Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc təxribatçıları İFŞA ETDİ   

Cəmiyyət 24 Oktyabr 2025, 11:33

4319

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılması və barəsində  Səbail Rayon Məhkəməsi tərəfindən  4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilməsi  cəmiyyətdə  böyük müzakirələrə səbəb olub.

Məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:

278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;

274-cü maddə – dövlətə xəyanət;

193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).

Qeyd olunan informasiya  yayıldıqdan sonra  Ramiz Mehdiyevin ətrafında  müxtəlif  adlar hallanmağa başladı. Həmin  müzakirələr  fonunda  xaricdə oturub,işləri saxta məlumat hazırlamaq olan,bir qrup dəstə də fəallaşmağa başladı. Başda Məhəmməd  Mirzəli olmaqla digərləri  “feyk” məlumatlar  hazırlamaqla ictimaiyyəti çaşdırmağa çalışdılar. Onların hədəfinə tuş gələnlərdən biri də  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri,Azərbaycan Prezidentinə və Dövlətinə  daim  sadaqət sərgiləyən  millət vəkili  Zahid Oruc oldu.

Qeyd edək ki, mediada yayılan son məlumatlarda Zahid Orucun Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu, ondan “dövlət adamı” obrazı düzəltməyə çalışdığı və “ata” adlandırdığı vurğulanırdı.

Bu və digər məsələlərlə bağlı  millət vəkili  Zahid  Oruc  CityPost.az saytına açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

“Xəyanət bütün hallarda bağışlanılmazdır.Onu törədənlər ən ağır cəzaya  layiqdir. Mehdiyevin aşkar edilmiş  cinayətləri özünü  intihar  və ya onun özünə qəsdidir. Çünki,bir  adamın çevrəsində  10-20-30-50 adamın olması və Dövlət əleyhinə nəyisə etmək cəhdi yalnız ağılsızlıq kimi qiymətləndirilməlidir. Bu kimi hərəkətlərə  hətta ,Azərbaycan torpaqlarının işğal altında  olduğu dövrdə cəhd edilsə də onların  qarşısı qətiyyətlə alınmış və heç bir  ciddi nəticə doğurmamışdır. 

Şükr olsun,millətimiz və Ali Baş Komandanımızın rəhbərliyi altında Ramiz Mehdiyev sayaq  fikirləşənlər  hər zaman dəf edilib. Onların etmək istədikləri inqilablar  istər rəngli olsun,istər rəngsiz  sonu  uğursuzluqla  nəticələnib. Amma,  Dövlət  qorunub,saxlanıb daha da möhkəmlənib.İndi isə qələbə dövründə  bu cür cəhdlərin  heç bir   uğurlu  nəticəsi olası mümkün görünmür.

İkincisi keçmiş dövrə bağlı söylənilən hər hansı iki,üç cümlə üzərində insanları hansısa komandalara,dairələrə,qruplara,maraqlara  bölüb,linc edəndə bu bir nəfərin hamıya qarşı müharibəsinə bənzəyir.

Üçüncüsü hər zaman Azərbaycan Dövlətinə və Dövlətçiliyinə,Ulu Öndərə və İlham Əliyev cənablarının apardığı siyasi xəttə ləyaqətlə xidmət etmişəm. Tərəfimdən  bunu sübut etməyə çalışmaq, Dövlətçilik naminə  gördüyümüz   böyük işləri   zədələyər,kölgə salar.Şükürlər olsun ki,Prezidentimiz və xalqımız  kimin kim olduğunu yaxşı bilir.Belə şeyləri sübut,isbat etməyə ehtiyac yoxdur.

Baxın,bir daha söyləyirəm, Məhəmməd  Mirzəli kimi ifunətli bir məxluqa  məxsus  “Made in Azərbaycan”ın  fəaliyyətini   2021-ci ildə mənim təmsil etdiyim mərkəz araşdırmışdı.

