Bizə yazın

Baku

-°C

USD

-

Ramiz Mehdiyev qadınları da qruplaşmaya yığıbmış  -  Boz kardinalın XƏYANƏT DOSYESİ

Cəmiyyət 20 Oktyabr 2025, 17:48

576

Günlərdir medianın əsas gündəm mövzusu  Ramiz  Mehdiyevin  xəyanəti,onun ailəsi,vəzifədə olan qohumları,əmlakları və bu kimi məsələlərdir.

Müzakirə olunan əsas  mövzulardan biri də Ramiz  Mehdiyevin komandasında  kimlərin olması  sualı ətrafında  verilən şərhlərdir.Media bundan öncə Ramiz  Mehdiyevlə  əlaqəli  bir  neçə  şəxsin adını açıqlamışdı.Həmin siyahıda əsasən “sabiqlər” yer alıb.

Ramiz Mehdiyevə  bağlı olan şəxslər haqqında CityPost.az  saytına  özəl mənbədən siyahı  daxil  olub. 

Məlumatı verən  şəxs  qeyd  edir  ki,Ramiz  Mehdiyev  işlərin  əsas  hissəsini  bu  şəxslərlə  birgə görürmüş.Siyahıda  mühüm  post  tutmuş  xanımlar  da  yer  alır.

Mənbənin  saytımıza  təqdim  etdiyi  siyahı  aşağıdakı  kimidir:

1. Ziya Məmmədov – Keçmiş  nəqliyyat  naziri. Onun  Ramiz  Mehdiyev  komandasının “qara kassası” olduğu  qeyd  edilir.Hətta Ziya Məmmədovun sponsorluğu ilə  Ramiz  Mehdiyevə  Göyçayda  iki villa da tikdirib.Dövlət əleyhinə  yönəlmiş  gizli  görüşlərin  bir  qisminin həmin  villalarda  keçirildiyi  iddia olunur.Həmin villaların bu gün də  mövcud olduğu  bildirilir.

2.Ziya Məmmədovun qardaşı,eks deputat Elton  Məmmədov.Ramiz Mehdiyev vasitəsi ilə AMEA-ya gətirilən  Elton Məmmədov   komandada  fəal  iştirak  edənlərdən  olub. Onun vaxtilə AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru olaraq Ramiz Mehdiyev üçün rüşvət sxemini qurduğu da vurğulanır.

Elton Məmmədov mediaya  açıqlamasında iddialara bu cür münasibət bildirib:

“İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər. Müvafiq təşkilat Ramiz Mehdiyevlə bağlı araşdırma aparır. Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin, cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə narahat olmayın”.

3.Əbülfəz Qarayev -  sabiq  mədəniyyət  naziri.O,da vəzifədən “vurulduqdan” sonra  R.Mehdiyevin yanında  özünə  sığınacaq  tapıb.

4. Nəcməddin Sadıqov- Müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik. Bu ad kifayət qədər  “qara işlərdə”   bağlı   hallansa da,hələlik məsuliyyətə cəlb edilmədiyi  göz  qabağındadır.  Bu vaxta qədər onun “toxunulmaz” olmasına səbəb  Ramiz  Mehdiyev göstərilir.

5.Səfər Əbiyev – Keçmiş müdafiə naziri. O,da keçmiş  vəzifəli  kimi  bu  “birliyə” cəlb edilib.

6.Arif Alışanov  – AzTV-nin keçmiş   sədri,sabiq  millət  vəkili. 

Qeyd edək ki, Arif Alışanov 2006–2019-cu illərdə AzTV-nin sədri olub. 

7.Eldar Həsənov -   Keçmiş baş prokuror və keçmiş səfir.Hazırda həbsdədir.

8.Cahangir Hacıyev – Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri.Hazırda həbsdədir.

9.Elmar Məmmədyarov - Keçmiş  xarici işlər naziri.  O,19 oktyabr 2025-ci il tarixdə Müsavat TV-yə verdiyi açıqlamada bu xəbərlərə reaksiya verib.Keçmiş nazir bildirib ki,onun Ramiz Mehdiyevlə işdən çıxdıqdan sonra əlaqəsi olmayıb.O,həmçinin Ramiz Mehdiyevin telefon nömrəsini bilmədiyini də açıqlayıb.

