Bizə yazın

Baku

-°C

USD

-

Prezident: “Potensial risklərə qarşı daim diqqətli olmalıyıq”

Cəmiyyət 27 Oktyabr 2026, 10:41

565

"Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik".

Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“İqtisadi göstəricilərimizi də qeyd etmək istəyirəm. Xarici borcumuz çox aşağıdır və bu, yəqin ki, dünyada ən aşağı göstəricilərdən biridir. Etibarlı enerji təchizatçısı kimi qlobal enerji bazarında oynadığımız rol, eləcə də, xüsusilə bağlantı və nəqliyyat məsələlərinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi indiki dövrdə bu sahədəki mövqeyimiz mühüm əhəmiyyət daşıyır. Burada da xəritəyə nəzər salsanız, xüsusilə müasir infrastrukturu, investisiyaları nəzərə aldıqda, Azərbaycandan yan keçməyin çətin olduğunu görərsiniz. Çünki bağlantı və nəqliyyat sahəsində mühüm rol oynamaq üçün qonşularınızla, həmçinin qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır. Bizdə də məhz belə bir vəziyyət yaranıb. Beləliklə, iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimiz, multikulturalizm ənənələrimiz və mədəniyyətlərarası dialoqa sadiqliyimiz birlikdə bizim üçün sinerji yaradır və nikbin olmağımıza əsas verir. Bununla belə, biz proqnozlaşdırılması çətin olan bir dünyada yaşayırıq. Artıq qeyd etdiyim kimi, münaqişələr başlayır, lakin onlara son qoyulmur. Buna görə də potensial risklərə qarşı daim diqqətli olmalı və özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik”, - dövlət başçısı qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclis yeni qərar QƏBUL ETDİ

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir.CityPost.az-ın  xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.“Aviasiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddətdir.Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli dəyişikliklər təklif olunur.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda...

27 Oktyabr 2026, 11:14

İlham Əliyev: “Azərbaycançılıq bütün xalqlarımızı birləşdirən milli ideyadır”

“Yüksək səviyyədə həmrəyliyimiz, qarşılıqlı hörmətimiz və anlaşmamız var. Hamımız milli ideyalarımız ətrafında birləşmişik. Bu ideyalardan biri də Azərbaycanın bütün xalqlarını özündə birləşdirən azərbaycançılıqdır”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında deyib.Dövlət başçısı bildirib ki, bu birlik müstəqillik tariximizin ən çətin dövrlərində özünü nümayiş etdirib.“Hərbi təcavüz və Ermənistanın işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri vahid dəmir yumruq kimi birləşərək kimliyimizi qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək uğrunda mübarizə aparıblar. Bu birlik, əslində, qələbəmizin rəmzinə çevrilmişdi.Beləliklə, birliyin bu möhtəşəm nümayişi cəmiyyətimizin mahiyyətini bir daha...

27 Oktyabr 2026, 10:40

Bakıda yeni park salınır

Bakıda yeni park salınır.Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Bildirilib ki, Bakı şəhərində yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlton Baku" otelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınır.Park üçün layihələndirilən torpaq sahəsi 10 ha-ya yaxın sahəni əhatə edir.Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları müasir layihəyə əsasən hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhəddinə köçürülür. 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən park istaqamətinə keçid üçün körpü-yerüstü piyada keçidinin inşası da nəzərdə tutulub.Artıq layihədə nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb. Həmçinin park ərazisində...

27 Oktyabr 2026, 10:38

Metronun “Həzi Aslanov—İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub

27 oktyabr 2026-cı il tarixindən “Həzi Aslanov—İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.“Bakı Metropoliteni” QSC-dən Citypost.az-a verilən məlumata görə, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib. Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.Bununla da “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olundu. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.Xatırladaq ki,...

27 Oktyabr 2026, 10:37

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

27 Oktyabr 2026, 10:27

Bu rayonların bir sıra ərazilərində bu gün işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Masallı, Ağstafa və Samux Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Masallıda 35 kV-luq "Əminli" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək Ərəb, Hacıtəpə, Həsənli, Xırmandalı kəndləri və şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Ağstafada 110/35/10 kV-luq "Poylu" yarımstansiyasında yerinə yetiriləcək təmir işləri zamanı rayonun Ceyrançöl, Poylu qəsəbələri, eləcə də Kolxəlfəli, Qıraq Kəsəmən və Pirli kəndlərinin bəzi ərazilərində saat 12:00-dan 16:00-dək enerjinin verilişində müvəqqəti fasilə yaranacaq.Samuxda 10 kV-luq "Gülçülük"...

27 Oktyabr 2026, 09:38