Vüqar Rəhimzadə: Zəfərimiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı
Siyasət 02 Noyabr 2026, 16:05
702
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr- Zəfər Günü 30 illik işğal dövrünün, 44 günlük Vətən müharibəsinə gedən yolun və əldə edilən şanlı Qələbəmizin fonunda qarşıda dayanan hədəflərin məcmusudur. 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası və Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdı. Bu Zəfər növbəti zəfərlərimizə, Böyük Qayıdışa, regionda və dünya siyasətində yeniliklərə yol açdı. Bayramlarımız sırasına Zəfər Gününün, Dövlət Suverenliyi Gününün yazılması beynəlxalq hüquqa və milli maraqlara əsaslanan müstəqil siyasətin məntiqi nəticəsi kimi dünya azərbaycanlılarının birliyini və qürurunu daha da gücləndirdi.Müasir hərb tarixinə XXI əsrin yeni nəsil müharibəsi kimi daxil olan 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, texnoloji üstünlüyünü, sarsılmaz döyüş ruhunu nümayiş etdirdi. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı. Büdcədə hərbi xərclərin artması Silahlı Qüvvələrimizi daha da gücləndirdi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, Silahlı Qüvvələrimiz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Ölkəmizdə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Hazırda Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində hərbi məhsullarımız nümayiş olunur. Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər dəfələrlə həm işğalçı Ermənistana, həm də onlara dəstək funksiyasını yerinə yetirən bəzi dünya güclərinə hansı gücə malik olduğunu nümayiş etdirmişdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin Tovuz döyüşləri bunun bariz nümunəsidir. Bütün bu əməliyyatlar 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfərin mühüm mərhələləri və ilkin addımları hesab olunur.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları ordu quruculuğu, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurları şərtləndirir. İqtisadi müstəqilliyimiz ölkəmizin siyasi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu beynəlxalq layihələrin uğurlu icrası iqtisadi qüdrətinin artmasında əhəmiyyətli rol oynayır. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələri reallaşdırmaqla regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritələrini yenidən tərtib etdi. Təşəbbüsləri reallığa çevirən ölkə olaraq beynəlxalq aləmdə böyük dəstək qazandı.
Tarixi Zəfərimizədək Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün həm böyük səylər, qətiyyət göstərilib, həm də bütün sahələrdə davamlı uğurlar üçün möhkəm baza formalaşdırılıb. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycanda 35 il ərzində əldə olunan bütün nailiyyətlər xalqın öz zəhməti sayəsində mümkün olmuşdur. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik. Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırıb. Beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik.
Vüqar Rəhimzadə vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında tarixi Zəfərimizdən bəhs edərkən bu çağırışı da edir ki, ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan Prezidenti beynəlxalq təşkilatların tribunasından, müxtəlif mötəbər platformalardan bu çağırışı da edir ki, biz əraziləri işğal altında olan ölkə, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik.
Həmçinin oxuyun
Milli Məclisin deputatı bildirib ki, 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın ordusu tərəfindən müxtəlif istiqamətlərdə ordumuzun mövqeləri atəşə tutuldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
Vüqar Rəhimzadə qeyd edib ki, noyabrın 8-də Şuşa şəhərinin unikal, sıldırım qayalara dırmanmaqla əlbəyaxa döyüş taktikası ilə azad edilməsi Ermənistan ordusunun hərbi müqavimətini tamamilə qırdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə xarici mediaya müsahibələrin hər biri Azərbaycanın diplomatik uğuru kimi çağdaş tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Bu müsahibələrdə keçmiş münaqişə ilə bağlı əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründəki müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın müxtəlif ölkələrinin telekanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə üsuluna çevirən Azərbaycan Prezidenti informasiya müharibəsində də qalib gəldi. Həmin müsahibələrdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu.
