Bizə yazın

Baku

-°C

USD

-

Noyabrda iş və istirahət günlərinin sayı açıqlandı

Cəmiyyət 02 Noyabr 2026, 12:51

1760

Noyabr ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.

Citypost.az  xəbər verir ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, beşgünlük iş həftəsi ilə çalışanlar üçün noyabr ayında ümumilikdə 11 gün qeyri-iş günü olacaq.

Belə ki, noyabrın 8-də Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. (Milli.az)

Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl 4 gün iş olmayacaq. İşçilər noyabrın 11-də işə çıxacaqlar.

Noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün digər istirahət günləri də şənbə və bazar günlərinə təsadüf edir.

Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə noyabr ayında ümumilikdə 7 gün qeyri-iş günü nəzərdə tutulub.

Qeyd edək ki, noyabrın 12-də qeyd olunan Konstitusiya Günü və noyabrın 17-də qeyd olunan Milli Dirçəliş Günü iş günü hesab edilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan bayrağı Qars qalasında dalğalandı - FOTO

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib.O, üçrəngli bayrağımızın tarixi Qars qalasında dalğalandığını qeyd edib. Q.Zeylanov jestə görə Qars valisi Ziya Polat və bələdiyyə sədri Ötüken Şengülə səmimi təşəkkür edib.

09 Noyabr 2026, 18:09

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Keçmiş vəzifəli şəxs Məmmədov Tariyel Çoban oğlu vəfat edib.Citypost.az "Unikal"a istinadən mərhum uzun illər Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.T.Məmmədov 2006-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

09 Noyabr 2026, 16:59

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ

Maliyyə Nazirliyinin tabeliyindəki Rəqəmsal Maliyyə Mərkəzində təyinat baş tutub.CİTYpOST.AZ  Yurd.Media-ya istinadən xəbər verir ki, Xanım Sadıqova Mərkəzin Təşkilati fəaliyyət və inkişaf departamentinin rəhbəri vəzifəsinə təyin olunub.O, yeni təyinatından əvvəl, 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək “Sinteks Group of Companies”də təlim və inkişaf üzrə menecer olub.O, 2019-cu ilin fevralından 2024-cü ilin yanvarınadək “AzInTelecom”da çalışıb.

09 Noyabr 2026, 16:41

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

09 Noyabr 2026, 15:08

Prezidentdən mühüm SƏRƏNCAM

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

09 Noyabr 2026, 14:14

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub.CityPost.az-ın  məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərdə tutulub.

09 Noyabr 2026, 14:01