10.Əli Həsənov  -  Prezident Administrasiyasının keçmiş şöbə müdiri.O,da mətbuata açıqlamasında  Ramiz  Mehdiyevlə  heç  bir  əlaqəsinin olmadığını  deyir.”Ramiz Mehdiyevlə bağlı məsələlərədən mənə nə?” açıqlamasını verib.

11.Abel Məhərrəmov  - Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru.O,komandanın fəal üzvü kimi tanınıb. Hətta 2020-ci ildə,pandemiya şəraitində baş tutan Ramiz Mehdiyevin nəvəsinin toyunda dediyi tostla gündəm olmuşdu.

12.Mərhum Oqtay Şirəliyev  - Keçmiş  səhiyyə naziri.O,da vəzifədən getdikdən sonra  bu  ortama qatılıb.

13.Əsabil Qasımov – Keçmiş milət vəkili,hazırda  sahibkarlıqla məşğul olur.Əsabil  Qasımov Ramiz Mehdiyevin  kürəkəni,iş adamı  İlham  Əliyevlə  sıx  iş birliyində olub.Daha sonra aralarında problem yarandığı deyilir. Əsabil Qasımov  Oxu24.com saytına açıqlamasında  Ramiz  Mehdiyevi və kürəkəni  İlham Əliyevi  düşmən adlandırmışdı.

 

14.Eldar Mahmudov  - Ləğv edilmiş Milli Təhlükəsizlik naziri.Onun adı Ramiz Mehdiyevlə sıx hallanır.Yerli media   onun həbsinə hazırlıq getdiyini yazır.

15.İsa Həbibbəyli  - Azərbaycan Milli Elmlər  Akademiyasının sədri.Onun bu vəzifəyə gətirilməsi  Ramiz  Mehdiyevin  əli ilə  baş tutduğu  iddia olunur.

16.Əhliman Əmiraslanov  - Milli Məclisin deputatı,Milli Məclisin Səhiyyə Komitəsinin sədri. O,həmçinin Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının 2007-ci ildən  direktorudur.Həmçinin 1993-cü ildən  Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiridir. Maraqlıdır ki, Ramiz  Mehdiyevin gəlini  Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının müalicə işləri üzrə direktor müavini, II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri vəzifəsini tutur.Onların ailə dostluğu bununla bitmir. Hətta oğlanları da yaxın münasibətləri ilə seçilir. Belə ki, Əhliman Əmiraslanovun oğlu   Tapdıq Əmiraslanov  Fövqəladə Hallar naziri  Kəmaləddin Heydərovun  8 müavinindən biridir.Onun dostu,Ramiz Mehdiyevin oğlu  Teymur Mehdiyev də  nazirin müavinlərindən biridir.

17.Elmar Rüstəmov – Mərkəzi bankın keçmiş sədri.

18.Kamal Əliyev – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri postunu tutur.”Tərtər hadisələri”ndə adı hallanıb.Hətta bu  mövzuda  Kamal Əliyev AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədovu  məhkəməyə vermişdi. O, Elton Məmmədov tərəfindən cinayətkar adlandırıldığı üçün xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.

19.Abbas Abbasov  -  Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini. 75 yaşlı Abbas Abbasov hazırda Moskvada dovşan təsərrüfatı ilə məşğuldur. 

20.Fikrət Əliyev –  Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşıdır. Onun  vaxtı ilə Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin mətbuata verdiyi açıqlmada qeyd olunub ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun imzası ilə 23 iyun 2008-ci ildə ona məktub göndərilib. Məktubda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Əliyev Fikrət Əlisəftər oğlu Azərbaycan Beynəlxalq Universitetinə ümumi işlər üzrə prorektor təyin edilmək üçün göndərilir. ABU-da prorektor olan Fikrət Əliyev daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. 2015-ci ildə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2017-ci ildə işdən çıxarıldığı bildirilir.Son illərdə  isə Fikrət Əliyev AMEA-nın İşlər idarəsinə müvəqqəti müdir təyin olunmuşdu.

