Bizə yazın

Baku

-°C

USD

-

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin olunub 

Cəmiyyət 23 Oktyabr 2025, 19:09

309

Kənan Əliyev Azərbaycan Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin olunub.

Bu barədə CityPost.az  Agentliyə istinadən xəbər verir.

K. Əliyev oktyabr ayından aparat rəhbəri vəzifəsində çalışır.

K. Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011–2014-cü illərdə Mançester Universitetinin Biznes Məktəbində bakalavr təhsili alıb. 2014–2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr dərəcəsi qazanıb.

2023–2024-cü illərdə İspaniyanın Madrid şəhərində yerləşən İE Universitetinin Biznes Məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.

Əmək fəaliyyətinə 2016-cı ildə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis kimi başlayan K.Əliyev, 2017–2021-ci illərdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində çalışıb.

2021–2022-ci illərdə Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsini icra edib. 2022-ci ilin sentyabrından 2025-ci ilin avqustunadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) Madrid şəhərində yerləşən Baş ofisində Bazar araşdırmaları və turizm məhsulları departamentində analitik kimi fəaliyyət göstərib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yol polisi: Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir 

Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir.CityPost.az  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.Müraciətdə qeyd olunub ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır:"Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə qaz avadanlıqlarına lazımi texniki qulluq göstərilməməsi, mütəmadi texniki baxışdan keçirilməməsi, həmçinin köhnə və texniki cəhətdən yararsız avtomobillərdə bu sistemlərin istifadəsi çox zaman ağır fəsadlara səbəb olur".Vurğulanıb ki, Ələt qəsəbəsində baş vermiş hadisə bir...

23 Oktyabr 2025, 17:01

"CityPost.az" boz kardinalın erməni qayınanasının məzarını aşkar etdi   - Özəl görüntülər 

Ramiz  Mehdiyevin   cinayət əməlləri  üzə  çıxdıqdan sonra  özü və ailəsi  haqqında  hər  gün  yeni  informasiyalar yayılır.Medianın gündəmində olan  müzakirələrdən biri  də,Ramiz  Mehdiyevin ailəsində  “erməni izi” iddiasdıdır.Mətbuat bundan əvvəl  Ramiz  Mehdiyevin  erməni oğulluğu olduğu iddia edilən   Levan Qurskaya  haqqında məlumat yaymışdı. Onun Ramiz Mehdiyevin arvadı  Qalina  Mehdiyevanın  Yura  adlı  ermənidən qeyri-qanuni yolla dünyaya gətirdiyi oğlu olduğu  iddia olunur. Polkovnik  rütbəli Levan Qurskaya  mühüm postlardan birini tutub.CityPost.az saytı  Ramiz Mehdiyevin qayınanasının  kimliyi  barədə  ilginc   məlumatlar əldə edib. Məlumata görə, O Ramiz Mehdiyevin arvadı Qalina  Mehdiyevanın anası Natela  Kondratevna Qurskayadır. (Nadaraya). 1923 -cü ilin  fevralın  23-də anadan  olan  Natela Qurskaya   2007-ci ilin martın ...

23 Oktyabr 2025, 15:02

Yasamalın bəzi ərazilərində qaz olmayacaq 

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.CityPost.az   bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Bildirilib ki, "Səbail" qazpaylayıcı stansiyadan (QPS) qidalanan "Köhnə Qanlı Göl" qaz xətti üzərində yeni qaz tənzimləyici qovşağın birləşmə işləri ilə əlaqədar, oktyabrın 23-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.Təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin, Ü.Ələkbərov, R.Tağıyev və 7-ci Alatava küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....

23 Oktyabr 2025, 10:54

Boz kardinal ağlını itirdi... Qoca Mazella hiyləyə əl atıb?  

Ağır cinayətlərdə ittiham olunan  Ramiz  Mehdiyevlə bağlı  müzakirələr bitmək bilmir.Mediada  Ramiz Mehdiyevin  haqqında   həbs qərarı çıxdığı günün ertəsi səhhətində problemlər yaranması barədə   məlumatlar yayıldı. Məlumatda  R.Mehdiyevin evinə  təcili tibbi  avtomobillərinin gəldiyi də qeyd olundu.CityPost.az  saytı  yayılan  informasiyalarla bağlı daha  dəqiq məlumatlar əldə edib.Mehdiyevlərə  yaxın  mənbənin  verdiyi  məlumata  görə, boz kardinalın   son günlərdə  səhhətində  ciddi problemlər  yaranıb. Onun  tez-tez huşunu itirdiyi,yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə  yaxın  həkimlə də  bu  haqda  məsləhətləşmələr aparıb. Onun  “azheimer” xəstəliyindən  əziyyət çəkdiyi iddia olunur. Məlumatı saytımıza  açıqlayan  mənbə  qeyd edib ki, onda bu xəstəliyin həqiqətən də olması hələlik rəsmi  təsdiqini tapmayıb. Qanunvericiliyə  görə,bunun üçün məhkəmənin qərarı...

22 Oktyabr 2025, 18:38

İsa Həbibbəylinin milyonluq obyekti üzə çıxdı   - Akademik milyonları  necə ƏLDƏ EDİB?

Ramiz Mehdiyevin həbsi fonunda müzakirə obyekti  olan şəxslərdən biri də AMEA-nın prezidenti İsa Həbibbəylidir.Yerli media yazır ki, Ramiz Mehdiyevin qruplaşmasında  İsa Həbibbəyli də yer alır.Mətbuat İsa Həbibbəylinin dəfələrlə deputat seçilməsinə və  AMEA-ya rəhbər posta gəlməsini Ramiz Mehdiyevlə bağlayır.CityPost.az    xəbər  verir   ki, bundan əlavə  AMEA  prezidenti  övladları ilə bağlı yayılan mənfi informasiyarla da  medianın gündəminə düşüb. Onun qızı  Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyinə dair  məlumat yayılıb.AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul...

22 Oktyabr 2025, 15:59

Ramiz Mehdiyevin ateist  olduğu üzə çıxdı  -  FOTO 

Dövlətə xəyanət ittihamı  ilə həbs edilən  Ramiz  Mehdiyev  ətrafında  müzakirələr  davam edir.Müzakirə mövzuları  Ramiz  Mehdiyevin əməlləri  kimi  çoxşaxəlidir.Buraya Ramiz Mehdiyevin  cinayətlərindən  tutmuş,vəzifədə olan qohumları,himayə etdiyi məmurlar,hətta yazdığı kitablar  və s. mövzular var.CityPost.az     xəbər  verir    ki, Oxu24.com  Ramiz  Mehdiyev  haqqında  araşdırma  apararkən  onun  ateist  olması  haqqında  fakta  da rast  gəlib.Maraqlıdır  ki, bu vaxta qədər   "vurulmuş"  boz  kardinalı  məsciddə,yaxud  digər  dini   mərkəzlərdə  görən  olmayıb.Bu,fakt  onun  wikipediya  məlumatların da da öz əksini tapıb. Həmin bölmədə  Ramiz  Mehdiyevin  ateist  olduğu  qeyd  olunub.Bəs,ateizm  nədir? Kimlərə ateist demək olar?Ateist - elə bir insandır, hansı ki, hər hansı bir fövqəltəbii canlının (allah, ruhlar, ilahiyyət) olmasını...

22 Oktyabr 2025, 13:15