8 milyonluq villa, bahalı imarət, elit mənzil... - Mehdiyev hansında yaşayır?
Cəmiyyət 28 Oktyabr 2026, 16:04
410
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və əmlakının dövlət nəfinə müsadirə olunması ilə bağlı qərar ictimai müzakirələrə səbəb olub.
Citypost.az Modern.az-a istinadən xəbər verir ki, oktyabrın 28-də yayılan məlumatlarda Mehdiyevə və ailə üzvlərinə aid edilən əmlakın siyahısı təqdim olunub. Siyahıda yüzlərlə hektar torpaq sahəsi, dəbdəbəli villalar, bahalı mənzillər, ticarət obyektləri, şirkətlər və maliyyə sektorundakı paylar yer alır.
Ramiz Mehdiyevin hazırda hansı evdə yaşaması isə ictimaiyyətin cavab axtardığı əsas suallardan biridir.
Tbilisi prospektindəki 8 milyon dollarlıq villa
Ramiz Mehdiyevin adı ilə əlaqələndirilən ən diqqətçəkən mülklərdən biri Bakının Tbilisi prospektində yerləşən dəbdəbəli villadır.
36 sot ərazidə yerləşən bu mülkün bir müddət əvvəl 8 milyon ABŞ dollarına satışa çıxarıldığı barədə məlumat yayılmışdı.
Ötən il mediada Ramiz Mehdiyevin ev dustaqlığını məhz Tbilisi prospektindəki villasında çəkdiyi yazılmışdı. Həmin məlumatda onun sabiq daxili işlər naziri Ramil Usubovla qonşu olduğu bildirilirdi.
Novxanıda iki böyük villa – ciddi mühafizə
Ramiz Mehdiyevin adı çəkiləndə ilk yada düşən ünvanlardan biri də Abşeronun Novxanı qəsəbəsindəki bağ evidir.
Həmin villanın görüntüləri ötən il mətbuatda yayımlanmışdı. Böyük bağ sahəsində iki nəhəng villanın inşa edildiyi, ərazinin ciddi mühafizə olunduğu və müşahidə kameraları ilə izlənildiyi bildirilirdi. Jurnalistlər həmin vaxt evdə Mehdiyevlə görüşə bilməmiş, qonşulardan onun başqa ünvanda qaldığını öyrənmişdilər.
Novxanıdakı mülk təkcə dəbdəbəli tikililəri ilə deyil, Ramiz Mehdiyevin ailə tədbirləri ilə bağlı xəbərlərdə də gündəmə gəlib. Mətbuatda pandemiya dövründə onun nəvəsinin toyunun bu bağ evində keçirildiyi barədə məlumatlar yayılmışdı.
Ramiz Mehdiyev və ailə üzvləri ilə əlaqələndirilən mülklər yalnız Bakıdakı iki villa ilə məhdudlaşmır. Mətbuatda yayılan siyahılarda müxtəlif ünvanlarda yerləşən torpaq sahələri, mənzillər və digər obyektlər də göstərilir.
Həmçinin oxuyun
Bəs Ramiz Mehdiyev hazırda harada yaşayır?
Ramiz Mehdiyevin hansı evdə yaşaması ilə bağlı maraq təbiidir. Lakin məsələnin daha vacib tərəfi illər ərzində onun adı ilə əlaqələndirilən əmlakın hüquqi mənşəyinin və müsadirə qərarının faktiki nəticələrinin aydınlaşdırılmasıdır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a bildirib ki, Ramiz Mehdiyev barəsindəki hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunmuş əmlakın sonrakı taleyi ilə bağlı məsələlər dəqiqləşdiriləcək.
Sosial şəbəkələrdə Ramiz Mehdiyevin hansı ünvanda yaşaması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bəziləri onun Novxanıdakı bağ evində, digərləri Tbilisi prospektindəki villasında qaldığını iddia edir. Onun Badamdar qəsəbəsində, Botanika bağının yaxınlığında yerləşən elit binanın 400 kvadratmetrlik mənzilində yaşadığını söyləyənlər də var. Bu məncilin 2 milyon dollardan baha olduğu iddia olunur.
Ramiz Mehdiyevin məhkəməsi qapalı keçirildiyindən onun prosesə hansı ünvandan onlayn qoşulduğu media və ictimaiyyətə məlum olmayıb.
"Boz kardinal" hansı maddələrlə ittiham olunub?
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunub.
Hakim Murad Aslanovun sədrlik etdiyi məhkəmə Ramiz Mehdiyevə təyin edilən azadlıqdan məhrumetmə cəzasını şərti tətbiq edib.