Millət vəkili bildirib ki, şübhəsiz tarixi Zəfərimizə gedən yolun, həmçinin son 6 ilin reallıqlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Postmünaqişə dövrü Azərbaycanın iqtisadi potensialını və yenidənqurma qüdrətini nümayiş etdirir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nəhəng infrastruktur layihələri icra olunmaqdadır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yaşayış məntəqələrinin hər biri sıfırdan qurulur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə çoxsaylı səfərlərinin hər biri Böyük Qayıdış Proqramının uğurlu icrasını təmin edən mühüm addımlarla zəngindir. Yeni sosial obyektlərin açılışı, eyni zamanda, təməlqoyma mərasimləri keçirilir. Ölkə Prezidentinin bu torpaqlara qayıdan sakinlərlə görüşləri onlara torpaq həsrətinin bitməsinin, bu ərazilərin cənnət məkana çevrilərək yeni həyatın başlamasının sevincini yaşadır. 2026-cı il oktyabrın 23-nə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışı təmin edilib. İşğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Qarabağ Universitetində 3000 mindən çox tələbə təhsil alır. Ümumilikdə azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, çalışır və təhsil alır. Bu qısa zamanda Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının tikilib istifadəyə verilməsi bu ərazilərin strateji əhəmiyyətini təsdiqləyir. Bu bölgə qlobal nəqliyyat qovşağına çevrilib. İşğaldan azad edilmiş ərazilərdə Zəfər və İşğal muzeylərinin inşası, tarixi-dini abidələrin bərpası ilə mədəni irsin dirçəldilməsi əsas hədəflər sırasındadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında salınan Hərbi Qənimətlər Parkının 2021-ci ilin aprelində açılışı oldu. Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın Zəfəri təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və əməkdaşlıq platformasının yaradılması üçün tarixi imkandır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyəti, səyləri, şəhidlərimizin qanı və canı bahasına, qazilərimizin rəşadəti ilə qazanılan bu şanlı Qələbə Azərbaycan xalqının birlik və həmrəyliyinin ən ali təzahürüdür. Tarixi Zəfərimizin ardınca 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpasının sevincini yaşadıq. Yeni dövrə qədəm qoyan Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Zəfərlərimiz milli ruhun təntənəsi, azərbaycançılıq ideologiyasının sarsılmazlığının sübutudur.
Azərbaycan QHT-lərinin Pezeşkiana müraciəti səfirliyə çatdırıldı
Bir qrup QHT nümayəndəsi noyabrın 2-də İranın Azərbaycandakı səfirliyinə gedərək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları açıq məktubu təqdim ediblər.Bu barədə Citypost.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.Bildirilib ki, səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçiləri tezliklə Məsud Pezeşkiandan müraciətlərinə cavab alacaqlarına ümid etdiklərini vurğulayıblar.Xatırladaq ki, İran Prezidentinə açıq məktubda deyilirdi:"Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.Bütün bunlar sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət...
02 Noyabr 2026, 13:29
Luiza Morsinq Elçin Əmirbəyovla görüşdü
İsveçin Bakıdakı səfiri Luiza Morsinq Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirib.Bu barədə "Report" İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, eləcə də iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.
02 Noyabr 2026, 13:26
Ərdoğandan İlham Əliyevə unikal Zəfər Günü TƏBRİKİ
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib.Citypost.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.O, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:"Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir...
02 Noyabr 2026, 13:04
“Ukrayna üçün çətin qış gəlir” – Politoloqdan proqnoz
Politoloq Turab Rzayev Rusiya-Ukrayna müharibəsinin gedişatı, ABŞ-ın mövqeyi və Qafqazla Mərkəzi Asiyada yaranan geosiyasi vəziyyətlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında paylaşım edərək qarşıdan gələn qışın Ukrayna üçün olduqca çətin olacağını bildirib.Turab Rzayevin fikrincə, ABŞ Prezidenti Donald Tramp münaqişənin başa çatmasında maraqlıdır və bu məqsədlə Ukraynaya təzyiq göstərir. Eyni zamanda, onun qənaətinə görə, Vaşinqtonun mövqeyi Rusiyaya müəyyən mənada manevr imkanları yaradır.Politoloq hesab edir ki, İsrail də Rusiyanın İrana verdiyi dəstəyin dayandırılmasında maraqlıdır. Onun fikrincə, İsrail bu məsələdə Rusiyaya yalnız Ukrayna istiqamətində güzəştlər vəd edə bilər. Bu baxımdan, Qafqaz və Mərkəzi Asiyada baş verən geosiyasi prosesləri...
02 Noyabr 2026, 08:37
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibətilə təbrik edib."Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib."Əlcəzairin Milli Günü münasibətilə Əlcəzair Xalq Demokratik Respublikasının xalqına və Hökumətinə səmimi təbriklər!Milli Gününüz mübarək!".Xatırladaq ki, 1954-cü ilin 1 noyabrında Əlcəzairdə Fransa əleyhinə İstiqlal Müharibəsi və milli azadlıq hərəkatı başlayıb.Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyinMüəllifXəbərlər ŞöbəsiSosial şəbəkələrdə paylaşınВ МИД Азербайджана поздравили Алжир по случаю Дня революцииAzerbaijan congratulates Algeria on National DayHaqqımızdaBizimlə əlaqəSaytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.CityPost.az müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə...
01 Noyabr 2026, 11:16
Ceyhun Bayramov: Zəngəzur dəhlizi yeni iqtisadi imkanlar yaradacaq
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə iştirak və çıxış edib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, nazir Ceyhun Bayramov çıxışının əvvəlində Zirvə görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib.Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin "Regional sülh və təhlükəsizlik" olduğunu bildirən Ceyhun Bayramov beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini...
30 Oktyabr 2026, 15:30