“Ağıllı linza” nədir? – Multifokal linzaların üstünlükləri
Tibb 25 May 2026, 09:22
4968
Son illərdə göz əməliyyatlarında ən çox maraq göstərilən texnologiyalardan biri “ağıllı linza” adlandırılan multifokal linzalardır. Xüsusilə eynəkdən azad olmaq istəyən şəxslər arasında bu linzalara maraq sürətlə artır.
Citypost.az xəbər verir ki, nütəxəssislər bildirirlər ki, “ağıllı linza” ifadəsi daha çox xalq arasında istifadə olunur. Tibbi olaraq isə bu linzalar multifokal linzalar adlanır.
Oftalmoloqların sözlərinə görə, adi linzalarla multifokal linzalar arasında əsas fərq fokus məsafəsindədir.
Belə ki, adi linzalar yalnız bir fokus məsafəsini təmin edir.Yəni pasiyent ya uzağı, ya da yaxını daha yaxşı görə bilir. Bu səbəbdən bəzi hallarda insan əməliyyatdan sonra belə əlavə eynək istifadə etməyə ehtiyac duyur.
Multifokal linzalar isə bir neçə fokus nöqtəsinə malikdir. Bu texnologiya sayəsində insan həm uzaq, həm orta, həm də yaxın məsafəni daha rahat görə bilir.
Mütəxəssislər qeyd edirlər ki, bu linzalar xüsusilə katarakta əməliyyatlarında və yaşla bağlı yaxın görmə zəifliyi yaşayan şəxslərdə geniş tətbiq olunur.
Multifokal linzanın əsas üstünlüklərindən biri pasiyenti gündəlik həyatda eynəkdən böyük ölçüdə azad etməsidir.
Həkimlərin sözlərinə görə, bu linzalar sayəsində insanlar:
kitab və telefon oxuyarkən,
kompüter qarşısında işləyərkən,
televiziya izləyərkən,
avtomobil idarə edərkən
daha rahat görmə əldə edə bilirlər.
Həmçinin oxuyun
Ekspertlər bildirirlər ki, multifokal linzalar yaxın məsafədə oxumaq üçün, orta məsafədə – məsələn kompüter ekranına baxarkən və uzaq məsafədə yüksək görmə keyfiyyəti təmin edir.Bu səbəbdən bir çox pasiyent əməliyyatdan sonra gündəlik həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldiyini bildirir.
Oftalmoloqlar qeyd edirlər ki, hər pasiyent üçün uyğun linza seçimi fərdi qaydada aparılmalıdır. Çünki göz quruluşu, torlu qişanın vəziyyəti, yaş və digər amillər nəticəyə təsir edir.
Mütəxəssislərin fikrincə, düzgün seçilmiş multifokal linza insanın həm görmə keyfiyyətini artırır, həm də uzunmüddətli rahatlıq təmin edir.
Həkimlər sonda vurğulayırlar ki, göz əməliyyatı və linza seçimi mütləq peşəkar müayinə əsasında aparılmalıdır. Çünki hər bir linza hər pasiyent üçün uyğun olmaya bilər.
Yeganə
Yüksək təzyiqin gizli təhlükələrinə diqqət! – KARDİOLOQ DANIŞDI
Arterial təzyiq insan sağlamlığının əsas göstəricilərindən biridir. Təzyiqin normadan yüksək olması uzun müddət heç bir ciddi əlamətlə özünü göstərməsə də, zaman keçdikcə ürək-damar sistemində, beyində və digər orqanlarda ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə bəzi insanlar yüksək təzyiqi hiss etmədikləri üçün həkimə müraciət etmir, müalicəni gecikdirir və bununla da sağlamlıqlarını risk altına qoyurlar.Kardioloq Afaq Qəhrəmanova Citypost.az-a açıqlamasında arterial təzyiqin göstəriciləri, normal hesab olunan rəqəmlər və yüksək təzyiqin yarada biləcəyi təhlükələr barədə danışıb.Həkimin sözlərinə görə, arterial təzyiq iki əsas göstəricidən – sistolik və diastolik təzyiqdən ibarətdir. Sistolik təzyiq ürək yığıldığı zaman qanın damarlara vurulması nəticəsində yaranan təzyiqi, diastolik təzyiq isə ürək...
09 Noyabr 2026, 10:30
Körpəni qalın geyindirmək hansı riskləri yaradır? – PEDİATR DANIŞDI
Yeni doğulmuş körpələrin sağlam böyüməsi və rahat inkişafı üçün onların yaşadığı mühitin temperaturu xüsusi əhəmiyyət daşıyır. Xüsusilə həyatının ilk aylarında körpələrin bədən temperaturunu tənzimləmə mexanizmi tam formalaşmadığından otağın həddindən artıq isti və ya soyuq olması müəyyən sağlamlıq problemlərinə yol aça bilər. Bu baxımdan valideynlər körpənin otağında temperatur rejiminə, geyiminə və havanın keyfiyyətinə diqqət yetirməlidirlər.Pediatr Turan Məmmədova Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulmuş körpənin otağında temperaturun təxminən 23 dərəcə Selsi səviyyəsində saxlanılması tövsiyə olunur. Onun sözlərinə görə, otağın temperaturu ilə yanaşı, körpənin necə geyindirilməsi də mühüm məsələlərdən biridir.Həkim qeyd edib ki, körpənin geyimi seçilərkən valideynlər öz rahatlıqlarını da nəzərə ala bilərlər....
