Hökməli–Qobu–Güzdək avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 28 Oktyabr 2026, 13:48
470
Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 2-ci kilometrliyində yolun hərəkət hissəsinin bərpası və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılır.
Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Bildirilib ki, təxminən 100 metr uzunluğa malik ərazini əhatə edən təmir-bərpa işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
Həmçinin oxuyun
"Sürücülərdən alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur. Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündə mövcud problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Bununla əlaqədar həmin hissədə də nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq tam məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü
28 oktyabr tarixində Media və Yayım Şurasında Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud ilə ikitərəfli görüş keçirilib.Citypost.az xəbər verir ki, görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Somali arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsinin, informasiya mübadiləsinin genişləndirilməsinin, media sahəsində təcrübə mübadiləsinin aparılmasının və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, ölkələrarası əlaqələrin təşviqində və ictimaiyyətin obyektiv məlumatlandırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud isə Azərbaycanla tərəfdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, media və kommunikasiya...
28 Oktyabr 2026, 14:24
AQTA üç rayonda təhlükəli pestisid qalıqlarının təmizlənməsinə başlayıb
Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb.Bu barədə Citypost.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Bildirilib ki, ərazilərdə mövcud vəziyyətin qiymətləndirilməsi işi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır.Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə "Cəngi pestisid poliqonu"na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur.Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir.Yaxın günlərdə Salyan, Biləsuvar...
28 Oktyabr 2026, 14:21
Şeyxülislam: “Azərbaycan dindarları hər zaman dövlətimizin yanındadır”
Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.Citypost.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi" panel sessiyasında deyib.QMİ sədri vurğulayıb ki, dünyanın aparıcı dini mərkəzi – Vatikan ilə qarşılıqlı əlaqələrin tarixində bu il Papa XIV Leo ilə görüş xüsusi önəm kəsb edən hadisə olub:"Dini mərkəzlərimiz arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Vatikanla birgə Romada keçirdiyimiz İftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter alıb. Mütəmadi iştirak etdiyimiz qlobal platformalarda - Böyük İyirmilik sammitləri ərəfəsində keçirilən Dinlərarası forumlarda, Dünya və Ənənəvi Dinlərin...
28 Oktyabr 2026, 14:18
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ankarada oktyabrın 29-da Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək."Report"un Türkiyə bürosuna Türkiyənin Xarici İşlər Naziriliyin mətbuat Ximətindən verilən məlumata görə, XIII TDT Zirvə görüşü çərçivəsində təşkil olunacaq bu iclasla təşkilata üzv ölkələrin xarici işlər nazirləri cari ildə Şuranın iclasında beşinci dəfə bir araya gələcəklər.TDT Xarici İşlər Nazirləri Şurasının iclasında təşkilat daxilində əməkdaşlıq sahələri üzrə məsləhətləşmələrin və təşkilatın institusionallaşdırılması istiqamətində işlərin aparılması gözlənilir.Qeyd edək ki, oktyabrın 29-30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü keçiriləcək....
28 Oktyabr 2026, 14:16
14 manat ARTIRILIR - RƏSMİ QƏRAR
2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub.CityPost.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat müəyyən ediləcək.Ehtiyac meyarının həddi də 314 manat proqnozlaşdırılır.Məlumat üçün bildirək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdi. Bu o deməkdir ki, 2027-ci il üçün ölkə üzrə yaşayış minimumu 14 manat artırılacaq....
28 Oktyabr 2026, 13:15
Sabah rayonlarda qar yağacağı gözlənilir
Sabah - oktyabrın 29-u Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd edilib ki, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-16° isti,...
28 Oktyabr 2026, 12:52