Nərimanovda qəza riski yaradan piyada keçidi nizamlandı
Cəmiyyət 02 Noyabr 2026, 17:34
492
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə piyadaların intensiv istifadə etdiyi keçidlərdə piyada svetoforları quraşdırılır.
Citypost.az xəbər verir ki, Mərkəzin əməkdaşları tərəfindən müvafiq işlərə başlamazdan əvvəl həm yerində müşahidələr aparılır, həm də simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil edilir. Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində aparılan təhlillər nəticəsində müəyyən edilib ki, 1 saat ərzində keçiddən 1000-ə yaxın piyada istifadə edir. Eyni zamanda, əksər hallarda bəzi sürücülərin piyadalara yol verməməsi səbəbindən keçiddə qəza şəraiti yaranır.
Qeyd olunan piyada keçidində piyada bölməsi olan nəqliyyat svetoforları quraşdırılaraq istifadəyə verilib. Keçidin nizamlanan olması ilə piyadaların təhlükəsiz hərəkəti təmin edilib.
Həmçinin oxuyun
Bundan əlavə, Nərimanov rayonu, Həsən Əliyev küçəsində olan piyada keçidinin nizamlanan olması istiqamətində də işlər görülüb. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində sözü gedən küçədə piyada svetoforları quraşdırılaraq hərəkət işitrakçılarının istifadəsinə verilib.
"Azərbaycan Dəmir Yolları" fotomüsabiqə elan edib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə "Dəmir Yolları – zamanın obyektivində" mövzusunda fotomüsabiqə elan edir.Citypost.az ADY-yə istinadən xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan dəmir yolunun tarixini, inkişafını və müasir nailiyyətlərini fotoqrafiya vasitəsilə təbliğ etmək, dəmir yollarının ölkənin sosial-iqtisadi həyatındakı rolunu ictimaiyyətə çatdırmaq, bədii-sənədli fotosalnaməni zənginləşdirmək və yaradıcı potensialı üzə çıxarmaqdır.Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər.Müsabiqə 3 noyabr – 7 dekabr tarixlərində keçiriləcək. Bu müddətdə fotoaparat, smartfon və dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə...
02 Noyabr 2026, 18:19
Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq
Hövsan–Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Citypost.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.Məlumata əsasən, sürücülərdən alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
02 Noyabr 2026, 18:15
Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib
Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, yeni zolaqların yaradılmasında məqsəd mikromobillik vasitələrinin hərəkətini tənzimləmək və daha təhlükəsiz hərəkət mühiti formalaşdırmaqdır.Qeyd edək ki, bundan əvvəl Sumqayıt Bulvarında velosipedlər üçün parklanma məntəqələri yaradılıb və kirayə velosipedlər istifadəyə verilib. Bununla da ərazidə mikromobillik vasitələrindən istifadəyə əlçatanlıq təmin olunub.Növbəti mərhələdə Sumqayıt şəhərinin digər ərazilərində də mikromobillik zolaqlarının yaradılması və şəbəkənin təşkili nəzərdə tutulur....
02 Noyabr 2026, 18:05
Adil Kərimli beş rayon və Lənkəran sakinlərini qəbul edəcək
Mədəniyyət naziri Adil Kərimli Masallıda vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, qəbul noyabrın 27-də saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonları və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edə bilər.
02 Noyabr 2026, 17:50
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı
Oktyabrın 31-də və noyabrın 1-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub.️DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb....
02 Noyabr 2026, 17:43
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub.Bu barədə Citypost.azHərbi Prokurorluqdan məlumat verilib.Məlumatda bildirilib ki, son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilmiş, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir. Buna baxmayaraq çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.Bildirilib ki, Hərbi Prokurorluq tərəfindən cari ilin iyul və oktyabr çağırışları dövründə bu kimi 5 fakt üzrə Xidmətin Gəncə şəhər idarəsində,...
02 Noyabr 2026, 17:41