Bizə yazın

Baku

-°C

USD

-

Xalqın İnamından Doğan Güc: Yeni Azərbaycan Partiyasının Şərəfli Yolu  

Cəmiyyət 21 Noyabr 2026, 15:48

591

Milli Məclisin deputatı Ceyhun Məmmədov

1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən hakimiyyət böhranı, xaos və idarəçilik səriştəsizliyi müstəqilliyimizi ciddi təhlükə altına almışdı. Bir tərəfdən daxili qarşıdurmalar, digər tərəfdən Ermənistanın hərbi təcavüzü və etnik separatçılıq meyilləri ölkəni uçuruma aparırdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycan ziyalılarının 91 nəfər tanınmış nümayəndəsi ("91-lər") 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq partiyaya rəhbərlik etməsini xahiş etdilər.

Bu cəsarətli addımlar və 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə keçirilən təsis konfransı nəticəsində Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı. Əgər həmin dövrdə bu qərar qəbul edilməsə, Ulu Öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsə idi, Azərbaycan qısa vaxtda dövlət müstəqilliyini itirə bilərdi. Belə bir vəziyyətin qarşısını yalnız Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və zəngin dövlətçilik təcrübəsi ala bilərdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası qısa zamanda inkişaf etdi. Onun özünün dediyi kimi: “Dünənin, bu günün və sabahın partiyası” adını qazanaraq qısa müddətdə təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz bölgəsinin ən güclü və mütəşəkkil siyasi təşkilatlarından birinə çevrildi.

Sonrakı illərdə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 2005-ci ildə keçirilən III qurultayda cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə YAP-ın fəaliyyətində müasir dövrün çağırışlarına uyğun islahatlar aparıldı. Partiyanın cəmiyyətdəki nüfuzu, sıralarındakı gənclərin və qadınların xüsusi çəkisi, eləcə də üzvlərinin sayı (hazırda 700 mindən çoxdur) daha da artdı.

Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün sahələrdə səylə çalışırlar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olunması həm də YAP-ın proqram məqsədlərinin ən ali təntənəsidir. Bu siyasətə sadiqlik cəmiyyətimizdə yaşanan milli həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Azərbaycan durduqca bu sevgi hər zaman insanların qəlbində yaşayacaq.

Heç şübhəsiz ki, bu gün Yeni Azərbaycan Partiyasının dövlətimizin siyasi həyatında özünəməxsus yeri var:

Partiya Azərbaycandakı digər siyasi partiyalarla sıx əməkdaşlıq edir və ölkədə sağlam siyasi dialoqun, milli birliyin möhkəmləndirilməsi partiyanın fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir.

VII qurultayda qəbul edilən yeni Nizamnamə və Proqram partiyanın qarşısında müasir idarəetmə, gənclər siyasəti və postmüharibə dövrünün quruculuq hədəflərinə uyğun yeni vəzifələr qoymuşdur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş

Xalq artisti Polad Bülbüloğlu gözündə yaranan ciddi problemlə əlaqədar bir neçə ölkədə həkimlərlə məsləhətləşdiyini və İsraildə əməliyyat olunduğunu bildirib.Citypost.az xəbər verir ki, o bu barədə "Sheinkin40" Yutub kanalına müsahibəsində deyib.“Yaş artdıqca səhhətim pisləşməyə başladı. Gözlərimlə bağlı çox ciddi problemim var idi. ABŞ-də, Rusiyada və bir neçə başqa ölkədə həkimlərlə məsləhətləşdim. Mənə həqiqətən İsraildə kömək etdilər. Beş çox mürəkkəb əməliyyat keçirdim. Yəqin, elə bunun sayəsində indi qarşınızda oturub sizi görürəm”- deyə o bildirib....

21 Noyabr 2026, 14:13

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.Citypost.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə Əmr imzalayıb.Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.Qeyd edək ki, o, sabiq rektor Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.Xatırladaq ki, bir neçə gün əvvəl E.Babayev BDU-nun rektoru vəzifəsindən azad olunub və onun yerinə DİM sədri M.Abbaszadə təyin olunub.

21 Noyabr 2026, 13:47

İsa Qəmbər ölkədən çıxa bilmədi

Müsavat Partiyasının başqanı İsa Qəmbərin ölkədən çıxışına məhdudiyyət qoyulub.Citypost.az xəbər verir ki, bu barədə İ.Qəmbər özü məlumat yayıb.O bildirib ki, məhdudiyyətin səbəbi açıqlanmayıb: “Bu gün - 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilıər. Heç bir izahat vermədilər. Konfransa uğurlar arzulayıram”.

21 Noyabr 2026, 12:22

MƏĞLUBİYYƏT DÖVRÜNDƏN ZƏFƏRƏ VƏ YENİ MİLLİ HƏDƏFLƏRƏ DOĞRU - ZAHİD ORUCUN YAZISI

Milli Məclisin deputatı Zahid Oruc yazır:Yeni Azərbaycan Partiyasının 34 illik tarixi ölkəmizin müstəqillik dövründə keçdiyi böyük siyasi yolun ayrılmaz bir parçası, mühüm salnaməsidir. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılan təşkilat qısa bir vaxtda-cəmi altı ay sonra müxalifət partiyasından hakim siyasi qüvvəyə çevrildi. Onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin ən ağır dövrünə, müharibəyə, hakimiyyət böhranlarına, iqtisadi tənəzzülə, sonrakı sabitləşmə və dövlət quruculuğu illərinə, nəhayət, 2020-ci ilin hərbi Qələbəsinə və 2023-cü ildə suverenliyin tam bərpası mərhələsinə düşdü.Ötən əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının dağılması keçmiş ittifaq respublikalarının hər birinin ideoloji və siyasi quruluşunda böyük dəyişikliklərə səbəb oldu. İllərlə birpartiyalı sistemin tərkibində yaşayan xalqlar müstəqil dövlət...

21 Noyabr 2026, 11:57

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.Citypost.az xəbər verir ki, dövlətimizin başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:“Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”....

21 Noyabr 2026, 08:00

Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb

Qubanın Çinarlı və Nərimanabad kəndlərindən keçən yolun yararsız vəziyyətə düşməsi bu yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində problem yaradıb.Bu barədə "Report"un Şimal bürosuna rayon sakinləri məlumat veriblər.Onların sözlərinə görə, Çinarlı kəndindən Xaçmaz, Nərimanabad kəndindən isə Bakı istiqamətinə hərəkəti təmin edən yol qovşağının asfalt örtüyünün dağılması həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətini xeyli çətinləşdirib.Sakinlər yolun bu vəziyyətə düşməsini ərazidən gün ərzində yüzlərlə ağırtonnajlı yük maşınının (TIR) hərəkət etməsi ilə əlaqələndirirlər. Bildiriblər ki, yağıntılı hava şəraitində yolda əmələ gələn dərin gölməçələr və yığılan palçıq hərəkəti mümkünsüz edir. Sakinləri narahat edən əsas məqamlardan biri də qovşağın yaxınlığında yerləşən məktəbin şagirdlərinin həmin...

20 Noyabr 2026, 21:32