Bizə yazın

Baku

-°C

USD

-

Baş prokuror İndoneziya və Uqanda nümayəndələri ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib

Cəmiyyət 27 Oktyabr 2026, 19:38

441

Baş prokuror Kamran Əliyev İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb.

Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, cari il oktyabrın 27 və 28-i tarixlərində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuror Kamran Əliyev İndoneziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının baş katibi Cahya Hardianto Harefa və Uqanda Dövlət İttihamı Direktoru Lino Anguzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Görüşlərdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiya risklərinin qarşısının alınması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və elektronlaşdırılması istiqamətində həyata keçirilən hüquqi və institusional islahatlar barədə məlumat verib. Bu sahədə dövlət siyasətinin ardıcıl həyata keçirilməsinin, qabaqlayıcı tədbirlərin genişləndirilməsinin və səmərəli antikorrupsiya mexanizmlərinin tətbiqinin əhəmiyyəti vurğulanıb.

İndoneziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının baş katibi ilə görüşdə Azərbaycan-İndoneziya münasibətlərinin dostluq və qarşılıqlı hörmətə əsaslandığı qeyd olunub, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Habelə İndoneziyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə göstərdiyi dəstəyin əhəmiyyəti diqqətə çatdırılıb.

Baş prokuror, həmçinin, İndoneziyanın Baş prokuroru Sanitiar Burhanuddin ilə mövcud əlaqələrə və rəsmi yazışmalara toxunaraq, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib.

Cahya Hardianto Harefa korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin və qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan Baş Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə İndoneziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası arasında əməkdaşlığın inkişafı, korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi sahəsində təcrübə mübadiləsi, habelə beynəlxalq və regional platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Uqandanın Dövlət İttihamı Direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-Uqanda əlaqələrinin inkişafı, xüsusilə hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Baş prokuror korrupsiyanın transmilli xarakterini nəzərə çatdıraraq, bu qəbildən olan hüquqpozmalarla səmərəli mübarizədə operativ məlumat mübadiləsinin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Lino Anguzu səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin prokurorluq orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sönməyən ulduz kimi - Unudulmaz Ələkbər Salahzadənin əziz xatirəsinə...

Atamın arzusu idi ki, jurnalist olum və ya ən azı universitetə daxil olaraq, filoloji təhsil alım. O, bunu çox istəyirdi. Orta məktəbdə ədəbiyyat müəllimi olan atam bu yöndə təhsilimi davam etdirəcəyimə çox inanırdı. Amma məni başqa səmtə çəkib aparan, yönləndirən arzularım vardı. Mən tanınan, sevilən məşhur müğənnilərdən olmaq istəyirdim və bu sahədə musiqi təhsili almaq, konservatoriyada, baş tutmasa İncəsənət Universitetində oxumaq istəyirdim.Bu Universitet haqqında isə doğru-dürüst bir bilgim yox idi. Ora daxil olmaq üçün hansı fənnlərdən imtahan vermək lazım olduğunu bilmirdim. Bildiyim tək şey bu idi: mən İncəsənət Universitetinin məzunu olmalıyam. Atamsa cidd-cəhdlə məni BDU-ya doğru çəkib aparmaq istəyirdi. Deyirdi:...

27 Oktyabr 2026, 20:39

Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş olub.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə tacikistanlı həmkarına təşəkkür edən Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirib. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, beynəlxalq incəsənət layihələrində iştirakın əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb.Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, "Bakı Prosesi"nin qlobal platforma kimi artan əhəmiyyətini vurğulayıb.Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb....

27 Oktyabr 2026, 20:31

Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı yeni Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.Citypost.az xəbər verir ki, yeni Baş konsul vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.Eyni zamanda, Baş konsul Əli Sevim Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.Əli Sevim, həmçinin, səfir Birol Akgünlə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşüb....

27 Oktyabr 2026, 20:04

Azad edilmiş ərazilərdə memorial komplekslərin ən böyüyü Ağdamda olacaq

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi böyük risk və qəhrəmanlıq tələb edir. Xüsusilə Ağdam və Füzulidə mina çirklənməsi çox yüksək səviyyədə olub. Hazırda Füzulinin böyük hissəsi təmizlənib. Bu, çox vacibdir, çünki Füzuli Qarabağın hava qapısı hesab olunur və bütün region üçün mühüm infrastruktur və nəqliyyat mərkəzidir.Citypost.az  xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.1558531O qeyd edib ki, Ağdamın baş planı müxtəlif ölkələrdən olan, bu sahədə tanınmış beynəlxalq ekspertlərin iştirakı və əməkdaşlığı nəticəsində hazırlanıb....

27 Oktyabr 2026, 19:55

AQTA yanında İctimai Şuranın iclası keçirilib

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.Bu barədə Citypost.az  agentlikdən məlumat verilib.Bildirilib ki, Şuranın sədri Mehriban Məhərrəmova qarşıda duran cari məsələləri iştirakçıların diqqətinə çatdırıb.İclasda Agentliyin rəsmiləri "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üzrə Dövlət Proqramı"nın məqsədləri, prioritet istiqamətləri, qarşıya qoyulan hədəflər, eləcə də Proqramın icrasından gözlənilən nəticələr və digər məsələlər barədə geniş məlumat verib.Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas...

27 Oktyabr 2026, 19:20

Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.Citypost.az xəbər verir ki, söhbət zamanı ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Azərbaycan Ağsaqqallar Şurası ilə Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə toxunulub.Görüşdə Azərbaycanın qlobal müstəvidə İslam mədəniyyətini və onun fundamental dəyərlərini fəal şəkildə təbliğ etdiyi, bu sahəyə davamlı töhfələr verdiyi diqqətə çatdırılıb. Sezar pizzaVurğulanıb ki, 2027-ci ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində mühüm məsələlər müzakirə olunacaq....

27 Oktyabr 2026, 19:06