Bizə yazın

Baku

-°C

USD

-

"Roma" Dibalanı sata bilər

İdman 20 Dekabr 2024, 17:30

509

"Roma"nın idman direktoru Floran Qisolfi hücumçu Paulo Dibala haqda danışıb.

Citypost.az verir ki, funksioner argentinalı oyunçu üçün yaxşı təklif olacağı halda, dəyərləndirəcəklərini deyib.

"Dibalanın necə vacib oyunçu olduğunu bilirik. Lakin konkret və yaxşı təklif olsa, dəyərləndirəcəyik. İndiki məqamda nəsə yoxdur", - Qisolfi bildirib.

Qeyd edək ki, Dibalanın adı "Qalatasaray"la hallanır. O, 2022-ci ildən "Roma"da çıxış edir. 31 yaşlı oyunçu 95 matçda 36 qol vurub, 19 məhsuldar ötürmə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

Avrokubokların 1/8 mərhələsi başa çatdıqdan sonra UEFA ölkə reytinqlərinin siyahısını yeniləyib.Citypost.az  xəbər verir ki, yeni siyahıya əsasən, Azərbaycanın mövqeyi dəyişməyib.Ölkə 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb.29-cu sırada Bolqarıstan (19.875), 31-ci mövqedə İrlandiya (14.968) yer alıb.Qeyd edək ki, siyahıya İngiltərə (109,982) başçılıq edir.

14 Mart 2025, 10:44

"Qarabağ"ın oyununda dava: Bu futbolçular cəzalandırıldı  

Misli Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan"-"Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb.

13 Mart 2025, 13:00

“Real” “Barselona”ya başsağlığı verdi  

“Barselona”nın əsas komandasının həkimi 40 yaşlı Karles Minyaro Qarsia vəfat edib. Citypost.az xəbər verir ki, “Real Madrid” əzəli rəqibinə Qarsiyanın ölümü ilə bağlı başsağlığı verib.“Real Madrid” klubu, onun prezidenti və Direktorlar Şurası “Barselona”nın həkimi Karles Minaryo Qarsiyanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Biz Karlesin əzizlərinə və yaxınlarına, onun həmkarlarına və bütünlükdə “Barselona”ya öz kədərimizi və dəstəyimizi çatdırmaq istərdik”, – deyə bəyanatda vurğulanıb.Qeyd edək ki, həkimin ölümünə görə ötən gün baş tutmalı olan “Barselona” – “Osasuna” matçı təxirə salınıb.Qarşılaşmanın aprelin 26-da və ya mayın 21-də keçiriləcəyi gözlənilir....

09 Mart 2025, 15:00

Azərbaycan UEFA reytinqində geriləyib

Azərbaycan UEFA reytinqində geriləyib.Citypost.az xəbər verir ki, avrokubokların 1/8 final mərhələsinin ilk oyunlarından sonra Azərbaycan 28-ci yerdən 30-cu pilləyə düşüb.Avrokuboklarda təmsil olunmayan ölkəmizin əmsalı 19,625-ə bərabərdir.Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (107,910) başçılıq edir.

07 Mart 2025, 11:00

AFFA-dan bu kluba xəbərdarlıq

AFFA Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” klubuna xəbərdarlıq edib. Citypost.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb. Buna fevralın 13-də I Liqanın XIV turunda baş tutan “Qəbələ” ilə matçın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriliməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA bölgə təmsilçisinə xəbərdarlıqla kifayətlənib. Sözügedən görüşün 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” isə 100 manat cərimələnib. “Zaqatala”-“Difai” oyununda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə qonaqlar 70 manat cərimələnib....

17 Fevral 2025, 17:00

Azərbaycanda bu stadionun adı dəyişdirildi

“Sumqayıt” Futbol Klubu ilə “SOCAR Polymer” MMC arasında sponsorluq müqaviləsi imzalanıb. Citypost.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun Mətbuat zalında təşkil olunan imza mərasiminə hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri qatılıb. Əvvəlcə çıxış edən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev əməkdaşlığın önəmindən bəhs edib və vurğulayıb ki, son zamanlar bütün dünyada geniş vüsət alan iri şirkətlərin idmana investisiya etmə tendensiyasının Azərbaycanda da yayılması ölkə futboluna böyük töhfə verəcək. Rəfiyev həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki quruma gələcəkdə inkişaf yolunda böyük təkan olacaq. Daha sonra “SOCAR Polymer” MMC-nin Baş direktoru Fuad Əhmədov çıxış edib...

14 Fevral 2025, 13:29