Azərbaycanda vəzifəli şəxs həbs edildi
Hadisə 27 Oktyabr 2026, 12:04
517
Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.
Citypost.az APA-ya istinadla xəbər verir ki, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.
Qazaxda hamamda partlayış: 36 yaşlı kişi xəstəxanalıq oldu
Qazaxda 36 yaşlı kişi yanıq xəsarətləri alıb.Citypost.az xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü M.Məmmədov hər iki əlin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.M.Məmmədovun yaşadığı evin hamamında su qızdırıcısını yandıran zaman partlayış olduğu bildirilir. Nəticədə o, yanıq xəsarəti alıb.Faktla bağlı araşdırma aparılır. (APA)
27 Oktyabr 2026, 11:39
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
Regionumuzda yeni gərginlik və münaqişə ocaqlarının yaranmasını istəmirikBunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.O, ABŞ-nin İrana yeni hücum təşkil edə biləcəyi ilə bağlı xəbərlər fonunda yanacağın qiymətindəki artımın qəbuledilməz olduğunu vurğulayıb.“Biz regionumuzda yeni gərginlik və münaqişə ocaqlarının yaranmasını istəmirik. Başqalarının başladığı müharibələrin cəzasını də ödəmək niyyətində deyilik”, – Ərdoğan əlavə edib.
26 Oktyabr 2026, 21:23
Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.Citypost.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.Belə ki, Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəfərov Elmar Şücaət oğlu və Rəhimov Emin Qoşqar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş və barələlərində həbsdə olma müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixdən...
26 Oktyabr 2026, 18:27
Xətai rayonunda kafedə qətllə bağlı 11 nəfər həbs edilib
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakının Xətai rayonunda kafedə baş verən insidentlə bağlı birgə məlumat yayıb.Citypost.az xəbər verir ki, DİN və Baş Prokurorluğun Mətbuat xidmətlətinin birgə məlumatında deyilir ki, Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib.Qeyd olunub ki, oktyabrın 23-də saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl...
26 Oktyabr 2026, 10:22
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.Yanğın söndürülüb, alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb.Hadisənin başvermə səbəbləri araşdırılır....
24 Oktyabr 2026, 16:10
Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə belə xilas edildi
Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpə mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər....
24 Oktyabr 2026, 15:37