Bizə yazın

Baku

-°C

USD

-

Ramiz Mehdiyevin kürəkəni sükutu pozdu: Keçmiş deputatı İFŞA ETDİ  

Cəmiyyət 25 Oktyabr 2025, 13:57

2697

Son günlər medianın əsas müzakirə mövzusu  Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ittihamlar və onun ev dustaqlığına məhkum edilməsi ictimai rezonans doğurub.

Müzakirə edilən mövzulardan biri də Ramiz Mehdiyevin vaxtı ilə "krişalıq" etdiyi  şəxslərlə bağlıdır. Onun malı-mülkü,villaları,ailə biznesi də günlərdir  gündəm yaradıb.

CityPost.az   -a məlumat     verən mənbə bildirib ki,Ramiz Mehdiyevin sıx biznes əlaqələri olduğu  şəxslərdən biri də keçmiş deputat,hazırda sahibkarlıq fəaliyyəti ilə  məşğul olan Əsabil Qasımovdur.

Mənbənin bildirdiyinə görə, Əsabil Qasımov uzun müddət  Ramiz  Mehdiyevin  kürəkəni ,sabiq millət vəkili,sahibkar İlham Əliyevlə iş birliyində olub.Ramiz Mehdiyevin kürəkəni  İlham Əliyevin bu iş birliyi  Əsabil Qasımova məxsus    "Karat Holdinq" də qeyri-rəsmi şərik olmaqla başlayıb.

Oxu24.com məlumatı dəqiqləşdirmək üçün  sabiq  millət  vəkili,hazırda bizneslə məşğul olan Əsabil Qasımovun özü ilə əlaqə saxlayıb.

Əsabil Qasımov Ramiz Mehdiyevin  və kürəkəni İlham Əliyevin adını eşidər,eşitməz onlarla düşmən olduğunu bildirib.

"Ölkə başçısından tutmuş,nazirlərə  qədər hər kəsə məlumdur ki,biz onlarla düşmənik.2019-cu ildə oğlum rəhmətə getdi.Bir adam ki,oğlumun yasına gəlmədi,başsağlığı vermədi,belə dostluq,şəriklik ola bilər?Mənim heç oğlumla şərikliyim yoxdur.Yeddi qardaşım var.Onların  mənimlə heç bir şərikliyi yoxdur.Kefiniz nə istəyir yazın...Yazın ki,bütün şirkətim onlara məxsusdur...Ən savadsız insan bunu başa düşərdi ki,biz onlarla düşmənik...Mən onunla sadəcə  olaraq  deputat  kimi  Milli Məclisdə oturmuşuq...O illərdə  münasibətimiz olub",-deyə Əsabil Qasımov saytımıza bildirib.

CityPost.az saytı  keçmiş deputat,iş adamı Əsabil Qasımovun dediklərinə münasibət öyrənmək məqsədi ilə Ramiz Mehdiyevin kürəkəni,keçmiş deputat İlham Əliyevlə əlaqə saxlayıb.O,açıqlamasında Əsabil Qasımov haqqında  sərt  ifadələr səsləndirib.

“Etiraf edim ki, Əsabil Qasımovun deputat seçilməsinə mənim təkidli xahişlərimdən sonra Ramiz müəllim yol göstərib,köməkçi olub.Biznes ortaqlığına və ya şəriklik məsələsinə gəldikdə isə,Əsabil Qasımov qohumlarımın və tanışlarımın vasitəsi ilə illərlə yol axtardıqdan sonra mənimlə işgüzar münasibət qurub.Biz onun şirkətlərinə müəyyən formada himayədarlıq etmişik.O,mənə “böyük qardaş”,Ramiz müəllimə isə (Red-Ramiz Mehdiyevi nəzərdə tutub) “atam”,”ağsaqqalım” deyirdi”,-deyə R.Mehdiyevin kürəkəni bildirib.

İ.Əliyev Əsabil Qasımovla hansı münasibətləri olduğundan da danışıb.

“Mən illər öncə onun atasının yas mərasiminə qatılmışam.Ramiz müəllim isə başsağlığı verməsi və ya yas mərasimində iştirakı onun üçün böyük şərəf olardı.Ümumiyyətlə,Ramiz müəllim   bu kimi tədbirlərdə təsadüfi hallarda iştirak edirdi.Müəyyən səbəblərdən bu şansı biz ona yaxşı ki, vermədik.O,bizim qapımızın ağzında günlərlə əsgər kimi dayanan,ayaqqabımızı cütləyən adam olub.Mən Prokurorluq orqanlarında və digər dövlət strukturlarında çalışmışam,deputat olmuşam.Bu tip adamların nəyə qadir olduğunu yaxşı bilirik.Əsabil şahmat  oyunundakı piyada əsgər kimi bir şeydir.Onunla düşmənçilik etməyi özümə rəva bilmərəm.Bu gün tərəfimdən onun haqqında daha çox bəhs etmək,onu şərəfləndirmək kimi şey olar.

Elə etməsin ki,açım sandığı,töküm pambığı...Bir qədər də dərinə getsə,vaxtı ilə yaltaqcasına bizim məclisdə ayaqda oturub,şənimizə işlətdiyi pafos dolu ifadələr olan videoları sosial şəbəkələrdə yayıb,onun kim və nə qədər rəzil biri olduğunu cəmiyyətə çatdırım”,-deyə o bildirib.

