Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Siyasət 27 Oktyabr 2026, 20:14

386

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Turizmin (UN Tourism) ölkəmizdə səfərdə olan Baş katibi Şeyxa Əl-Nuveys ilə görüşüb.

XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT Turizmi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin zəngin turizm potensialının beynəlxalq səviyyədə təşviqi, turizm sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də Azərbaycanın beynəlxalq turizm platformalarında iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Baş katibi sözügedən vəzifəyə seçilməsi münasibəti bir daha təbrik edib və ona uğurlar arzulayıb. Azərbaycanın beynəlxalq turizm əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi, müxtəlif təbii landşaftları, müasir infrastrukturu və qonaqpərvərlik ənənələrinin Azərbaycanın regional və beynəlxalq turizm məkanında cəlbediciliyini artırdığı vurğulanıb.

Azərbaycanın turizm potensialının müxtəlifliyi diqqətə çatdırılaraq, ölkədə mədəni irs, şəhər, ekoturizm, kənd, dağ, sağlamlıq, qış və işgüzar turizm istiqamətlərinin inkişafı üçün mövcud imkanlar qeyd edilib.

Azərbaycanın zəngin mətbəx mədəniyyətinin və milli kulinariya ənənələrinin ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığı görüş zamanı bildirilib. Qastronomik turizmin Azərbaycanın mədəni irsinin, milli adət-ənənələrinin və qonaqpərvərlik mədəniyyətinin tanıdılmasına verdiyi töhfələr qeyd olunub. Azərbaycanın turizm sahəsində həyata keçirdiyi proqramlar və təşəbbüslər, turizm infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, həmçinin ölkənin müxtəlif turizm məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərin zəngin tarixi-mədəni irsi və turizm potensialı da diqqət mərkəzində olub. Həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, mədəni və dini irsin qorunması, eləcə də yeni turizm istiqamətlərinin formalaşdırılması barədə məlumat verilib.

Baş katib Şeyxa Əl-Nuveys ölkəmizin təşkilatda fəal üzvlüyünə görə təşəkkür edib, təşkilatın bir sıra planları və prioritetləri barədə geniş məlumat təqdim edib.

Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vüqar Rəhimzadə: “Azərbaycan Avropa ilə Asiya arasında mədəniyyət körpüsüdür”

Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən beynəlxalq dialoq  platforması kimi dünyanın diqqətində olduğu xüsusi qeyd edilir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyasına, eyni zamanda, onların əhatə etdikləri mövzulara diqqət yetirsək bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu, yerini, söz sahibliyini, malik olduğu imkanların fonunda yüksək səviyyədə təşkilatçılığını aydın görə bilərik. Bugünümüzün reallıqları bu məqamı da təsdiqləyir ki, müasir beynəlxalq münasibətlərdə dövlətin nüfuzu iqtisadi və hərbi potensialı ilə yanaşı, fərqli maraqlara malik tərəfləri dialoq ətrafında birləşdirmək, ortaq gündəliyin formalaşmasına töhfə vermək bacarığı ilə də ölçülür. Azərbaycanın son illərdə ev sahibliyi etdiyi tədbirlərə diqqət yetirdikdə coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən...

27 Oktyabr 2026, 17:00

Ramil Həsən AK Parti rəsmisi ilə Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Efkan Ala ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisdən məlumat verilib.Görüşdə həmçinin AK Partinin xarici əlaqələr üzrə sədr müavini Zafer Sırakaya da iştirak edib.Görüş zamanı TÜRKPA-nın Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş 15-ci plenar iclası və Assambleya Şurasının iclası çərçivəsində qəbul edilmiş qərarlar, eləcə də qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyəti qeyd...

27 Oktyabr 2026, 12:51

Prezident: “Azərbaycanda heç bir daxili riskimiz yoxdur”

"Kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq".Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.“Yaşamaq məcburiyyətində qaldığımız sistemlərin heç biri milli hisslərimizi və dövlətçilik düşüncəmizi boğa bilmədi. Məhz buna görə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, yeri gəlmişkən, bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdik, öz taleyimizin sahibi olduq. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər bölgələrində gördükləri, əsasən, müstəqillik dövründə, öz taleyimizin sahibi olduğumuz zaman yaradılıb. Məhz bundan sonra biz bütün dünyaya nələrə nail ola biləcəyimizi nümayiş etdirdik. Digər mühüm nailiyyətlərimizdən biri də budur ki, müstəqillik illərində biz...

27 Oktyabr 2026, 10:34

İlham Əliyev: “İkili standartlar siyasətinə tamamilə son qoyulmalıdır”

"İkili standartlar siyasətinə beynəlxalq siyasətdə tamamilə son qoyulmalıdır".Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.“Nəzərə alınmalı olan digər mühüm məsələ beynəlxalq təşkilatların qərarlarının icrası mexanizmidir. Hazırda bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Üstünlük hissi, hücuma məruz qoyduğunuz insanlara qarşı törətdiyiniz əməllərə görə cəzalandırılmayacağınıza dair inam var. Təəssüf ki, bəzən bu vəziyyət uzun müddət davam edir. Buna görə də BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, qərarların icrası mexanizmi mövcud olmalıdır. Qeyd etdiyim kimi, biz 30 il ərzində belə bir vəziyyətdə olmuşuq. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad edilməsini tələb edən dörd...

27 Oktyabr 2026, 10:32

Şöhrət Eldəniz: “İranın Azərbaycana qarşı addımlarına da sərt təpki göstərilməlidir”

Jurnalist Şöhrət Eldəniz İran rəsmilərinin Azərbaycanın daxili işlərinə müdaxilə etdiyini bildirərək media nümayəndələrini bu məsələyə münasibət bildirməyə çağırıb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Şöhrət Eldəniz qeyd edib ki, İranın təhsil naziri bəyanatla, birinci vitse-prezidenti fərmanla, iki ayətullah isə fətva ilə Azərbaycanın daxili işlərinə müdaxilə edib.Jurnalist Türkiyənin addımlarına sərt reaksiya verən sosial və peşəkar media nümayəndələrinin İranın Azərbaycana qarşı mövqeyinə də eyni şəkildə münasibət bildirməli olduğunu vurğulayıb.O bildirib ki, bu məsələ yalnız son günlərin hadisəsi deyil. Jurnalistin sözlərinə görə, hicabla bağlı müzakirələr başlayandan sonra İranda Azərbaycan əleyhinə aksiyalar keçirilir, cümə namazlarında isə İslam ölkələri Azərbaycana qarşı...

27 Oktyabr 2026, 08:45

Nigar Sabirqızı: “Türk birliyini qorumaq üçün türklər bir-birinin sözünü dinləməyi bacarmalıdır”

İTV-nin aparıcısı, tanınmış jurnalist Nigar Sabirqızı Türk dünyasının birliyi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə “Facebook” hesabında yazıb.O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının birliyinə qarşı çıxanlarla bağlı səsləndirdiyi fikirlərdə İsraili nəzərdə tutması ehtimalı var. Bununla yanaşı, Sabirqızı türklərin birliyini istəməyən əsas ölkələrdən birinin İran olduğunu qeyd edib.Jurnalist vurğulayıb ki, Türk birliyini qorumağın ən vacib şərti türklərin bir-birinin sözünü dinləməyi bacarmasıdır.“Bir şeyi də unutmaq olmaz ki, türk birliyini qorumaq üçün ən başlıcası türklər bir-birinin sözünü dinləməyi bacarmalıdır. O zaman heç kim bu birliyi poza bilməyəcək. Yaşasın Turan!” – deyə Nigar Sabirqızı yazıb....

27 Oktyabr 2026, 08:21