Məhkəmədən Ramiz Mehdiyevlə bağlı QƏRAR
Cəmiyyət 27 Oktyabr 2026, 20:46
786
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib.
Citypost.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə qərara alınıb.
Hökmdə qeyd edilib ki, R. Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.
DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.
Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb.
Həmçinin oxuyun
İttihama görə, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xarici ölkədə yaradılan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilən və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.
İttihamda qeyd olunub ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə razılaşdırmaq məqsədilə Əli Kərimliyə təqdim edib. Daha sonra 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.
Ramiz Mehdiyev sözügedən şəxslərlə əlbir olub dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməklə, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etməkdə ittiham olunur.
Həmçinin ittihamda vurğulanıb ki, Ramiz Mehdiyev 2025-ci ilin 13 oktyabr tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pulu leqallaşdırıb.
Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib.
Ramiz Mehdiyevin AMEA üzvlüyünə xitam verilir
“Ramiz Mehdiyev törətdiyi əməllərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündə qala bilməz”.Bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.“Lazımi qərarı verəcəyik. Ən yaxın zamanda AMEA-nın bununla bağlı iclasını çağıracağıq”, - İsa Həbibbəyli qeyd edib.
27 Oktyabr 2026, 21:05
Sönməyən ulduz kimi - Unudulmaz Ələkbər Salahzadənin əziz xatirəsinə...
Atamın arzusu idi ki, jurnalist olum və ya ən azı universitetə daxil olaraq, filoloji təhsil alım. O, bunu çox istəyirdi. Orta məktəbdə ədəbiyyat müəllimi olan atam bu yöndə təhsilimi davam etdirəcəyimə çox inanırdı. Amma məni başqa səmtə çəkib aparan, yönləndirən arzularım vardı. Mən tanınan, sevilən məşhur müğənnilərdən olmaq istəyirdim və bu sahədə musiqi təhsili almaq, konservatoriyada, baş tutmasa İncəsənət Universitetində oxumaq istəyirdim.Bu Universitet haqqında isə doğru-dürüst bir bilgim yox idi. Ora daxil olmaq üçün hansı fənnlərdən imtahan vermək lazım olduğunu bilmirdim. Bildiyim tək şey bu idi: mən İncəsənət Universitetinin məzunu olmalıyam. Atamsa cidd-cəhdlə məni BDU-ya doğru çəkib aparmaq istəyirdi. Deyirdi:...
27 Oktyabr 2026, 20:39
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş olub.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə tacikistanlı həmkarına təşəkkür edən Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirib. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, beynəlxalq incəsənət layihələrində iştirakın əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb.Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, "Bakı Prosesi"nin qlobal platforma kimi artan əhəmiyyətini vurğulayıb.Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb....
27 Oktyabr 2026, 20:31
Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb
Türkiyənin Naxçıvandakı yeni Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.Citypost.az xəbər verir ki, yeni Baş konsul vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.Eyni zamanda, Baş konsul Əli Sevim Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.Əli Sevim, həmçinin, səfir Birol Akgünlə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşüb....
27 Oktyabr 2026, 20:04
Azad edilmiş ərazilərdə memorial komplekslərin ən böyüyü Ağdamda olacaq
İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi böyük risk və qəhrəmanlıq tələb edir. Xüsusilə Ağdam və Füzulidə mina çirklənməsi çox yüksək səviyyədə olub. Hazırda Füzulinin böyük hissəsi təmizlənib. Bu, çox vacibdir, çünki Füzuli Qarabağın hava qapısı hesab olunur və bütün region üçün mühüm infrastruktur və nəqliyyat mərkəzidir.Citypost.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.1558531O qeyd edib ki, Ağdamın baş planı müxtəlif ölkələrdən olan, bu sahədə tanınmış beynəlxalq ekspertlərin iştirakı və əməkdaşlığı nəticəsində hazırlanıb....
27 Oktyabr 2026, 19:55
Baş prokuror İndoneziya və Uqanda nümayəndələri ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib
Baş prokuror Kamran Əliyev İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, cari il oktyabrın 27 və 28-i tarixlərində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuror Kamran Əliyev İndoneziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının baş katibi Cahya Hardianto Harefa və Uqanda Dövlət İttihamı Direktoru Lino Anguzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ayrı-ayrılıqda görüşlər keçirib.Görüşlərdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiya risklərinin qarşısının alınması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və elektronlaşdırılması...
27 Oktyabr 2026, 19:38