Qeyd edək ki,Əsabil Qasımov “boz kardinal” Ramiz Mehdiyevin qurduğu Azərbaycan Dövləti əleyhinə işlər görən gizli şəbəkənin üzvlərindən olduğu iddia edilən “Lux Recidence” şirkətinin sahibi  Afiq Rəhmanovla və İmişli Ağsaqqallar Şurasının sabiq sədri,İmişlidə SSRİ  bayrağı qaldırdığına görə, həbs edilən Saleh Səmədovun həmkəndlisidir.Araşdırmalar zamanı ortaya çıxdı ki,Afiq Rəhmanovu Ramiz Mehdiyevin siyasi və informativ təsir dairəsinə cəlb edən keçmiş nəqliyyat naziri,özünü yatmış ilan adlandıran Ziya Məmmədovun sabiq deputat qardaşı Elton Məmmədov olub.Afiq Rəhmanov uzun müddət Rusiyada yaşayıb,orada da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir.Onun  Ramiz Mehdiyevin “qara kassası” Elton Məmmədovla tanışlığının tarixçəsi sonuncunun sözlərinə görə,oralara gedib çıxır.Mənbə onu da bildirdi ki,Afiq Rəhmanovun qardaşı  Elçin Rəhmanov illər öncə Rusiyada öz şəriklərinin əli ilə qətlə yetirilib.İmişlidə Afiq Rəhmanova məxsus “Elçin”adlı məşhur  otel,şadlıq sarayı və restoran kompleksi fəaliyyət göstərir.

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyevin iç üzünü açan Fəzail Ağamalının özünün iş üzü açıldı...  

Zaman-zaman medianın gündəminə rəngarəng mövzularla gələn “Ana Vətən” Partiyasının sədri,keçmiş deputat,son seçkilərdə  yerinə qızı Günel Ağamalını  seçdirməyə müvəffəq olmuş Fəzail Ağamalının  o vaxtlar  Kirovabad Texnologiya İnistutunda (Red - indiki Gəncə Texnologiya  Universiteti) ötən əsrin 80-ci illərində işlədiyi zaman Ramiz Mehdiyevlə çəkdirmiş olduğu şəkli onun kimliyini,daha doğrusu “boz kardinal”la köhnə tanışlar olduğunu,onun barəsində söylədiklərinin cəfəngiyyat olduğunu bir daha ortaya qoydu.CityPost.az-ın etibarlı mənbədən aldığı  məlumata görə,Fəzail Ağamalı o zaman Kirovabad Texnologiya İnistutunda bir xanım tələbəsinə qarşı “şorgözlük” etdiyi üçün işdən qovulub.Mətbuatın yaydığı xəbərə görə,həmin foto şəkil müəllim Fəzail Ağamalı Azərbaycan Kommunist  Partiyasının Mərkəzi Komitəsinin o zamanki ideologiya işləri üzrə katibi olmuş Ramiz...

25 Oktyabr 2025, 12:45

Elman Nəsirov qızının yaydığı VİDEODAN DANIŞDI  

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub.Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.CityPost.az     xəbər  verir   ki,Globalinfo.az məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb.O, bununla bağlı şərhi olmadığını deyib:“Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”Göründüyü kimi, deputat Elman Nəsirov Laləzər Əliyevanın onun qızı olduğunu birmənalı şəkildə inkar etmir. Bu da iddiaların doğru olduğuna dair müəyyən qənaət formalaşdırır....

25 Oktyabr 2025, 12:13

Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında Qubadlı şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə paylaşım edib.CityPost.az    xəbər verir ki, paylaşımda "Zəfər Tariximiz: 25 Oktyabr 2020-ci il Qubadlı" sözləri yer alıb.

25 Oktyabr 2025, 10:25

Təhlükəsizlik Şurasından qovulan təhlükəli adamın elmə vurduğu daha bir zərbə...  

Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri,Azərbaycanın ən təhlükəli adamı hesab olunan Ramiz Mehdiyevin adı ölkənin Təhlükəsizlik Şurasının rəsmi saytından çıxarılıb.Onun yaxın günlərdə hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından da uzaqlaşdırılacağı gözlənilir.Bu barədə YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə mətbuata məlumat verib.Bu arada boz kardinalın dolayı yollarla  elmin pik zirvəsinə - akademik tutuluna qədər yüksəlməsi və hətta,qısa bir müddət də olsa AMEA-ya prezidentlik etməsi heyrət doğurur.Mehdiyevlər ailəsində (oğulluğu Levan Qurskayanı çıxmaq şərti ilə) 3 professor və bir akademik var.Güman etmək olar ki, onun ailə üzvləri də hamısı boz kardinalın özü kimi elmə saxta yollarla gəliblər.Yəni ki,onların da elmi işlərini başqaları yazıb.Ramiz Mehdiyevin...

24 Oktyabr 2025, 14:54

Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayrılıb - SƏRƏNCAM 

İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsi bərpa olunacaq və istinad divarları tikiləcək.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla bu məqsəd üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb....

24 Oktyabr 2025, 13:05

Ali Məhkəməyə yeni hakimlər təyin edildi 

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.CityPost.az    xəbər verir ki, layihəyə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.Qeyd edək ki, Konstitusiyaya əsasən, Ali Məhkəmə hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis təyin edir....

24 Oktyabr 2025, 12:04