Teatrşünas: “Gənc teatrşünaslar qonorar almalıdır”
Sənət aləmi 28 Oktyabr 2026, 15:54
706
Azərbaycanda teatr tənqidinin inkişafı üçün KİV-də bu sahəyə ehtiyac yaradılmalı, gənc teatrşünaslar isə əməyinə görə qonorar almalıdır.
Citypost.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Aydın Talıbzadə Oxu.az-da jurnalist Əzizə İsmayılova ilə videomüsahibəsində deyib
A.Talıbzadə bildirib ki, tamaşalar tənqidə gəlmir: “Tamaşaya gedirsən, baxırsan, tamaşa tənqidə gəlmir. Bu gün birinci növbədə teatra tələbat olmalıdır tamaşaçıda. Bu, çox vacib məsələdir.”
Əməkdar incəsənət xadimi siyasətdən niyə danışdığını da izah edib: “Siyasi gündəmdə olan məsələlər insanlara hədsiz dərəcədə maraqlıdır. Amma teatr bu gün insanlarda o qədər də böyük maraq yarada bilmir. Və teatr tənqiddən daim nəsə gözləyir. Əslində, bu gün teatr tənqidi də bir neçə nəfərin çiynindədir.”
Teatr tənqidi ilə məşğul olanların əməyinin qiymətləndirilmədiyini bildirən A.Talıbzadə deyib: “Biz tənqidi yazılar yazırıq, amma bu yazılar kimə lazımdır? Teatra lazımdırmı? Bizim artıq yetmişə yaxın yaşımız var və yenə də sadəcə o entuziazmımıza arxalanıb yazılar yazırıq. Bu bizim hobbimizdir, peşəmizdir, sevdiyimiz bir nəsnədir. Buna görə biz qazanc əldə etmirik.”
O vurğulayıb ki, yeni nəslin teatr tənqidi ilə məşğul olması üçün bu sahəyə müəyyən kütləvi informasiya vasitələrində ehtiyac olmalıdır: “Onların da verilişləri olmalıdır, hansısa yerləri olmalıdır ki, çıxan tamaşaları işıqlandıra bilsinlər.”
Həmçinin oxuyun
Gənc teatrşünasların qonorar almasının vacibliyini qeyd edən A.Talıbzadə bildirib: “Digər tərəfdən də, o gənc teatrşünaslar işləməlidirlər ki, pul qazansınlar. Teatr tənqidi ilə məşğul olan şəxslər heç bir qonorar almırlar. Yəni teatrşünaslığın inkişafı üçün birinci növbədə bu fərdləri yaşatmaq lazımdır.”
Əməkdar incəsənət xadimi aktyor portretlərinin yazılmamasından da narahatlığını dilə gətirib: “Siz təsəvvür edirsiniz, bu gün aktyorlarımızın çoxu səhnələrdə olsa da, onlar haqqında heç bir portret yazılmır. Amma bu, yazılmalıdır, aktyor özünü o portretlərdə görməlidir.”
Aydın Talıbzadə:Şəfiqə xanım bu gün teatrda heç nə edə bilməz
Bu gün Azərbaycan teatrlarında ciddi boşluq var və onu doldurmaq üçün həm teatrı, həm də tamaşaçısını sevən şəxsiyyətlər lazımdır.Citypost.az xəbər verir ki, bunu Oxu.Az-a videomüsahibəsində Əməkdar incəsənət xadimi, tanınmış teatrşünas və tənqidçi Aydın Talıbzadə deyib.Teatşünas Şəfiqə Məmmədovanın adı çəkiləndə mövzunun yalnız bir nəfərin üzərində qurulmasının düzgün olmadığını deyib.A.Talıbzadənin sözlərinə görə, sənətçi bu gün teatrda heç nə edə bilməz və bunu özü də bilir.O, Şəfiqə Məmmədovanın vaxtilə teatrdan getməsinin səbəbini də xatırladıb: “Deyirdi, Aydın, bu, məni qane etmir. İstədiyim rollarda istədiyim sənətimi göstərə bilmirəm”.Aydın Talıbzadə əlavə edib ki, sənətçinin təbliğatla məşğul olması üçün də elə bir iş ortaya qoyulmalıdır ki, o,...
28 Oktyabr 2026, 15:43
Xalq artisti Zaur Rzayevin vəziyyəti kritik-ağırdır
Xalq artisti Zaur Rzayevin son vəziyyəti məlum olub.Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.Bildirilib ki, Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 74 yaşlı Zaur Rzayevin vəziyyəti kritik-ağır qiymətləndirilir.Qeyd edək ki, oktyabrın 14-ü onun vəziyyəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.
27 Oktyabr 2026, 16:05
Dilarə Əliyevaya vəzifə verildi
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib.Modern.az olay.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq.
24 Oktyabr 2026, 15:20
Serdar Ortaç azərbaycanlı müğənnilərin ifasını paylaşdı
Serdar Ortaç azərbaycanlı ifaçıların onun mahnısını səsləndirdiyi görüntüləri paylaşıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, türkiyəli müğənninin bəstəsini Sevil və Sevinc bacıları, eləcə də Nurlan Təhməzli ifa ediblər.Səfərovalar ona təşəkkür edərək şərh bölməsində bu sözləri yazıblar: pizza mizza“Serdar bəy, çox sağ olun! Bizi çox sevindirdiniz. Allah sizdən razı olsun, bizim dəyərli sənətkarımız!
21 Oktyabr 2026, 18:00
Bakıda "Ovsunlanmış meşə" sərgisi keçiriləcək
Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.Citypost.az xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini...
20 Oktyabr 2026, 18:19
Xalq artistindən ürəkdağlayan paylaşım: “Sənsiz mənə çox çətindir”
Xalq artisti , teatr və kino aktyoru Məzahir Süleymanov mərhum həyat yoldaşını belə yad etdi: “Sənsiz mənə çox çətindir”Citypost.az xəbər verir ki, Xalq artisti Məzahir Süleymanov ötən aylarda vəfat edən həyat yoldaşı ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.Sənətçi paylaşımında həyat yoldaşının yoxluğunun onun üçün nə qədər ağır olduğunu ifadə edən kövrək sözlər yazıb.“Yanımda necə də yerin görünür. Sənsiz mənə çox çətindir”, – deyə Məzahir Süleymanov qeyd edib.Turan ...
16 Oktyabr 2026, 09:02