Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Cəmiyyət 27 Oktyabr 2026, 19:06
440
Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
Citypost.az xəbər verir ki, söhbət zamanı ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Azərbaycan Ağsaqqallar Şurası ilə Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə toxunulub.
Görüşdə Azərbaycanın qlobal müstəvidə İslam mədəniyyətini və onun fundamental dəyərlərini fəal şəkildə təbliğ etdiyi, bu sahəyə davamlı töhfələr verdiyi diqqətə çatdırılıb. Sezar pizza
Həmçinin oxuyun
Vurğulanıb ki, 2027-ci ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində mühüm məsələlər müzakirə olunacaq.
Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb
Türkiyənin Naxçıvandakı yeni Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.Citypost.az xəbər verir ki, yeni Baş konsul vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.Eyni zamanda, Baş konsul Əli Sevim Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.Əli Sevim, həmçinin, səfir Birol Akgünlə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşüb....
27 Oktyabr 2026, 20:04
Azad edilmiş ərazilərdə memorial komplekslərin ən böyüyü Ağdamda olacaq
İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi böyük risk və qəhrəmanlıq tələb edir. Xüsusilə Ağdam və Füzulidə mina çirklənməsi çox yüksək səviyyədə olub. Hazırda Füzulinin böyük hissəsi təmizlənib. Bu, çox vacibdir, çünki Füzuli Qarabağın hava qapısı hesab olunur və bütün region üçün mühüm infrastruktur və nəqliyyat mərkəzidir.Citypost.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.1558531O qeyd edib ki, Ağdamın baş planı müxtəlif ölkələrdən olan, bu sahədə tanınmış beynəlxalq ekspertlərin iştirakı və əməkdaşlığı nəticəsində hazırlanıb....
27 Oktyabr 2026, 19:55
Baş prokuror İndoneziya və Uqanda nümayəndələri ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib
Baş prokuror Kamran Əliyev İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, cari il oktyabrın 27 və 28-i tarixlərində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuror Kamran Əliyev İndoneziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının baş katibi Cahya Hardianto Harefa və Uqanda Dövlət İttihamı Direktoru Lino Anguzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ayrı-ayrılıqda görüşlər keçirib.Görüşlərdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiya risklərinin qarşısının alınması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və elektronlaşdırılması...
27 Oktyabr 2026, 19:38
AQTA yanında İctimai Şuranın iclası keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.Bu barədə Citypost.az agentlikdən məlumat verilib.Bildirilib ki, Şuranın sədri Mehriban Məhərrəmova qarşıda duran cari məsələləri iştirakçıların diqqətinə çatdırıb.İclasda Agentliyin rəsmiləri "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üzrə Dövlət Proqramı"nın məqsədləri, prioritet istiqamətləri, qarşıya qoyulan hədəflər, eləcə də Proqramın icrasından gözlənilən nəticələr və digər məsələlər barədə geniş məlumat verib.Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas...
27 Oktyabr 2026, 19:20
Bakıda İƏT ölkələrinin antikorrupsiya qurumları ortaq sənədləri razılaşdırıblar
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbir İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Habelə sözügedən tədbir oktyabrın 28-də Bakı şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq məqsədi daşıyır.Qurani-Kərimdən ayələrin oxunması ilə başlayan iclasda Qətər Dövlətinin nümayəndəsi, əvvəlki hazırlıq görüşünə sədrlik etmiş tərəfin təmsilçisi,...
27 Oktyabr 2026, 18:55
Bakıda su aparatlarını sındıran üç nəfər saxlanıldı –
Bakının dörd rayonunda su satışı aparatlarından oğurluq edən üç nəfər saxlanılıb.Citypost.az xəbər verir ki, paytaxtın Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və içərisindəki pulların oğurlanması barədə polisə müraciətlər daxil olub.Aparatların pul qəbuledici hissələrinin zədələnməsi nəticəsində şirkətə əlavə maddi ziyan da dəyib.Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə saxlanılıblar.Faktlarla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir....
27 Oktyabr 2026, 18:38