Bizə yazın

Baku

-°C

USD

-

Sahib Alıyev: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”

Siyasət 03 Noyabr 2026, 00:28

550

Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Cənubi Qafqazda sülhün konkret addımlarla möhkəmləndirilməli olduğu barədə açıqlamasına münasibət bildirib.

Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında paylaşım edərək Ermənistanın sülh istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, Azərbaycanın isə konkret addımlarla sülh prosesinə töhfə verdiyini vurğulayıb.

Sahib Alıyev qeyd edib ki, Vaşinqton anlaşmasından sonra atılan addımlar Azərbaycanın sülh təşəbbüsünün irəli sürülməsində olduğu kimi, onun praktiki müstəvidə möhkəmləndirilməsində də əsas rol oynadığını göstərir. Onun sözlərinə görə, Azərbaycan Ermənistana öz dəmir yolu vasitəsilə yüklərin daşınmasına imkan yaradıb, eyni zamanda yanacaq qıtlığının yaşandığı bir vaxtda bu ölkəyə neft məhsulları göndərir.

Sahib Alıyev bildirib ki, Ermənistan Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi, eləcə də İrəvan Meriyasının maliyyə dəstəyi göstərdiyi filmdə Monte Melkonyanın qəhrəman obrazında təqdim olunması ciddi suallar doğurur. Deputat Melkonyanı ASALA terror təşkilatının rəhbərlərindən biri, Avropada türk diplomatlarına və mülki obyektlərə qarşı törədilmiş terror aktlarının təşkilatçılarından biri, həmçinin Azərbaycan torpaqlarının işğalında və Qaradağlı faciəsində iştirak etmiş şəxs kimi xarakterizə edib.

Onun fikrincə, belə bir şəxsin bədii film vasitəsilə qəhrəmanlaşdırılması sülhün möhkəmləndirilməsinə xidmət etmir. Deputat bu addımın Ermənistanın sülh bəyanatları ilə real siyasəti arasında ziddiyyət yaratdığını bildirib.

Milli Məclisin üzvü Ararat Mirzoyanın oktyabrın 28-də Ermənistan parlamentində səsləndirdiyi fikirlərə də münasibət bildirib. Qeyd edək ki, Ermənistan XİN rəhbəri həmin çıxışında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Monte Melkonyanın törətdiyi əməllərə görə Ermənistanın və erməni cəmiyyətinin Azərbaycandan üzr istəməli olduğu barədə çağırışının sülhə xidmət etmədiyini söyləmişdi.

Sahib Alıyev isə hesab edir ki, qonşu xalqlara qarşı uzun illər ərzində törədilmiş zorakılıqlara görə üzr istənilməməsi gələcəkdə eyni hadisələrin təkrarlanmayacağına dair etimadı zəiflədir.

Deputat vurğulayıb ki, Ermənistan bir tərəfdən sülhün konkret addımlarla möhkəmləndirilməsindən danışırsa, digər tərəfdən Azərbaycan xalqına qarşı törədilmiş faciələrdə adı hallanan şəxsləri qəhrəman kimi təqdim etməməlidir. Onun qənaətinə görə, davamlı sülh üçün yalnız siyasi bəyanatlar deyil, həm də keçmişlə bağlı obyektiv mövqe və real addımlar vacibdir.

Turan 

Problemlərinizi bizə bildirin

077 323 55 66

YAP Zəfər Gününə həsr olunmuş tədbir keçirdi

Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və Nərimanov rayon təşkilatının birgə təşkil etdiyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.Citypost.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, bu gün biz Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış bir tarixi, milli qürurumuzu, qəhrəmanlıq salnaməmizi və gələcək nəsillərə ötürəcəyimiz müqəddəs bir əmanəti yad etmək üçün bir araya gəlmişik: “Azərbaycanın Zəfər...

02 Noyabr 2026, 20:42

Azərbaycan və Yaponiya əməkdaşlığın genişləndirilməsini müzakirə etdi

Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Furuya Tokuronu qəbul edib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Yaponiya arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.Tərəflər Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, yüksək texnologiyalar, idman, humanitar və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.İqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Yaponiya şirkətlərinin Azərbaycanda mövcud investisiya imkanlarından, o cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli biznes və...

02 Noyabr 2026, 17:37

Vüqar Rəhimzadə: Zəfərimiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr- Zəfər Günü 30 illik işğal dövrünün, 44 günlük Vətən müharibəsinə gedən yolun və əldə edilən şanlı Qələbəmizin fonunda qarşıda dayanan hədəflərin məcmusudur. 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi  Ermənistanın kapitulyasiyası və Azərbaycanın hərbi-siyasi  Qələbəsi ilə başa çatdı. Bu Zəfər növbəti zəfərlərimizə, Böyük Qayıdışa,  regionda və dünya siyasətində yeniliklərə yol açdı. Bayramlarımız sırasına Zəfər Gününün, Dövlət Suverenliyi Gününün yazılması beynəlxalq hüquqa və milli maraqlara əsaslanan müstəqil siyasətin məntiqi nəticəsi kimi dünya azərbaycanlılarının birliyini və qürurunu  daha da gücləndirdi.Müasir hərb tarixinə XXI əsrin yeni...

02 Noyabr 2026, 16:05

Azərbaycan QHT-lərinin Pezeşkiana müraciəti səfirliyə çatdırıldı

Bir qrup QHT nümayəndəsi noyabrın 2-də İranın Azərbaycandakı səfirliyinə gedərək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları açıq məktubu təqdim ediblər.Bu barədə Citypost.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.Bildirilib ki, səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçiləri tezliklə Məsud Pezeşkiandan müraciətlərinə cavab alacaqlarına ümid etdiklərini vurğulayıblar.Xatırladaq ki, İran Prezidentinə açıq məktubda deyilirdi:"Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.Bütün bunlar sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət...

02 Noyabr 2026, 13:29

Luiza Morsinq Elçin Əmirbəyovla görüşdü

İsveçin Bakıdakı səfiri Luiza Morsinq Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirib.Bu barədə "Report" İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, eləcə də iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.

02 Noyabr 2026, 13:26

Ərdoğandan İlham Əliyevə unikal Zəfər Günü TƏBRİKİ

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib.Citypost.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.O, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:"Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir...

02 Noyabr 2026, 13:04