Azərbaycan QHT-lərinin Pezeşkiana müraciəti səfirliyə çatdırıldı
Siyasət 02 Noyabr 2026, 13:29
583
Bir qrup QHT nümayəndəsi noyabrın 2-də İranın Azərbaycandakı səfirliyinə gedərək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları açıq məktubu təqdim ediblər.
Bu barədə Citypost.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçiləri tezliklə Məsud Pezeşkiandan müraciətlərinə cavab alacaqlarına ümid etdiklərini vurğulayıblar.
Xatırladaq ki, İran Prezidentinə açıq məktubda deyilirdi:
Həmçinin oxuyun
"Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.
Bütün bunlar sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir. Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız. Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb".
Məktubda Azərbaycan QHT-ləri Məsud Pezeşkiana xitabla onu da vurğulayıb ki, milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir:
"İnanırıq ki, məhz sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir. Biz – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk".
Luiza Morsinq Elçin Əmirbəyovla görüşdü
İsveçin Bakıdakı səfiri Luiza Morsinq Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirib.Bu barədə "Report" İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, eləcə də iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.
02 Noyabr 2026, 13:26
Ərdoğandan İlham Əliyevə unikal Zəfər Günü TƏBRİKİ
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib.Citypost.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.O, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:"Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir...
02 Noyabr 2026, 13:04
“Ukrayna üçün çətin qış gəlir” – Politoloqdan proqnoz
Politoloq Turab Rzayev Rusiya-Ukrayna müharibəsinin gedişatı, ABŞ-ın mövqeyi və Qafqazla Mərkəzi Asiyada yaranan geosiyasi vəziyyətlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında paylaşım edərək qarşıdan gələn qışın Ukrayna üçün olduqca çətin olacağını bildirib.Turab Rzayevin fikrincə, ABŞ Prezidenti Donald Tramp münaqişənin başa çatmasında maraqlıdır və bu məqsədlə Ukraynaya təzyiq göstərir. Eyni zamanda, onun qənaətinə görə, Vaşinqtonun mövqeyi Rusiyaya müəyyən mənada manevr imkanları yaradır.Politoloq hesab edir ki, İsrail də Rusiyanın İrana verdiyi dəstəyin dayandırılmasında maraqlıdır. Onun fikrincə, İsrail bu məsələdə Rusiyaya yalnız Ukrayna istiqamətində güzəştlər vəd edə bilər. Bu baxımdan, Qafqaz və Mərkəzi Asiyada baş verən geosiyasi prosesləri...
02 Noyabr 2026, 08:37
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibətilə təbrik edib."Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib."Əlcəzairin Milli Günü münasibətilə Əlcəzair Xalq Demokratik Respublikasının xalqına və Hökumətinə səmimi təbriklər!Milli Gününüz mübarək!".Xatırladaq ki, 1954-cü ilin 1 noyabrında Əlcəzairdə Fransa əleyhinə İstiqlal Müharibəsi və milli azadlıq hərəkatı başlayıb.Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyinMüəllifXəbərlər ŞöbəsiSosial şəbəkələrdə paylaşınВ МИД Азербайджана поздравили Алжир по случаю Дня революцииAzerbaijan congratulates Algeria on National DayHaqqımızdaBizimlə əlaqəSaytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.CityPost.az müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə...
01 Noyabr 2026, 11:16
Ceyhun Bayramov: Zəngəzur dəhlizi yeni iqtisadi imkanlar yaradacaq
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə iştirak və çıxış edib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, nazir Ceyhun Bayramov çıxışının əvvəlində Zirvə görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib.Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin "Regional sülh və təhlükəsizlik" olduğunu bildirən Ceyhun Bayramov beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini...
30 Oktyabr 2026, 15:30
Prezidentin köməkçisi: Sülh sadəcə kağız üzərində qalmamalıdır
Azərbaycan Cənubi Qafqazda müharibələrə səbəb olan amillərə və Ermənistanla sülh prosesini pozmaq cəhdlərinə qarşı dura biləcək dayanıqlı regional təhlükəsizlik arxitekturası formalaşdırmaq niyyətindədir.Citypost.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ceffri Saksa verdiyi müsahibədə bildirib."Söhbət deklarativ, sadəcə kağız üzərindəki sülhdən getmir. Biz insanların hiss edə biləcəyi həyat qabiliyyətli bir sülh yaradırıq", - o vurğulayıb. pizza hutHacıyev qeyd edib ki, Azərbaycan 30 il ərzində Ermənistanla münaqişə və qarşıdurma vəziyyətində olub, əraziləri isə işğal altında qalıb. 2023-cü ildə bu dövr başa çatdı.Prezidentin köməkçisi əlavə edib ki, müharibə başa çatdıqdan sonra Azərbaycan diplomatik cəsarət nümayiş...
30 Oktyabr 2026, 13:52