Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 28 Oktyabr 2026, 20:00
437
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Əbdülfəttah Qasim Məhəmməd ilə görüşüb.
Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
A. Kərimli Somalinin Forumda yüksək səviyyədə təmsil olunduğunu bildirib, dost ölkənin beynəlxalq platformalarda Azərbaycanın haqq işinə həmişə dəstək verdiyini məmnunluqla xatırladıb.
Görüşdə Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Həmçinin oxuyun
Q. Məhəmməd qlobal əhəmiyyətli tədbirə dəvətə görə təşəkkür edib, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırıb.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib.Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv dövlətlərin və müşahidəçi ölkələrin, eləcə də, 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edir. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alır.Oktyabrın 28-də baş tutan tədbir çərçivəsində Azərbaycan Respublikası “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə əl-Mükərrəmə Konvensiyası”nı imzalayıb.Konvensiya Azərbaycan Respublikası adından Baş prokuror Kamran Əliyev tərəfindən imzalanıb. İmzalanma...
28 Oktyabr 2026, 20:32
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xaçmaz rayonunda leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri aparılır və bu çərçivədə Caqacuq çayı üzərində yeni körpü inşa olunur.Bu barədə "Report"a AAYDA-dan məlumat verilib.Bildirilib ki, görülən işlər çərçivəsində Aşağızeyid-Bərqov kəndlərini birləşdirən avtomobil yolunun Caqacuq çayı üzərindən keçən hissəsində iki aşırımlı yeni körpü inşa olunur.Layihəyə əsasən, körpüyə yanaşma yollarının, həmçinin çay sularının axınının tənzimlənməsinə xidmət edən sunizamlayıcı qanadların bərpası nəzərdə tutulur.Həyata keçirilən tədbirlərin əsas məqsədi yol infrastrukturunun dayanıqlılığını artırmaq, sel sularının yarada biləcəyi fəsadların qarşısını almaq və vətəndaşların təhlükəsiz, fasiləsiz hərəkətini təmin etməkdir.Qeyd edək ki, leysan yağışları və selin fəsadlarının...
28 Oktyabr 2026, 19:45
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə konsert proqramı təqdim olunub.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva konsertdə iştirak ediblər.Onlar uşaq evinin və sosial xidmət müəssisələrinin sakinləri ilə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.Qeyd edək ki, "Cənnətin ariyası" layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir....
28 Oktyabr 2026, 19:28
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib."Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib."İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı bildiririk. Bu faciədən zərər çəkən hər kəsə mənəvi dəstəyimizi ifadə edirik. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq", - paylaşımda qeyd olunub.Xatırladaq ki, İspaniyanın Toledo vilayətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində dəmir yolu qəzası baş verib. Son məlumatlara görə, azı 64 nəfər həlak olub....
28 Oktyabr 2026, 19:20
Sahibə Qafarova İƏT Baş katibi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, qonağı İƏT-in Baş katibi vəzifəsinə seçilməyi münasibətilə təbrik edən spiker Sahibə Qafarova ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Bildirib ki, Azərbaycanın qonağın yeni vəzifəsində ilk səfər etdiyi ölkələrdən biri olması ölkəmizlə İƏT arasında möhkəm əlaqələrdən xəbər verir. Milli Məclisin sədri bu səfərin qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.Spiker qonağın Prezident İlham Əliyevlə görüşündə aparılmış müzakirələrin, həmçinin qonağın Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda...
28 Oktyabr 2026, 19:16
Ramiz Mehdiyevin sonu: hakimiyyətin zirvəsindən nüfuzun itirilməsinə
İnsan ömrünün elə bir məqamı gəlir ki, illərlə arxasında gizləndiyi vəzifələr, ətrafında yaratdığı nüfuz, qapısını döyənlər, sözünü iki etməyənlər bir-bir yoxa çıxır. Dünənə qədər adını ehtiyatla çəkənlər bu gün ondan uzaq durmağa çalışır, qarşısında baş əyənlər isə yollarını dəyişirlər. Belə məqamlarda insanın həqiqi böyüklüyü də, kiçikliyi də üzə çıxır. Çünki hakimiyyət insanın ətrafına adam toplaya bilər, amma onun əməllərinin hökmünü həmişəlik dəyişə bilməz.Ramiz Mehdiyevin bu gün düşdüyü vəziyyət haqqında düşünəndə istər-istəməz bu həqiqət yada düşür. Uzun illər Azərbaycan dövlət idarəçiliyinin ən mühüm mərkəzlərindən birində çalışmış, siyasi proseslərdə böyük təsir imkanlarına malik olmuş bir adam indi həyatının tamam başqa mərhələsi ilə...
28 Oktyabr 2026, 18:45