Bunu açıqca söyləmişik və bu media məkanında da var. Bunlar böyük bir qrup halındadır. Məhəmməd Mirzəli öz tərcümeyi- halını səhvsiz yazacaq bir durumda deyil. Ancaq, onun  başçılıq etdiyi  qrup hibrid mübarizə texnologiyasıdır.İndi də süni informasiya texnologiyaları ilə təchiz ediliblər.Onlar daim Dövlət əleyhinə kampaniyalar aparmaq,bölücülük salmaq və bu kimi təxribatlar yaratma,şərəfli və namuslu vətənpərvər insanları ləkələmək  yolunu seçiblər. 

Oktyabrın ortalarında mənə  qarşı onlar tərəfdən informasiya hücumu oldu.Sizi inandırıram ki, bu “ata” söhbəti küfr və cəfəngiyyatdır.Nə kiməsə o sözü demişik, nə üzr məktubu olub...Bütün bunlar uydurmadır və məni ləkələyib,gözdən salmağa yönəlmiş uğursuz cəhdlərdir. Həmin cəfəngiyyatı bu gün də onlar ayrı-ayrı deputatların -Novruz Aslan,Elnarə Akimovanın  və başqalarının üzərindən  yaymağa can atırlar. Mən də deyilənlərə   kəskin etirazımı bildirdim.Məncə, etirazım yerində oldu və eşidildi də...

Məlumdur ki, Məhəmməd Mirzəli və onun  ifunət yuvası  ,eləcə də digər onun  kimilər  xaricdən idarə olunan Azərbaycan Dövlətinin əleyhinə  yönəlmiş  böyük bir şəbəkədirlər. Müxtəlif  formada platformalar və  ayrıca hesablar  yaradıblar.

Xalça sistemi ilə hər bir ilmədə,hər kanalda yerləşiblər.İctimai fikrə nəyisə çıxarırlar, bilərəkdən cəmiyyəti çaşdırırlar.İyrənc vasitələrlə  insanlar  linç  olunur. 

Özləri də  bilməyərəkdən  bəzi  adamlar onların  qurduğu   bu  tələyə düşürlər. 

Onlar  əllərindəki  vasitələrlə  utanmadan  hər  gün  Dövlətə,Dövlət başçısına, onun ailəsinə çirkin çamurlar atırlar.  

Dövlətə və Dövlət başçısına sədaqət  göstərmək hər zaman borcumuzdur. Bu,dəqiqdir.Bu,doğrudur.Bunu hər yaşda,hər dönəmdə etməlisən.Xüsusi ilə də Dövlət sistemində çalışmayanda...

Ona görə də bizim üçün bu  məsələlərdə onlarla,yüzlərlə həm media, həm də  sadə vətəndaş rəyləri,mövqeləri çox önəmlidir. Onların qurduğu   tələyə düşən  bir neçə  insanlar var .Xaricdən gedən o yazıları sonra  legitimləşdirirlər.

“Landramat” məsələsi də  Norveçin bir məhəlli qəzetinə əvvəlcə sızdırıldı. Ordan  qəzetlərə yansıtıldı, sonra “Herald Tribun”a atıldı.Ordan da artıq bizim  ölkənin mediasına gətirildi.Bununla da “legitimlik” statusu  qazandı.Bu,bir fəlakətdir.Bu,son dərəcə informasiya məkanının zərbə altında qalmasıdır.Onu iki fransız,bir alman idarə edir. Bu adamın  yazmaq qabiliyyəti,   qələmi yoxdur. Baxın,əsasən qısa videolar paylaşır... 

Media məkanımız  bu fonda  hibrid və çarpaz atəş altında daxili geniş diskusiyalar şəraitində olardısa,bu halda kənardan o cür texnologiyalar  effekt doğurmazdı.Onlar özlərinə auditoriya yığa bilməzdi”,-deyə   Zahid Oruc bildirib.

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Təhlükəsizlik Şurasından qovulan təhlükəli adamın elmə vurduğu daha bir zərbə...  

Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri,Azərbaycanın ən təhlükəli adamı hesab olunan Ramiz Mehdiyevin adı ölkənin Təhlükəsizlik Şurasının rəsmi saytından çıxarılıb.Onun yaxın günlərdə hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından da uzaqlaşdırılacağı gözlənilir.Bu barədə YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə mətbuata məlumat verib.Bu arada boz kardinalın dolayı yollarla  elmin pik zirvəsinə - akademik tutuluna qədər yüksəlməsi və hətta,qısa bir müddət də olsa AMEA-ya prezidentlik etməsi heyrət doğurur.Mehdiyevlər ailəsində (oğulluğu Levan Qurskayanı çıxmaq şərti ilə) 3 professor və bir akademik var.Güman etmək olar ki, onun ailə üzvləri də hamısı boz kardinalın özü kimi elmə saxta yollarla gəliblər.Yəni ki,onların da elmi işlərini başqaları yazıb.Ramiz Mehdiyevin...

24 Oktyabr 2025, 14:54

Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayrılıb - SƏRƏNCAM 

İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsi bərpa olunacaq və istinad divarları tikiləcək.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla bu məqsəd üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb....

24 Oktyabr 2025, 13:05

Ali Məhkəməyə yeni hakimlər təyin edildi 

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.CityPost.az    xəbər verir ki, layihəyə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.Qeyd edək ki, Konstitusiyaya əsasən, Ali Məhkəmə hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis təyin edir....

24 Oktyabr 2025, 12:04

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin olunub 

Kənan Əliyev Azərbaycan Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin olunub.Bu barədə CityPost.az  Agentliyə istinadən xəbər verir.K. Əliyev oktyabr ayından aparat rəhbəri vəzifəsində çalışır.K. Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011–2014-cü illərdə Mançester Universitetinin Biznes Məktəbində bakalavr təhsili alıb. 2014–2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr dərəcəsi qazanıb.2023–2024-cü illərdə İspaniyanın Madrid şəhərində yerləşən İE Universitetinin Biznes Məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.Əmək fəaliyyətinə 2016-cı ildə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis kimi başlayan K.Əliyev, 2017–2021-ci illərdə...

23 Oktyabr 2025, 19:09

Yol polisi: Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir 

Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir.CityPost.az  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.Müraciətdə qeyd olunub ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır:"Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə qaz avadanlıqlarına lazımi texniki qulluq göstərilməməsi, mütəmadi texniki baxışdan keçirilməməsi, həmçinin köhnə və texniki cəhətdən yararsız avtomobillərdə bu sistemlərin istifadəsi çox zaman ağır fəsadlara səbəb olur".Vurğulanıb ki, Ələt qəsəbəsində baş vermiş hadisə bir...

23 Oktyabr 2025, 17:01

"CityPost.az" boz kardinalın erməni qayınanasının məzarını aşkar etdi   - Özəl görüntülər 

Ramiz  Mehdiyevin   cinayət əməlləri  üzə  çıxdıqdan sonra  özü və ailəsi  haqqında  hər  gün  yeni  informasiyalar yayılır.Medianın gündəmində olan  müzakirələrdən biri  də,Ramiz  Mehdiyevin ailəsində  “erməni izi” iddiasdıdır.Mətbuat bundan əvvəl  Ramiz  Mehdiyevin  erməni oğulluğu olduğu iddia edilən   Levan Qurskaya  haqqında məlumat yaymışdı. Onun Ramiz Mehdiyevin arvadı  Qalina  Mehdiyevanın  Yura  adlı  ermənidən qeyri-qanuni yolla dünyaya gətirdiyi oğlu olduğu  iddia olunur. Polkovnik  rütbəli Levan Qurskaya  mühüm postlardan birini tutub.CityPost.az saytı  Ramiz Mehdiyevin qayınanasının  kimliyi  barədə  ilginc   məlumatlar əldə edib. Məlumata görə, O Ramiz Mehdiyevin arvadı Qalina  Mehdiyevanın anası Natela  Kondratevna Qurskayadır. (Nadaraya). 1923 -cü ilin  fevralın  23-də anadan  olan  Natela Qurskaya   2007-ci ilin martın ...

23 Oktyabr 2025, 15:02