Avtomobillərin icbari sığortasının zərərliliyi 16%-ə yaxın artıb
İqtisadiyyat 01 Aprel 2025, 15:48

241
2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 25 mln. 70 min manat təşkil edib.
Citypost.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% və ya 577 min manat çoxdur. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında 24 milyon 493 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 19 mln. 830 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18.4% və ya 3 mln. 80 min manat çoxdur. Ötən ilin ilk 2 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 16 mln. 750 min manat olub.
Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 15.6% artırıb. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 68.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 2 ayında bu rəqəm 79.1 manata yüksəlib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycanda problemli kreditlər 2%-dən çox artıb
2025-ci il mart ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480.1 milyon manat təşkil edib.Citypost.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari il fevral ayının 1-i ilə müqayisədə 1.1% və ya 5 milyon manat çoxdur.Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3% və ya 10.9 milyon manat artıb.Qeyd edək ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.28 faiz bəndi azalaraq 1.63% təşkil edib....
02 Aprel 2025, 11:18

Bankların aktivləri 10%-ə yaxın artıb
2025-ci ilin mart ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 561.7 milyon manat təşkil edib.Citypost.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin mart ayının 1-i ilə müqayisədə 9.9% çoxdur.
02 Aprel 2025, 10:44

Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.Citypost.az-ın məlumatına görə, 2025-ci il aprelin 2-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0448 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0118 manata kimi, avro isə 1,8346 manatadək ucuzlaşıb.1 ABŞ dollarıUSD1,71 AvroEUR1,83461 Avstraliya dollarıAUD1,07061 Belarus rubluBYN0,5431 Bolqarıstan leviBGN0,93861 BƏƏ dirhəmiAED0,4628100 Cənubi Koreya vonuKRW0,1161 Çexiya kronuCZK0,07361 Çin yuanıCNY0,23381 Danimarka kronuDKK0,24591 Gürcüstan larisiGEL0,61631 Honq Konq dollarıHKD0,21851 Hindistan rupisiINR0,01991 Britaniya funt sterlinqiGBP2,19610 000 İran rialıIRR0,031 İsveç kronuSEK0,16981 İsveçrə frankıCHF1,92361 İsrail şekeliILS0,46041 Kanada dollarıCAD1,18811 Küveyt dinarıKWD5,5133100 Qazaxıstan tengəsiKZT0,33791 Qətər RealıQAR0,46631 Qırğızıstan somuKGS0,0195100 Macarıstan forintiHUF0,45651 Moldova leyiMDL0,09511 Norveç kronuNOK0,1625100 Özbəkistan somuUZS0,0132100 Pakistan rupisiPKR0,6071 Polşa zlotısıPLN0,43821 Rumıniya leyiRON0,3686100...
02 Aprel 2025, 09:39

Qızıl ilin əvvəlindən 500 dollardan çox bahalaşıb
Əmtəə bazarlarında qızılın qiyməti ilin əvvəli ilə müqayisədə 500 ABŞ dollarından çox artıb.Citypost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti cari ilin əvvəli ilə müqayisədə 20.2% və ya 534 ABŞ dolları artaraq 3175 ABŞ dolları təşkil edib.COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə cari ilin əvvəli ilə müqayisədə 18.4% və ya 5.4 ABŞ dolları artaraq 34.8 ABŞ dollarına bərabər olub.Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə qızılın bir troya unsiyası üzrə qiyməti 2641 ABŞ dolları, gümüşün bir unsiyasının qiyməti isə 29.4 ABŞ dolları təşkil edib....
01 Aprel 2025, 10:45

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.04.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.Citypost.az xəbər verir ki, avronun məzənnəsi 1 % azalaraq 1,8400 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,7 % azalaraq 2,0443 manat təşkil edib.
01 Aprel 2025, 10:15

Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyərək 3 150 dolları ötüb.Citypost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,31% artaraq 3 155 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,77% artaraq 35,083 ABŞ dollarına bərabər olub.
31 Mart 2025, 10:19