DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib
Cəmiyyət 02 Noyabr 2026, 18:25
494
Dövlət İmtahan Mərkəzi özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat tədbirlərinə əməl etməklə bağlı istifadəçilərərə çağırış edib.
Bu barədə Citypost.az DİM-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının artması internet istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırır:
"İstifadəçilər DİM-in elektron xidmətlərinə və “Şəxsi kabinet”lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Xüsusilə, tanımadıqları internet klublarda, ictimai istifadə üçün nəzərdə tutulmuş kompüterlərdə və təhlükəsizliyinə əmin olmadıqları digər cihazlarda şəxsi hesablarına daxil olmaqdan çəkinməlidirlər.
Həmçinin oxuyun
Həmçinin istifadəçilərə şəxsi hesablarının giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını digər şəxslərlə paylaşmamaq, tanımadıqları şəxslərdən və ya şübhəli mənbələrdən daxil olan keçidlərə (linklərə) klikləməmək və s. təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.
Qeyd edək ki, şəxsi hesabların və məlumatların təhlükəsizliyinin təmin olunması yalnız müvafiq informasiya sistemlərinin texniki mühafizəsindən deyil, həm də istifadəçilərin təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmasından asılıdır.
Dövlət İmtahan Mərkəzi istifadəçiləri elektron xidmətlərdən yararlanarkən diqqətli olmağa, şəxsi məlumatlarının qorunmasına məsuliyyətlə yanaşmağa və kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır".
Şəki Yaylası”nda iki nəfərin ölümünə görə iki şəxs həbs edildi
“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə üzrə iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Məlumata görə, bu il sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.İstintaq zamanı hadisənin bütün hallarının araşdırılması məqsədilə çoxsaylı şahidlərin ifadələri alınıb, məhkəmə-tibbi, əməyin təhlükəsizliyinin kompleks tədqiqi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin edilərək müvafiq rəylər əldə olunub, aidiyyəti dövlət qurumlarına və digər təşkilatlara sorğular verilib, habelə digər zəruri prosessual...
02 Noyabr 2026, 19:06
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəlif maliyyə əməliyyatları üçün istifadə edirlər.Kazımovun sözlərinə görə, bankların bir bank məhsulu üzrə yalnız bir kart verməsi yanaşmasının səbəblərindən biri də məhz bu cür halların qarşısını almaqdır.CİTYpOST.AZ xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, bu təcrübə xüsusilə Rusiyada geniş yayılıb və hazırda Azərbaycanda da müşahidə olunur:“Belə hallarda dələduzlar, əsasən, yaşlı insanlara yaxınlaşaraq onlardan müəyyən məbləğdə pul...
02 Noyabr 2026, 19:02
Səhiyyə nazirinin müşaviri işdən çıxdı
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o vəzifəsindən ayrılmaq qərarı verib.Qeyd edək ki, Elgün Səmədov 2016-cı ilin Aprel döyüşləri zamanı 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı icra edib. O, Azərbaycan Prezidenti tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub....
02 Noyabr 2026, 18:45
"Azərbaycan Dəmir Yolları" fotomüsabiqə elan edib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə "Dəmir Yolları – zamanın obyektivində" mövzusunda fotomüsabiqə elan edir.Citypost.az ADY-yə istinadən xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan dəmir yolunun tarixini, inkişafını və müasir nailiyyətlərini fotoqrafiya vasitəsilə təbliğ etmək, dəmir yollarının ölkənin sosial-iqtisadi həyatındakı rolunu ictimaiyyətə çatdırmaq, bədii-sənədli fotosalnaməni zənginləşdirmək və yaradıcı potensialı üzə çıxarmaqdır.Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər.Müsabiqə 3 noyabr – 7 dekabr tarixlərində keçiriləcək. Bu müddətdə fotoaparat, smartfon və dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə...
02 Noyabr 2026, 18:19
Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq
Hövsan–Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Citypost.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.Məlumata əsasən, sürücülərdən alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
02 Noyabr 2026, 18:15
Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib
Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, yeni zolaqların yaradılmasında məqsəd mikromobillik vasitələrinin hərəkətini tənzimləmək və daha təhlükəsiz hərəkət mühiti formalaşdırmaqdır.Qeyd edək ki, bundan əvvəl Sumqayıt Bulvarında velosipedlər üçün parklanma məntəqələri yaradılıb və kirayə velosipedlər istifadəyə verilib. Bununla da ərazidə mikromobillik vasitələrindən istifadəyə əlçatanlıq təmin olunub.Növbəti mərhələdə Sumqayıt şəhərinin digər ərazilərində də mikromobillik zolaqlarının yaradılması və şəbəkənin təşkili nəzərdə tutulur....
02 Noyabr 2026, 18:05