Bizə yazın

Baku

-°C

USD

-

Bir ildə 700 mindən çox insan BU SƏBƏBDƏN ÖLÜB

Dünya 02 Noyabr 2026, 18:00

1849

“Lancet” elmi jurnalının illik hesabatı olan “Sağlamlıq və iqlim dəyişikliyi üzrə Lancet geri sayımı”na görə, 2023-cü ildə dünyada rekord sayda – 710 min insan istidən ölüb.

Citypost.az xəbər verir ki, Hesabatda qeyd edilir: “İstiliklə əlaqəli ölüm hallarının 2023-cü ildə dünya miqyasında rekord həddə – 710 min ölümə çatıb ki, bunun da 71,5 faizi iqlim dəyişikliyi ilə bağlı olduğu təxmin edilir”.

“Lancet” jurnalının məlumatına görə, son 11 il rekord həddə çatıb. 2016-2023-cü illər arasında istidən ölüm halları hər il orta hesabla 540 min ölüm halını təşkil edib ki, bunun da 68,4%-i antropogen iqlim dəyişikliyi ilə bağlı olub. İstidən ölüm hallarının ən yüksək səviyyəsi İnsan İnkişafı İndeksi ballarının aşağı olduğu ölkələrdə qeydə alınıb. pizza hut

“Lancet”in məlumatına görə, son 11 ildə istilər rekord həddə çatıb. 2016-2023-cü illər arasında istilik səbəbindən hər il orta hesabla 540 min insan ölüb, bunların 68,4 faizində səbəblər, ehtimal ki, antropogen iqlim dəyişikliyindən qaynaqlanır. Yüksək temperaturla əlaqəli ən böyük ölüm nisbəti insan inkişafı indeksinin aşağı olduğu ölkələrdə qeydə alınıb.

Bundan əlavə, məlumata görə, 2025-ci ildə yüksək temperatur 573 milyard potensial insan saatının itirilməsinə səbəb olub ki, bu da 1,07 trilyon dollar gəlir itkisinə bərabərdir. İnsan inkişafı indeksi səviyyəsi aşağı və orta olan ölkələr ən çox zərər çəkib və müvafiq olaraq ümumi daxili məhsulun 5 faizi və 3,7 faizi qədər itki veriblər.

“Lancet” jurnalının məlumatına görə, dünyada getdikcə daha çox quru ərazisi şiddətli quraqlıqla üzləşir. 2006-cı ildən 2015-ci ilə qədər dünya quru ərazisinin orta hesabla 28,4 faizi ən azı bir ay şiddətli quraqlıq yaşayıb. 2016-cı ildən 2025-ci ilə qədər bu rəqəm 41,7 faizə, 2023-cü ildə isə rekord həddə – 54,9 faizə yüksəlib.//Lent.az

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb

Ukrayna iki il ərzində Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına G7 ölkələrindən 49,4 milyard dollar alıb.Citypost.az APA-a istinadən xəbər verir ki, bu, Ukrayna Maliyyə Nazirliyinin hesabatlarında öz əksini tapıb.Məlumata görə, Kiyev 2026-cı ilin əvvəlindən bəri bu mexanizm çərçivəsində təxminən 10,5 milyard dollar maliyyə dəstəyi əldə edib.Qeyd edək ki, 2024-cü ilin oktyabrında G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə ediləcək gəlirlər hesabına Ukraynaya 50 milyard dollar kredit ayrılması barədə razılığa gəliblər....

07 Noyabr 2026, 08:29

Ermənistanın sabiq naziri məhkəməyə yenə xərəkdə gətirildi

Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan yenidən məhkəmə zalına tibbi xərəkdə gətirilib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, vəkilləri Xaçatryana 2015-ci ildə onurğa kanalı stenozu diaqnozu qoyulduğunu bildiriblər. Müdafiə tərəfi sabiq nazirin qeyri-insani rəftara məruz qaldığını iddia edir.Xaçatryan barəsində dörd cinayət işi başlanıb. İşlər üzrə dövlətə dəydiyi iddia olunan ümumi zərər təxminən 1,5 milyard dollar qiymətləndirilir. Sabiq nazir sentyabrın 2-də həbs edilib....

06 Noyabr 2026, 19:00

Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb

Fransada polis noyabrın 5-dəki genişmiqyaslı etirazlar zamanı 642 nəfəri saxlayıb.Citypost.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.Həmçinin bildirilib ki, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 112 əməkdaşı yaralanıb.

06 Noyabr 2026, 18:44

Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq

Noyabrın 7-də səhər saatlarında Ay və Venera 2026-cı il ərzində ən yaxın məsafədə görünəcək.Modern.az “Forbes”ə istinadən xəbər verir ki, noyabrın 6-da Venera nazik Aypara ilə yanaşı müşahidə olunacaq. Növbəti gün isə cəmi 3 faiz işıqlanan Ay Veneradan bir dərəcədən də az məsafədə yerləşəcək.Mütəxəssislər bu mənzərəni Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl, şərq və cənub-şərq istiqamətində açıq üfüqdən izləməyi tövsiyə edirlər.Noyabrın 17-18-də Leonid meteor yağışının maksimum aktivliyi, noyabrın 21-də Merkurinin qərb elongasiyası, noyabrın 24-də isə super Ay hadisəsi gözlənilir....

06 Noyabr 2026, 18:00

Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə etdilər

Qətər əmiri şeyx Təmim bin Həməd Ali Tani və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qətər əmiri ofisinin bəyanatında bildirilib.Tərəflər, həmçinin, iki ölkə arasındakı strateji münasibətləri və onların daha da möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.Liderlər İran ətrafında gərginliyin azaldılması üzrə beynəlxalq səyləri, o cümlədən Qətər tərəfindən atılan addımları müzakirə ediblər. Bu addımlara böhranı aradan qaldırmağa, regionda təhlükəsizlik və sabitliyi təmin etməyə imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması məqsədilə maraqlı tərəflərin mövqelərinin yaxınlaşdırılması və danışıqlar prosesinə kömək göstərilməsi daxildir.Qətər əmiri fikir ayrılıqlarının həlli və gərginliyin...

06 Noyabr 2026, 17:55

"Cəhənnəm Necati"nin əsas adamlarından biri həbs edildi - Foto 

Türkiyənin Manisa vilayətində "Cəhənnəm Necati" kimi tanınan Necati Arabacının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın əsas şəxslərindən biri hesab olunan 39 yaşlı A.P. saxlanılıb.Oxu.Az-ın "Hürriyet"ə istinadən məlumatına görə, axtarışda olan şəxs barəsində artıq qüvvəyə minmiş 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası var.Sözügedən əməliyyat İzmir polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.İstintaqın məlumatına görə, axtarışda olan şəxs Manisa ərazisində gizlənibmiş. A.P. cinayət törətmək məqsədilə təşkilat yaratdığına görə İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunmuşdu. O, yaxalandıqdan sonra məhkəməyə gətirilib və barəsində həbs qərarı icra olunub.Şəxs cəzaçəkmə müəssisəsinə göndərilib....

06 Noyabr 2026, 14:44