"CityPost.az" boz kardinalın erməni qayınanasının məzarını aşkar etdi - Özəl görüntülər
Cəmiyyət 23 Oktyabr 2025, 15:02

6837
Ramiz Mehdiyevin cinayət əməlləri üzə çıxdıqdan sonra özü və ailəsi haqqında hər gün yeni informasiyalar yayılır.
Medianın gündəmində olan müzakirələrdən biri də,Ramiz Mehdiyevin ailəsində “erməni izi” iddiasdıdır.Mətbuat bundan əvvəl Ramiz Mehdiyevin erməni oğulluğu olduğu iddia edilən Levan Qurskaya haqqında məlumat yaymışdı. Onun Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın Yura adlı ermənidən qeyri-qanuni yolla dünyaya gətirdiyi oğlu olduğu iddia olunur. Polkovnik rütbəli Levan Qurskaya mühüm postlardan birini tutub.
CityPost.az saytı Ramiz Mehdiyevin qayınanasının kimliyi barədə ilginc məlumatlar əldə edib. Məlumata görə, O Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın anası Natela Kondratevna Qurskayadır. (Nadaraya). 1923 -cü ilin fevralın 23-də anadan olan Natela Qurskaya 2007-ci ilin martın 26-da ölüb.
Onun qəbri Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı”nda xristianlara mənsub qəbiristanlıqdadır.
Sayt erməni əsilli olduğu iddia edilən Natela Qurskayanın dəfni ilə bağlı özəl məlumatlar da əldə edib.
Mənbənin saytımıza verdiyi məlumata görə,Ramiz Mehdiyevin qayınanasının dəfnində məhdud sayda,ailəyə yaxın hesab edilən adamlar iştirak edib. Həmin şəxslərin adları bizə məlum olsa da,açıqlanmasını müəyyən səbəblərdən hələlik məqbul hesab etmirik.
Mənbənin verdiyi məlumata görə,Qalina Qurskaya anasının dəfnində ağlayaraq, erməni dilində ifadələr işlədirmiş. Həmin vaxt ətrafda olan şəxslər də onu sakitləşdirməyə çalışıblar.
Həmçinin oxuyun
CityPost.az saytının əməkdaşları Ramiz Mehdiyevin qayınansının dəfn olunduğu qəbiristanlıqda olub.
Natela Qurskayanın qəbiri xüsusi altı metr hündürlükdə qala divarla əhatə olunub və dəmir qapı ilə mühafizə olunur. Qapının açarının bir nüsxəsi ailədə,digəri isə təmizlik işlərinə baxan qəbiristanlıq əməkdaşlarındadır.
Məzarlıqda çəkiliş apardığımız zaman məlum oldu ki, iki aydan artıqdır ailədən məzara baş çəkən yoxdur. Görünür,başları özlərinə qarışan Mehdiyevlər erməni nənələrini yaddan çıxarıblar.Söhbətimiz zamanı məlum oldu ki, Mehdiyevlər ailəsinin məzarlıq işçilərinə də pul borcu var.
“Buraya tez-tez o qoca,əsə-əsə gəzən arvad (Red- Ramiz Mehdiyevin arvadı,Qalina Mehdiyevanı nəzərdə tutur) gəlirdi.Özü də 10-AA-501 dövlət nömrə nişanlı avtomobillə ...
Bir də hərdən o bankda işləyən qız da (Red - Gəlini Nigar Mehdiyevanı nəzərdə tutur) gəlirdi. İki aydır ki,nədənsə,gəlmirlər.Bizə də hər dəfə 20 manat pul verirdilər. Axırıncı dəfə təmizlədik,dedikləri işləri gördük, amma pulumuzu vermədilər.Sonra eşitdim ki,bunlar ermənidilər... Bunlar doğurdan da ermənidirlər? Erməni olduqlarını eşidəndən sonra daha təmizləmirəm”,-deyə məzarlığın əməkdaşı saytımıza açıqlamasında deyib.
Məzarlıqdan həmin görüntüləri təqdim edirik:
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin olunub
Kənan Əliyev Azərbaycan Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin olunub.Bu barədə CityPost.az Agentliyə istinadən xəbər verir.K. Əliyev oktyabr ayından aparat rəhbəri vəzifəsində çalışır.K. Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011–2014-cü illərdə Mançester Universitetinin Biznes Məktəbində bakalavr təhsili alıb. 2014–2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr dərəcəsi qazanıb.2023–2024-cü illərdə İspaniyanın Madrid şəhərində yerləşən İE Universitetinin Biznes Məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.Əmək fəaliyyətinə 2016-cı ildə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis kimi başlayan K.Əliyev, 2017–2021-ci illərdə...
23 Oktyabr 2025, 19:09

