Bizə yazın

Baku

-°C

USD

-

Sabah Bakıda havanın temperaturu 24, rayonlarda 26 dərəcəyə çatacaq  

Cəmiyyət 30 Mart 2025, 12:00

641

Martın 31-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti

Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.

Qərb küləyi güclənəcək

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda 5G şəbəkəsi ilə bağlı qanun layihəsi hazırlanacaq  

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.Bu barədə Citypost.az-a İKTA-dan bildirilib.Görüşdə Azərbaycanda 5G şəbəkəsinin qurulması və yeni qanunvericilik aktlarının hazırlanaraq qəbul edilməsi istiqamətində müzakirələr aparılıb.Bildirilib ki, yeni qanun layihəsində radiotezliklərdən müştərək icazə və mobil virtual şəbəkə operatoru icazələri nəzərdə tutulub. Bu yeniliklərin ölkəmizdə mobil telekommunikasiya xidmətinin inkişafına impulsiv təkan verməsi gözlənilir.Görüşdə, həmçinin operatorlararası funksional “Local Exchange” arabağlantıların səmərəli təşkili müzakirə predmeti olub. Osman Gündüz arabağlantı çətinliklərinin olduğunu, lokal trafikin beynəlxalq mübadilə nöqtələri üzərindən “routing” olduğunu deyib. İKTA sədri bu istiqamətdə monitorinqlər aparıldığını, nəticələrin qənaətbəxş olmadığının müəyyən edildiyini, İKTA-nın nəzarəti...

02 Aprel 2025, 18:17

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar təsdiq edilib  

Uşaq hüquqlarını həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Bu Meyarlara dair məlumatlar aşağıdakı sahələr üzrə meyarlarda göstərilən dövlət orqanları (qurumları) tərəfindən onların Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq hazırlanır:- təhsil, tərbiyə və asudə vaxtın təşkili;- sağlamlığın mühafizəsi;- sosial müdafiə;- alternativ qayğı;- uşaqların təhlükəsizliyinin təmini;- cinayət törətmiş uşaqların islah olunması....

02 Aprel 2025, 17:07

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.Citypost.az  xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.***Prezident İlham Əliyevin bəyanatı- Hörmətli cənab Prezident.Hörmətli qonaqlar, xanımlar və cənablar.İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz.Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam...

02 Aprel 2025, 16:02

Toplum TV işi üzrə məhkəmə başladı  

Toplum TV işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov və Ruslan İzzətlinin məhkəmə prosesi başlayıb.Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Daha sonra iş üzrə təqsirləndirilən şəxslərin bir neçəsinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib.Vəkillərdən biri cinayət işi ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.Bu səbəbdən hazırlıq iclasının davamı aprelin 24-ə təyin edilib.Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili...

02 Aprel 2025, 13:38

9 nəfər Azərbaycana buraxılmadı  

Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.Bu barədə Citypost.az-a DSX-dən məlumat verilib.Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb. Onların 4-ü Azərbaycan, 3-ü İran, 2-si Əfqanıstan, 2-si Pakistan, 1-i Şri-Lanka, 1-i Türkiyə vətəndaşı olub.İran İslam Respublikasından 2 pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmış, uçuş aparatları zərərsizləşdirilib.Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 850...

02 Aprel 2025, 12:30

Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq  

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.“Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır:Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar...

02 Aprel 2025, 12:17