Onun yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Ramiz Mehdiyevin hazırda harada yaşadığını dəqiqləşdirmək mümkün olmasa da, bir məqam diqqət çəkir: məhkəmənin qərarı qüvvədə qaldığı və şərti cəzanın tətbiqi üçün müəyyən edilmiş hüquqi əsaslar mövcud olduğu müddətdə o, təyin olunmuş cəzanı penitensiar müəssisədə çəkməyəcək. Bununla belə, şərti cəza onun ömrünün sonunadək mütləq evdə qalacağına da zəmanət vermir.
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham edilən “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb olunub.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Əliyevlə birgə fəaliyyət göstərən həyat yoldaşı Ayçiçək Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 162.1.1 və 178.4-cü maddələrinə əsasən ittiham elan edilib.A.Əliyevanın himayəsində azyaşlı övladının olması və ərinin xəstəliyi nəzərə alınaraq, istintaq müddəti üçün barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.Qeyd edək ki, Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin dələduzluq ittihamı ilə saxlanılan rəhbəri Elsevər Əliyev də bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılmışdı. Lakin daha sonra...
28 Oktyabr 2026, 15:22
Ramiz Mehdiyevin AMEA üzvlüyünə son qoyuldu
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb.Bu barədə Citypost.az-a AMEA-dan məlumat verilib.Bildirilib ki, Milli Elmlər Akademiyasının 23 noyabr 2023-cü il tarixli Ümumi Yığıncağında təsdiq olunmuş Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin 3.6.-cı bəndinə əsasən Akademiyanın üzvü ölkənin və Akademiyanın adına ləkə gətirən hərəkətlərə yol verdikdə, vəzifələrini yerinə yetirmədikdə onun AMEA üzvlüyündən çıxarılması məsələsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək, müvafiq qərar qəbul edilməklə AMEA Ümumi Yığıncağında təsdiq edilmək üçün təqdim olunur.AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin iclasını açaraq Ramiz Mehdiyevin ölkənin adına ləkə gətirən və Akademiya...
28 Oktyabr 2026, 15:11
Azərbaycan beynəlxalq dini sammitə ev sahibliyi edəcək
"Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir".Citypost.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə deyib.O bildirib ki, dünyanın aparıcı dini mərkəzi – Vatikan ilə qarşılıqlı əlaqələr tarixində bu il Roma Papası XIV Leo ilə görüş xüsusi önəm kəsb edən hadisə oldu: “Dini mərkəzlərimiz arasında əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Vatikanla birgə Romada keçirdiyimiz iftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter alıb. Forum iştirakçılarına...
28 Oktyabr 2026, 14:52
Fərman Qurbanlı ETSN-də yeni vəzifəyə təyin olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib.Bu barədə “Qafqazinfo”ya ETSN-in mətbuat katibi İradə İbrahimova məlumat verib.O bildirib ki, Fərman Qurbanlı bu təyinatadək Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
28 Oktyabr 2026, 14:35
Jurnalist “Bolmart”dan aldığı çörəklə bağlı narazılığını bildirib
Əməkdar jurnalist, ATV prezidentinin müşaviri Səadət Məmmədova "Bolmart" mağazasından aldığı qarabaşaq çörəyində şübhəli ləkələr və kif aşkar etdiyini bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, dünən axşam "Bolmart" mağazasından N1 markasının istehsalı olan qarabaşaq çörəyi alıb:"Ucuz da deyil, bu çörək 3 manata satılır .Qlüten həssaslığıma görə adətən belə çörəklər yeyirəm. Səhər bir dilim yedim, ikincini götürəndə üzərində ağ ləkə gördüm, elə bildim undur. Silkələdim getmədi. Əlimi vurdum, yoxladım, gördüm ki, bu nəsə ayrı şeydir. Çörəyin üzərinə yapışmış bu açıq çəhrayımtıl rəngli ləkənin qoxusu daha çox divar boyasına - emulsiyaya bənzədi. Bəlkə də kif...
28 Oktyabr 2026, 14:30
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü
28 oktyabr tarixində Media və Yayım Şurasında Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud ilə ikitərəfli görüş keçirilib.Citypost.az xəbər verir ki, görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Somali arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsinin, informasiya mübadiləsinin genişləndirilməsinin, media sahəsində təcrübə mübadiləsinin aparılmasının və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, ölkələrarası əlaqələrin təşviqində və ictimaiyyətin obyektiv məlumatlandırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud isə Azərbaycanla tərəfdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, media və kommunikasiya...
28 Oktyabr 2026, 14:24