Yol polisi: Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir
Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir.CityPost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.Müraciətdə qeyd olunub ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır:"Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə qaz avadanlıqlarına lazımi texniki qulluq göstərilməməsi, mütəmadi texniki baxışdan keçirilməməsi, həmçinin köhnə və texniki cəhətdən yararsız avtomobillərdə bu sistemlərin istifadəsi çox zaman ağır fəsadlara səbəb olur".Vurğulanıb ki, Ələt qəsəbəsində baş vermiş hadisə bir...
23 Oktyabr 2025, 17:01

Yasamalın bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.CityPost.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Bildirilib ki, "Səbail" qazpaylayıcı stansiyadan (QPS) qidalanan "Köhnə Qanlı Göl" qaz xətti üzərində yeni qaz tənzimləyici qovşağın birləşmə işləri ilə əlaqədar, oktyabrın 23-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.Təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin, Ü.Ələkbərov, R.Tağıyev və 7-ci Alatava küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....
23 Oktyabr 2025, 10:54

Boz kardinal ağlını itirdi... Qoca Mazella hiyləyə əl atıb?
Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı müzakirələr bitmək bilmir.Mediada Ramiz Mehdiyevin haqqında həbs qərarı çıxdığı günün ertəsi səhhətində problemlər yaranması barədə məlumatlar yayıldı. Məlumatda R.Mehdiyevin evinə təcili tibbi avtomobillərinin gəldiyi də qeyd olundu.CityPost.az saytı yayılan informasiyalarla bağlı daha dəqiq məlumatlar əldə edib.Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə, boz kardinalın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi,yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə yaxın həkimlə də bu haqda məsləhətləşmələr aparıb. Onun “azheimer” xəstəliyindən əziyyət çəkdiyi iddia olunur. Məlumatı saytımıza açıqlayan mənbə qeyd edib ki, onda bu xəstəliyin həqiqətən də olması hələlik rəsmi təsdiqini tapmayıb. Qanunvericiliyə görə,bunun üçün məhkəmənin qərarı...
22 Oktyabr 2025, 18:38

İsa Həbibbəylinin milyonluq obyekti üzə çıxdı - Akademik milyonları necə ƏLDƏ EDİB?
Ramiz Mehdiyevin həbsi fonunda müzakirə obyekti olan şəxslərdən biri də AMEA-nın prezidenti İsa Həbibbəylidir.Yerli media yazır ki, Ramiz Mehdiyevin qruplaşmasında İsa Həbibbəyli də yer alır.Mətbuat İsa Həbibbəylinin dəfələrlə deputat seçilməsinə və AMEA-ya rəhbər posta gəlməsini Ramiz Mehdiyevlə bağlayır.CityPost.az xəbər verir ki, bundan əlavə AMEA prezidenti övladları ilə bağlı yayılan mənfi informasiyarla da medianın gündəminə düşüb. Onun qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyinə dair məlumat yayılıb.AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul...
22 Oktyabr 2025, 15:59

Ramiz Mehdiyevin ateist olduğu üzə çıxdı - FOTO
Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyev ətrafında müzakirələr davam edir.Müzakirə mövzuları Ramiz Mehdiyevin əməlləri kimi çoxşaxəlidir.Buraya Ramiz Mehdiyevin cinayətlərindən tutmuş,vəzifədə olan qohumları,himayə etdiyi məmurlar,hətta yazdığı kitablar və s. mövzular var.CityPost.az xəbər verir ki, Oxu24.com Ramiz Mehdiyev haqqında araşdırma apararkən onun ateist olması haqqında fakta da rast gəlib.Maraqlıdır ki, bu vaxta qədər "vurulmuş" boz kardinalı məsciddə,yaxud digər dini mərkəzlərdə görən olmayıb.Bu,fakt onun wikipediya məlumatların da da öz əksini tapıb. Həmin bölmədə Ramiz Mehdiyevin ateist olduğu qeyd olunub.Bəs,ateizm nədir? Kimlərə ateist demək olar?Ateist - elə bir insandır, hansı ki, hər hansı bir fövqəltəbii canlının (allah, ruhlar, ilahiyyət) olmasını...
22 Oktyabr 2025, 13:15