Bizə yazın

Baku

-°C

USD

-

Rəsmi Bakı girov götürülən gəmi ilə bağlı nota verdi

Siyasət 08 Yanvar 2025, 12:55

210

7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.

Bu barədə Citypost.az-a XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd olunub ki, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır.

Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.

Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı  

Rusiya XİN Azərbaycanla bağlı bəyanat yayıb.Rusiya Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayır.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.Qeyd olunub ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci imzalanmış üçtərəfli normallaşmalarda nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq üçün bu mühüm addımı dəstəkləyir....

14 Mart 2025, 20:39

Paşinyan Putini Azərbaycanla sülh sazişi üzrə danışıqların yekunlaşması barədə məlumatlandırıb  

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub.

14 Mart 2025, 16:58

Rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Minsk qrupunun ləğvini gözləyir  

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir.

14 Mart 2025, 14:53

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan  

Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətnində birtərəfli tənzimləmə ilə bağlı qeyd yoxdur.

14 Mart 2025, 13:18

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək  

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.

14 Mart 2025, 13:00

Milli Məclisin iclası başladı

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

14 Mart 2025, 11:00