Ramiz Mehdiyev nə qədər pensiya alır? — “Gözqamaşdıran məbləğ”
Cəmiyyət 20 Oktyabr 2025, 16:42

342
Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Məsələn, sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrdən birində Mehdiyevin çox yüksək - "gözqamaşdıran məbləğdə” pensiya aldığı bildirilir. Bu iddialara görə, Mehdiyev 10-12 min arasında pensiya ilə təmin olunur.
Qeyd edək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat təşkil edir. Əgər Mehdiyevlə bağlı pensiya iddiası doğrudursa, onda onun təqaüdünün fantastik məbləğdə olduğunu vurğulamaq olar.
İddialara rəğmən, Ramiz Mehdiyevin aylıq pensiyasının konkret məbləğini qeyd edə bilmərik. Çünki Dövlət Sosial Müdafiə Fondu bu məbləği vətəndaşın razılığı olmadan rəsmi olaraq açıqlamır.
Modern.az saytı Mehdiyevin pensiya məbləğini araşdırmağa çalışıb.
Amma məlum olub ki, akademikin pensiyasını hesablamaq da xeyli çətindir. Bunun üçün lazım olan məlumatlar (onun almış olduğu rəsmi maaş, staj müddəti, əlavə ödənişlər) dəqiq məlum deyil. Amma əminliklə qeyd edə bilərik ki, uzun illər Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti kimi yüksək vəzifələrdə işləmiş şəxsin pensiyası sıradan əmək pensiyasından on-iyirmi dəfələrlə yüksəkdir.
Azərbaycanda dövlət qulluqçuları, deputatlar, yüksək vəzifəli şəxslərin pensiyası xidmət müddətinə və vəzifəsinin rəsmi maaşına görə müəyyən faizlərlə hesablanır - məsələn, deputatlar üçün "təxminən maaşın 80 %-ə qədəri” kimi maddə var.
Ekspertlər deyirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər — çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir.
Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Bu "yüksək vəzifə + uzun staj” deməkdir. O, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu da tutub.
Həmçinin oxuyun
Bundan başqa, 87 yaşlı akademik 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür. Ölkə başçısnın sərəncamına əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat təşkil edir.
Yəni Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat alır.
Ramiz Mehdiyevə 2003-cü ildən - 65 yaşı tamam olduğu vaxtdan pensiya kəsilib. Həmin dövrdən indiyə kimi isə pensiyalar dəfələrlə illik indeksləşdirilib ki, bu da onun aldığı təqaüdün məbləğinin artmasına təsirsiz ötüşməyib.
Qüvvədə olan "Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna əsasən, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də pensiyanın təyin olunması şərtlərinə daxildir. Bioqrafiyasında qeyd olunduğu kimi, Ramiz Mehdiyev 1965-ci ildən 1991-ci ilə kimi keçmiş sovet-partiya-dövlət sistemində müxtəlif vəzifələr tutub.
"Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.1.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla pensiya məbləği təyin olunur.
Qanunun 7.1-ci maddəsində deyilir: "Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır”.
Ramiz Mehdiyev kimi uzun illər yüksək vəzifədə fəaliyyət göstərmiş şəxsin pensiya məbləğinin fantastik olması hüquqi baxımdan əsaslandırılsa da, ictimai baxımdan müzakirə və suallar doğurur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ramiz Mehdiyev qadınları da qruplaşmaya yığıbmış - Boz kardinalın XƏYANƏT DOSYESİ
Günlərdir medianın əsas gündəm mövzusu Ramiz Mehdiyevin xəyanəti,onun ailəsi,vəzifədə olan qohumları,əmlakları və bu kimi məsələlərdir.Müzakirə olunan əsas mövzulardan biri də Ramiz Mehdiyevin komandasında kimlərin olması sualı ətrafında verilən şərhlərdir.Media bundan öncə Ramiz Mehdiyevlə əlaqəli bir neçə şəxsin adını açıqlamışdı.Həmin siyahıda əsasən “sabiqlər” yer alıb.Ramiz Mehdiyevə bağlı olan şəxslər haqqında CityPost.az saytına özəl mənbədən siyahı daxil olub. Məlumatı verən şəxs qeyd edir ki,Ramiz Mehdiyev işlərin əsas hissəsini bu şəxslərlə birgə görürmüş.Siyahıda mühüm post tutmuş xanımlar da yer alır.Mənbənin saytımıza təqdim etdiyi siyahı aşağıdakı kimidir:1. Ziya Məmmədov – Keçmiş nəqliyyat naziri. Onun Ramiz Mehdiyev komandasının “qara kassası” olduğu qeyd edilir.Hətta Ziya Məmmədovun sponsorluğu ilə Ramiz Mehdiyevə Göyçayda iki villa...
20 Oktyabr 2025, 17:48

Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
Azərbaycanda statistika sahəsində çalışan işçilər təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla ölkədə statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni iləMəmmədov Vahab Feyruz oğlu"Tərəqqi" medalı iləBağırov Hüseyn Fərəməz oğlu"Dövlət qulluğunda fərqlənməyə görə" medalı iləAşurov Abdulkərim Şafi oğluBabayev Nazim Kazım oğluƏcəlov Toğrul Rafiq oğluƏliyev Rauf Ağaxan oğluQafarov Heydər Zülməkan oğluQəhrəmanov Əyyub Məcid oğluQuliyeva Səbinə Əliqulu qızıTahirov Fərnad Tahir oğlu....
20 Oktyabr 2025, 12:09

Mehdiyevin hakimiyyətdə gizlənən komandası: kimlərdir?
Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyevin komandasının üzvləri haqqında məlumatlar mediada tirajlanır. Rusiyaya bağlı “beşinci kolon”un memarı olan Mehdiyevin imperativ maraqlara xidmət etdiyi sirr olmadığı kimi, “xidmətçiləri”nin olduğu da bəllidir.- Prezident Administrasiyasının rəhbəri olarkən vəzifə səlahiyyətlərindən istifadə edərək, hakim komandanın formalaşmasında özünə bağlı – “beşinci kolon”un üzvü ola biləcək şəxslərə üstünlük verib;- Bu xidmətdən boyun qaçıranlar ya vəzifəsindən məhrum edilib, ya da bacarıq və intellektindən asılı olmayaraq, karyera yüksəlişinə maneələr yaradılıb.“Keçmiş qvardiya” adlandırılan komandada - diplomatiyadan tutmuş təhlükəsizlik sektoruna, informasiya müstəvisindən başlamış mədəniyyət, yaxud bank sektoruna qədər müxtəlif sahələrdə vəzifə daşımış şəxslərin Mehdiyevin qrupunda yer alması haqda məlumatlarda...
20 Oktyabr 2025, 10:21

Bakıda ağır tıxac var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.CityPost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;9. Babək prospekti, mərkəz istiqamətində;10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;11. Zərifə Əliyeva...
20 Oktyabr 2025, 08:36

Zahid Oruc ittihamlara belə cavab verdi
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc barəsində yazılanlara münasibət bildirib.CityPost.az xəbər verir ki, o, yayılan iddiaları böhtan adlandırıb:“Ünvanıma yazılan böhtanın-36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz.1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə...
19 Oktyabr 2025, 17:06

Gəzmədiyi nazirlik qalmayıb - Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı?
Ramiz Mehdiyevin oğlunun hərbi xidmət müəmması Prezident Administrasiyasının 87 yaşlı sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamların irəli sürülməsi, diqqəti onunla yanaşı ailə üzvlərinin də keçmiş və indiki fəaliyyətinə yönəldib.R.Mehdiyev vəzifədə olduğu dövrdə geniş səlahiyyətlərindən və təsir imkanlarından istifadə edərək övladlarını, yaxın qohumlarını yüksək dövlət postlarına təyin etdirə bilib. pizza sifarişi“Yeni Sabah” xəbər verir ki, onun oğlu Teymur Mehdiyevin tərcümeyi-halına diqqət yetirəndə bunu aydın şəkildə görmək olar.Amma...
19 Oktyabr 2025, 15:20