Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu -VİDEO
Tv-də baş verənlər 07 Oktyabr 2024, 20:03

4389
Paytaxtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işinin məhkəmə prosesi davam edir.
CityPost.az Oxu24.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs ifadə verib.
Nurəddin Məmmədov məhkəmədə ifadəsində bildirib ki, işdən evə qayıdarkən arvadının lüt şəkildə kişi ilə telefonla danışdığını görüb.
"Ondan şübhələndiyim üçün evə arxa qapıdan daxil oldum.Otağın qapısına çatanda eşitdim ki,o kiminləsə danışır və "yox,göstərə bilmərəm,uşaqlar yanımdadır",ifadələrini işlədir.İçəri girəndə gördüm ki,kimləsə çılpaq vəziyyətdə danışır.Əlində telefonu alanda zəngi söndürdü.Yenidən o nömrəyə zəng etdikdə bir oğlan cavab verdi.Mən hər şeyi başa düşdüm.Mübahiusə zamanı mən onu boğdum.Gördüm ki,əlimdə ölüb.",-deyə o bildirib.
Həmçinin oxuyun
Qeyd edək ki, hadisə 2024-cü ilin mayında paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun Ramana qəsəbəsi ərazisində arvadı, 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nurəddin Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Daha ətraflı məhkəmədən videonu təqdim edirik:
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib.CityPost.az paylaşımı təqdim edir:President Ilham Aliyev at the 80th session of the UN General Assembly pic.twitter.com/UARJcB9ex3— Ilham Aliyev (@presidentaz) September 26, 2025
26 Sentyabr 2025, 13:00

Adnan Əhmədzadə bundan narahatdır - Vəkili AÇIQLADI
Adnan Əhmədzadə nüfuzlu iş adamıdır. Media və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini aşağılayan məlumatlar yayılır. O məlumatlar həqiqəti əks etdirmir. Müvəkkilim və mən bundan narahatıq.CityPost.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında ötən həftəsonu həbs edilən iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev deyib.O, iş adamının şəxsi istəyi ilə vəkil kimi prosesə qatıldığını vurğulayıb.Ş.Mirzəyev A.Əhmədzadənin konkret hansı maddələrlə ittiham olunması haqda sualı cavablandırmaqdan imtina edib. Buna baxmayaraq, müvəkkili ilə İstintaq Təcridxanasında görüşdüyünü, A.Əhmədzadənin səhhətinin qaydasında olduğunu və özünü yaxşı hiss etdiyini bildirib....
22 Sentyabr 2025, 21:42

Keçmiş məcburi köçkün mənzildən çıxmaq üçün ev sahibindən pul istəyir - Video
Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istədiyi iddia olunur.CityPost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yayılan səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkün, hazırda Sumqayıt şəhərində başqasının evində məskunlaşan Mehriban Hüseynovaya məxsus olduğu bildirilir. İddialara görə, o, 32 il bundan öncə sığınacaq üçün öz 4 otaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edir. Hətta evdən çıxmaq üçün özü və baldızı üçün ümumilikdə 20 min manat pul tələb edir. Maraqlıdır ki, Mehriban Hüseynova səs yazısının ona aid olduğunu inkar etmir.Mənzilin əsl sahibi Səlminaz Verdiyeva isə deyir ki, öz evi ola-ola yataqxanada yaşayır. Ev sahibi bildirir ki, Mehriban...
26 Avqust 2025, 10:41

Rəqsanə apellyasiya şikayəti verdi
İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.“Qafqazinfo”nun məlumatına görə, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir.Vəkili müğənninin həbsi barədə saytımıza açıqlama verib. H.Əliyevin sözlərinə görə, müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqın normal gedişinə hər hansı maneə yaratmaz: “Rəqsanə İsmayılova özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanın azadlıqda aparılması daha ədalətlidir”.Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib....
18 Avqust 2025, 11:30

Dövlət qurumlarının qaynar xətlərini niyə “don vurub”? - Video
Dövlət qurumlarının əksəriyyətində “Qaynar xət”lərə düşmək müşkül hal alıb. Əslində bu xətlər problemin yox, həllin ünvanı olmalıdır. Lakin bəzi hallarda əksinə, əlavə stress mənbəyinə çevrilir.CityPost.az xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.Vətəndaşlar arasında keçirilən sorğudan da bəlli olur ki, insanlar “Qaynar xət”lərin işlək olmamasından narazılıq edir.Süjetdə müxbir nümunə olaraq bir neçə qurumun “Qaynar xətt”i ilə əlaqə saxlamağa çalışsa da, bütün operatorların məşğul olduğu cavabını alıb.Ətraflı videomaterialı təqdim edirik:...
06 Avqust 2025, 11:10

Rusiyanın hava limanlarında nə baş verir? - VİDEO
Rusiyanın "Şeremetyevo" Hava Limanında gərginlik yaranıb.CityPost.az xəbər verir ki, Moskvanın Şeremetyevo hava limanında reysləri gecikən və ya təxirə salınan sərnişinlər üçün istirahət zonası yaradılıb.Bu barədə hava limanının ictimaiyyətlə əlaqələr üzrə direktoru Anna Zaxarçenkova bildirib.“Şeremetyevo hava limanında hava limanının əməkdaşları məlumat və pulsuz su ilə təmin etməklə yanaşı, sərnişinlərə hər cür köməklik göstərirlər, o cümlədən, istirahət yerləri və sərnişinlər üçün döşək paylanır”, - deyə o bildirib.Sərnişinlərin sözlərinə görə, döşəklər ilk növbədə uşaqlı ailələrə verilir.Miri...
22 İyul 2025, 14:22