21.Məlahət İbrahimqızı -  Milli Məclisin deputatıdır.O,haqqında yayılan xəbərlərə sərt reaksiya verib.O,Musavat.com-un canlı efirinə qoşularaq onun Ramiz Mehdiyevin zamanında komandasında olmasına sərt reaksiya verib. “Mən Ramiz Mehdiyevin komandasında olmamışam. 1993-cü ildə Nəsimi rayonunda YAP-ın yaradılmasında iştirak edən 51 nəfərdən biri olmuşam.Ramiz Mehdiyev  vəzifəyə  1995-ci ildə gəlib.Ramiz Mehdiyev kimdir ki,biz onun komandasında olaq?”,cavabını verib.

22.Rəbiyyət Aslanova - Milli Məclisin ikinci, üçüncü və dördüncü çağırış deputatı olub. Onun oğlu Elnur Aslanov Prezident Administrasiyasılna Ramiz Mehdiyevin köməkçisi işləyib.

Rəbiyyət  Aslanova  yerli mediaya  Ramiz Mehdiyevin həbsi fonunda bu açıqlamanı verib:“Kifayət qədər yaşım var, indiyədək çox məlumatlar eşitmişəm. Qeyd etdiyiniz məsələyə yalnız rəsmi qərar olduqdan sonra şərh bildirə bildirəm. Hazırda bildiyiniz kimi, siyasi proseslərin içində deyiləm. Amma buna baxmayaraq, bir vətəndaş kimi öz mövqeyimi bildirməyi də özümə borc bilirəm. Konkret bu məsələ ilə bağlı isə prosesin sonunu – rəsmi qərarları gözləmək lazımdır”.

23.Aqiyə Naxçıvanlı -  2015-ci ildən 2020-ci ilə qədər Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri olub.Məlumata görə,Aqiyə Naxçıvanlı  Ramiz  Mehdiyevin qızı  Kamilə Əliyeva ilə də sıx əlaqələri olub. Onlar birlikdə bir sıra kitabların nəşrində iştirak ediblər.Bu əməkdaşlığın nəticəsi kimi  Ramiz  Mehdiyevin qızı uzun müddət Azərbaycan Müəllimlər İnistutunda   imtahan komissiyasının sədri olub.Həmin illərdə Aqiyyə Naxçıvanlı  sözügedən  universiteti rektoru olub.Hətta  Aqiyə  Naxçıvanlı  pandemiya dövründə baş tutmuş  Ramiz  Mehdiyevin nəvəsinin  toyunda başda oturanlardan idi.

24.Afiq Rəhmanov -  işadamı,”Lux  Residince” tikinti şirkətinin sahibidir.Onun Ziya Məmmədovun qardaşı oğlu  Elton Məmmədovun  vasitəsi ilə  bu camiəyə daxil olduğu deyilir.O,Ramiz Mehdiyevin himayədarlığı ilə  son illərin  tikinti  maqnatına çevrilib.Əslən İmişli rayonunun Qaralar kəndindəndir.O,Milli Məclisin sabiq deputatı,"Karat Holdinq"in sahibi Əsabil Qasımovla və sinəsində "georgi lenti",İmişlidə SSRİ bayrağı dalğalandıran hazırda həbsdə olan Saleh Səmədovun həmkəndlisidir.

O,hərbi prokurorun müavini  Şəfayət İmranovla da qohumdur.Onların həyat yoldaşları əmiqızıdır.İş adamının Rəşad adlı köməkçisi  Oxu24.com-un sualına cavab olaraq  Elton Məmmədov haqqında  sərt ifadələr səsləndirib.O,əlaqələrinin olduğunu  inkar edib.

