Azərbaycan hökumət missiyası Somaliyə səfər edib
Siyasət 05 Fevral 2025, 19:58

741
4-5 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və Somali arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə Somali Federativ Respublikasında səfərdə olub.
Bu barədə XİN-dən məlumat verilib.
Səfər zamanı nümayəndə heyətinin Somali Federativ Respublikasının Baş nazirinin müavini Salah Əhməd Cama, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi, neft və mineral resurslar naziri Dahir Shire Mohamed, müdafiə naziri Abdulkadir Mohamed Nur Jama, planlaşdırma, investisiya və iqtisadi inkişaf naziri Mohamud Beenebeene, təhsil, mədəniyyət və ali təhsil naziri Farah Abdulkadir Mohamed, Milli İdentifikasiya və Qeydiyyat Qurumunun Direktoru, həmçinin Balıqçılıq və Mavi İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı və Suvarma Nazirliyinin, Heyvandarlıq, Meşə və Otlaq Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşləri keçirilib, Türkiyə Maarif Fondunun Somali nümayəndəliyinə tanışlıq səfəri təşkil olunub.
Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında son illər ərzində təmasların intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığı diqqətə çatdırılıb. Həmçinin, bir sıra istiqamətlər, o cümlədən neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Somali Federativ Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Somali tərəfindən isə xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Ali Mohamed Omar Balad rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Hökumət missiyasına Azərbaycan Respublikasının Müdafiə, Müdafiə Sənayesi, Energetika, Elm və Təhsil, İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri daxil olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
Rusiya XİN Azərbaycanla bağlı bəyanat yayıb.Rusiya Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayır.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.Qeyd olunub ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci imzalanmış üçtərəfli normallaşmalarda nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq üçün bu mühüm addımı dəstəkləyir....
14 Mart 2025, 20:39

Paşinyan Putini Azərbaycanla sülh sazişi üzrə danışıqların yekunlaşması barədə məlumatlandırıb
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub.
14 Mart 2025, 16:58

Rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Minsk qrupunun ləğvini gözləyir
Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir.
14 Mart 2025, 14:53

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan
Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətnində birtərəfli tənzimləmə ilə bağlı qeyd yoxdur.
14 Mart 2025, 13:18

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.
14 Mart 2025, 13:00

Milli Məclisin iclası başladı
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
14 Mart 2025, 11:00