09 Noyabr 2026, 09:30
AĞRIKƏSİCİLƏRƏ ALDANMAYIN! Həkimdən baş ağrısı ilə bağlı xəbərdarlıq
Baş ağrısı gündəlik həyatda ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olsa da, onun tez-tez təkrarlanması və qəbul edilən dərmanlara baxmayaraq keçməməsi ciddi yanaşma tələb edir. Bəzi insanlar baş ağrısı yarandıqda həkimə müraciət etmək əvəzinə, özbaşına ağrıkəsici dərman qəbul etməyə üstünlük verirlər. Lakin bu üsul ağrını müvəqqəti azaltsa da, onun yaranmasına səbəb olan əsas problemi aradan qaldırmır.Terapevt-kardioloq Aytən Yüzbaşıyeva Citypost.az-a açıqlamasında bildirib ki, baş ağrısının müalicəsində ilk növbədə onun hansı səbəbdən yarandığı müəyyənləşdirilməlidir. Həkimin sözlərinə görə, baş ağrısını hər dəfə dərman vasitəsilə aradan qaldırmağa çalışmaq düzgün yanaşma deyil. Çünki ağrı orqanizmdə baş verən müəyyən dəyişikliklərin və ya sağlamlıq problemlərinin əlaməti...
09 Noyabr 2026, 08:30
Diabetik ayaq yaralarında hansı bakteriyalar təhlükə yaradır? – Həkimdən infeksiyalarla bağlı açıqlama
Qış aylarında müxtəlif infeksion xəstəliklərlə yanaşı, xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlarda yara infeksiyaları, yumşaq toxumaların iltihabı və diabetik ayaq problemləri də ciddi narahatlıq doğurur. Bu cür yaralar vaxtında aşkar edilmədikdə və düzgün müalicə olunmadıqda daha dərin toxumalara yayıla, sümük infeksiyasına, hətta bəzi hallarda amputasiya zərurətinə səbəb ola bilər. Problemin əsas çətinliklərindən biri isə yaranın hansı bakteriya tərəfindən törədildiyini müəyyənləşdirmək və buna uyğun antibiotik müalicəsi seçməkdir.Doktor Eldar Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, diabetik ayaq yaralarında və cərrahi müdaxilələrdən sonra yaranan infeksiyalarda bakteriyanın düzgün müəyyənləşdirilməsi müalicənin uğuru baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə dərin və yumşaq toxuma infeksiyalarında törədicinin...
06 Noyabr 2026, 11:00
Limon suyu yüksək təzyiq dərmanlarını əvəz edə bilərmi? – Endokrinoloqdan xəbərdarlıq
Yüksək arterial təzyiqdən əziyyət çəkən bəzi insanlar dərman preparatlarından istifadə etmək əvəzinə təbii vasitələrə üstünlük verirlər. Xüsusilə limon suyunun təzyiqi aşağı saldığına dair fikirlər cəmiyyətdə geniş yayılıb. Bəzi şəxslər limon suyu içdikdən sonra özlərini daha yaxşı hiss etdiklərini əsas gətirərək həkimin təyin etdiyi dərmanları qəbul etməyi dayandırırlar. Lakin bu yanaşma sağlamlıq üçün ciddi risklər yarada bilər. Çünki hər hansı qida məhsulunun müəyyən faydalı xüsusiyyətlərə malik olması onun dərman preparatlarını əvəz edə biləcəyi demək deyil.Endokrinoloq Ayşən Eldar Citypost.az-a açıqlamasında bildirib ki, limon suyunun arterial təzyiqə müsbət təsir göstərə biləcəyi ilə bağlı bəzi elmi araşdırmalar mövcud olsa da, onun hipertoniya müalicəsində istifadə...
06 Noyabr 2026, 10:00
Hərarəti dərhal salmaq lazımdırmı? – Həkimdən temperaturun orqanizm üçün əhəmiyyəti ilə bağlı açıqlama
İnsan orqanizmi hər hansı virus və ya bakterial infeksiya ilə qarşılaşdıqda ilk müdafiə reaksiyalarından biri bədən temperaturunun yüksəlməsidir. Bir çox insan hərarət yaranan kimi onu mümkün qədər tez aşağı salmağa çalışır. Xüsusilə temperatur 37,5-38 dərəcəyə çatdıqda dərman qəbul etmək geniş yayılmış vərdişlərdəndir. Lakin hərarətin yüksəlməsi heç də həmişə orqanizm üçün zərərli proses hesab edilməməlidir. Əksinə, bu, immun sisteminin infeksiyaya qarşı mübarizə mexanizmlərindən biridir.Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, bədən temperaturunun yüksəlməsi orqanizmin müdafiə sisteminin aktivləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, infeksiya zamanı yaranan hərarət bədənin təhlükəyə qarşı verdiyi təbii reaksiyadır və bu prosesi hər dəfə dərhal dayandırmağa...
06 Noyabr 2026, 09:00