CityPost.az yazıda adları hallanan şəxslərin mövqeyini  yayımlamağa hazırdır

CityPost.az  saytının informasiya şöbəsi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyev nə qədər pensiya alır? — “Gözqamaşdıran məbləğ” 

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Məsələn, sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrdən birində Mehdiyevin çox yüksək - "gözqamaşdıran məbləğdə” pensiya aldığı bildirilir. Bu iddialara görə, Mehdiyev 10-12 min arasında pensiya ilə təmin olunur.Qeyd edək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat təşkil edir. Əgər Mehdiyevlə bağlı pensiya iddiası doğrudursa, onda onun təqaüdünün fantastik məbləğdə olduğunu vurğulamaq olar.İddialara rəğmən, Ramiz Mehdiyevin aylıq pensiyasının konkret məbləğini qeyd edə bilmərik.  Çünki Dövlət Sosial Müdafiə Fondu bu məbləği vətəndaşın razılığı olmadan rəsmi olaraq açıqlamır.Modern.az saytı Mehdiyevin pensiya məbləğini araşdırmağa çalışıb.Amma...

20 Oktyabr 2025, 16:42

Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM 

Azərbaycanda statistika sahəsində çalışan işçilər təltif edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla ölkədə statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni iləMəmmədov Vahab Feyruz oğlu"Tərəqqi" medalı iləBağırov Hüseyn Fərəməz oğlu"Dövlət qulluğunda fərqlənməyə görə" medalı iləAşurov Abdulkərim Şafi oğluBabayev Nazim Kazım oğluƏcəlov Toğrul Rafiq oğluƏliyev Rauf Ağaxan oğluQafarov Heydər Zülməkan oğluQəhrəmanov Əyyub Məcid oğluQuliyeva Səbinə Əliqulu qızıTahirov Fərnad Tahir oğlu....

20 Oktyabr 2025, 12:09

Mehdiyevin hakimiyyətdə gizlənən komandası: kimlərdir? 

Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyevin komandasının üzvləri haqqında məlumatlar mediada tirajlanır. Rusiyaya bağlı “beşinci kolon”un memarı olan Mehdiyevin imperativ maraqlara xidmət etdiyi sirr olmadığı kimi, “xidmətçiləri”nin olduğu da bəllidir.- Prezident Administrasiyasının rəhbəri olarkən vəzifə səlahiyyətlərindən istifadə edərək, hakim komandanın formalaşmasında özünə bağlı – “beşinci kolon”un üzvü ola biləcək şəxslərə üstünlük verib;- Bu xidmətdən boyun qaçıranlar ya vəzifəsindən məhrum edilib, ya da bacarıq və intellektindən asılı olmayaraq, karyera yüksəlişinə maneələr yaradılıb.“Keçmiş qvardiya” adlandırılan komandada - diplomatiyadan tutmuş təhlükəsizlik sektoruna, informasiya müstəvisindən başlamış mədəniyyət, yaxud bank sektoruna qədər müxtəlif sahələrdə vəzifə daşımış şəxslərin Mehdiyevin qrupunda yer alması haqda məlumatlarda...

20 Oktyabr 2025, 10:21

Bakıda ağır tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.CityPost.az  xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;9. Babək prospekti, mərkəz istiqamətində;10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;11. Zərifə Əliyeva...

20 Oktyabr 2025, 08:36

Zahid Oruc ittihamlara belə cavab verdi 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc barəsində yazılanlara münasibət bildirib.CityPost.az  xəbər verir ki, o, yayılan iddiaları böhtan adlandırıb:“Ünvanıma yazılan böhtanın-36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz.1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə...

19 Oktyabr 2025, 17:06

Gəzmədiyi nazirlik qalmayıb - Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı? 

Ramiz Mehdiyevin oğlunun hərbi xidmət müəmması Prezident Administrasiyasının 87 yaşlı sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamların irəli sürülməsi, diqqəti onunla yanaşı ailə üzvlərinin də keçmiş və indiki fəaliyyətinə yönəldib.R.Mehdiyev vəzifədə olduğu dövrdə geniş səlahiyyətlərindən və təsir imkanlarından istifadə edərək övladlarını, yaxın qohumlarını yüksək dövlət postlarına təyin etdirə bilib. pizza sifarişi“Yeni Sabah” xəbər verir ki, onun oğlu Teymur Mehdiyevin tərcümeyi-halına diqqət yetirəndə bunu aydın şəkildə görmək olar.Amma...

19 Oktyabr 2025, 15:20