keçirilən görüşün yekunlarına dair məlumat yayıb.“Bu, iki ölkənin müdafiə nazirləri arasında son vaxtlar ən mühüm görüşlərdən biri idi...” nazirliyin bəyanatında deyilir."S-400 sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və qısa müddət ərzində mühüm hərbi texnikanın alınması görüşün əsas mövzularından olub", - nazirlik vurğulayıb.Miri...

27 İyun 2025, 14:09

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif edilib - SİYAHI  

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi barədə Sərəncam imzalayıb.

25 İyun 2025, 13:10

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - VİDEO

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.Bu barədə CityPost.az-a DİN-dən bildirilib.Məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən...

20 İyun 2025, 10:53