Bizə yazın

Baku

-°C

USD

-

İmişlidə qəzada xəsarət alan uşaq xəstəxanada ölüb

Hadisə 22 Yanvar 2025, 11:46

358

Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Bu barədə Citypost.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, yanvarın 22-də saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.

Bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanıb, döş qəfəsi balonu yerləşdirilib. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulub və yüksək inotrop dəstəyi alıb.

Qeyd edək ki, yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.

İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda ata oğlunu öldürdü  

Tərtərdə qətl törədilib.

14 Mart 2025, 14:00

Ağır qəza: Ölənlər var 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunda (Bakı-Şamaxı-Yevlax avtomobil yolununun 138-ci kilometrliyində) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük və minik avtomobilləri toqquşub, 2 nəfər köməksiz vəziyyətdə qalıb.Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....

13 Mart 2025, 20:24

Azərbaycanda qoruq yanır  

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

11 Mart 2025, 16:09

Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)

Bakıda yanaraq dünyasını dəyişən müğənni  Həmidə Elşən qızı Tağıyevanın anası qızının ölümü ilə bağlı şok iddialar səsləndirib.Hadisə 2024-cü ilin mayın 3-də gecə saatlarında Xırdalan qəbiristanlığında baş verib. Yanıq xəsarətləri alaraq ölən müğənninin  anası Samirə  Tağıyeva  hadisənin əslində  intihar yox,cinayət  əməli  olduğunu  bildirib.Bu barədə O, CityPost.az saytına verdiyi müsahibəsində bildirib.“Qızım müğənnilik edirdi.O,məclislərin birində  Nəsirov Tahir  Vaqif oğlu ilə tanış  olmuşdu. Aralarında  sevgi  münasibətləri  yaranmışdı. Daha sonra öyrəndik ki,Tahirin yaşı çoxdur və kriminal işlərlə məşğuldur. Bu  əməllərinə görə uzun müddət  həbsdə  olub, məhkumluq həyatı yaşayıb. Bunu  bildikdən  sonra qızım  Tahirdən   uzaqlaşmaq istəyirdi. Bu səbəbdən  də  aralarında  dəfələrlə  münaqişələr  yaşanmışdı. Sonuncu dəfə qızıma...

11 Mart 2025, 14:58

Bakıda yük avtomobili qadını vuraraq öldürüb 

Bakıda yük avtomobili qadını vurub.Hadisə Yasamal rayonu Moskva prospektində qeydə alınıb.Sadiq Məmmədxanov idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobili ilə Yelena İvanovnanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.Faktla bağlı cinayət işi başlanıb.

11 Mart 2025, 10:45

Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb 

Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb.Bu barədə CityPost.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının martın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

11 Mart 2025, 10:43