Əli Əsədov Xəzər İqtisadi Forumunda regional təhlükəsizlik məsələlərindən danışıb
Siyasət 18 Fevral 2025, 13:48

677
Fevralın 18-də İran İslam Respublikasının paytaxtı Tehranda III Xəzər İqtisadi Forumu keçirilib.
Nazirlər Kabinetindən Citypost.az -a verilən xəbərə görə, Baş nazir Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda Xəzərin dayazlaşması problemi, nəqliyyat dəhlizləri və regionda təhlükəsizlik məsələlərindən danışıb.
Forum iştirakçıları əvvəlcə Tehran Beynəlxalq Sərgisi çərçivəsində İnnovasiyalar və Texnologiyalar Evi ilə tanış olublar.
Sonra Xəzəryanı dövlətlərin hökumət başçıları məhdud tərkibdə danışıqlar aparıblar. Danışıqlarda Xəzərdə beştərəfli əməkdaşlığın bir sıra mühüm məsələləri nəzərdən keçirilib.
Daha sonra III Xəzər İqtisadi Forumunun plenar iclası olub.
Sessiyada çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformadır.
Bildirilib ki, 2022-ci ildə Moskvada keçirilən İkinci Forumun Birgə Kommünikesində ticarət dövriyyəsinin artırılması, regionun investisiya cəlbediciliyinin və Xəzəryanı dövlətlərin iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsində tərəflərin maraqlı olduğu təsdiqlənib.
Ə. Əsədov Azərbaycan ilə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 2024-cü ilin sonunda 6 faizdən çox artıb”.
2018-ci ildə Aktauda imzalanmış Xəzəryanı dövlətlərin hökumətləri arasında iqtisadi-ticari əməkdaşlıq haqqında Sazişin 2023-cü ildə qüvvəyə minməsinin vacibliyini qeyd edən Ə. Əsədov bu Sazişin həyata keçirilməsinin ticarət, sənaye, kənd təsərrüfatı, turizm sahələrində və digər sektorlarda praktik tədbirlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Vurğulanıb ki, bu gün Xəzəryanı dövlətlər arasında müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin bir sıra formatları və mexanizmləri mövcuddur, sahəvi əməkdaşlıq üzrə möhkəm müqavilə-hüquqi baza yaradılır, ən yüksək səviyyədə qəbul edilmiş qərar və razılaşmaların həyata keçirilməsi istiqamətində ciddi iş aparılıb.
“Şübhəsiz ki, bununla bağlı 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzərdə hərtərəfli əməkdaşlıq üçün baza sənədidir”, - Baş nazir əlavə edib.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
İkinci Forumdan sonra nəqliyyat sektorunda regionun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün əlverişli şərait yaradan mühüm razılaşmalar əldə edilib.
Forum iştirakçılarına uğurlu fəaliyyəti regionun bütün ölkələrinin maraqlarını əhatə edən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu barədə məlumat verilib.
Vurğulanıb ki, Azərbaycan ərazisindən yükdaşımaların artımını nəzərə alaraq, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır.
“İnanırıq ki, Xəzəryanı dövlətlər Xəzərin sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dənizi olaraq qalması üçün səylərini davam etdirməlidir. Bu, ilk növbədə, bizdən Xəzər dənizində təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində qətiyyətli tədbirlər görməyi tələb edir”, - Baş nazir bildirib.
Yaşıl energetika və rəqəmsal texnologiyalar sahəsində layihələrin həyata keçirilməsi imkanları sayəsində açılan əlavə perspektivlərə toxunan Ə. Əsədov qeyd edib ki, bu mühüm sahələrdə əməkdaşlıq regiona sabit və ekoloji cəhətdən təhlükəsiz gələcək təmin edir.
“Bu baxımdan regionumuzda ilk dəfə keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd etmək istərdim. Belə əlamətdar beynəlxalq tədbirin keçirilməsi Xəzər regionunun qlobal iqlim gündəmindəki əhəmiyyətini təsdiqləyir və investisiyaların ekoloji cəhətdən təmiz texnologiyalara və davamlı inkişafa fəal cəlb edilməsinə kömək edir”, - hökumət başçısı əlavə edib.
Qeyd olunub ki, Xəzər dənizinin ətraf mühitinin hazırkı vəziyyəti Xəzəryanı dövlətlərdə ciddi narahatlıq doğurur və Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir.
Ə. Əsədov deyib: “Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib”.
İşçi qrupun ilk iclasını Bakıda təşkil etməyə imkan verəcək bütün zəruri razılaşmaların tezliklə başa çatacağına ümid ifadə olunub.
Plenar iclasın yekununa dair III Xəzər İqtisadi Forumunun Kommünikesi qəbul edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
Rusiya XİN Azərbaycanla bağlı bəyanat yayıb.Rusiya Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayır.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.Qeyd olunub ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci imzalanmış üçtərəfli normallaşmalarda nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq üçün bu mühüm addımı dəstəkləyir....
14 Mart 2025, 20:39

Paşinyan Putini Azərbaycanla sülh sazişi üzrə danışıqların yekunlaşması barədə məlumatlandırıb
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub.
14 Mart 2025, 16:58

Rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Minsk qrupunun ləğvini gözləyir
Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir.
14 Mart 2025, 14:53

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan
Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətnində birtərəfli tənzimləmə ilə bağlı qeyd yoxdur.
14 Mart 2025, 13:18

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.
14 Mart 2025, 13:00

Milli Məclisin iclası başladı
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
14 Mart 2025, 11:00