Bizə yazın

Baku

-°C

USD

-

Antiterror əməliyyatından bəhs edən “23 saat 43 dəqiqə” kitabı təqdim olunub

Hərbi 02 Noyabr 2026, 13:35

455

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi orta qrant müsabiqəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi çərçivəsində nəşr edilmiş “23 saat 43 dəqiqə” kitabının təqdimat mərasimi keçirilib.

 

Citypost.az Herbiand.az-a istinadən xəbər verir ki, 30 oktyabr tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, qazilər, media mənsubları, eləcə də 52 antiterror şəhidinin respublikamızın ən müxtəlif guşələrindən gəlmiş ailə üzvləri iştirak ediblər.

Şəhidlərin xatirəsini anmaqla və Azərbaycan himninin sədaları altında başlanan tədbirdə ilk olaraq kitabın baş rəyçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov çıxış edərək günümüzdə Qarabağ zəfərimizlə bağlı olan kitabların aktuallığından, bu işə verilən hər bir töhfənin əhəmiyyətindən danışıb, “23 saat 43 dəqiqə” kitabının bədii-sənədli məziyyətlərindən bəhs edib.

YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Azərbaycan dövlətinin müharibə şəhidləri və qaziləri üçün yaratdığı şəraitdən danışıb, kitabda bu barədə ayrıca qeydlər olduğunu vurğulayıb, dövlətin öz şəhidlərinin, qazilərinin yanında olmasını Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir ölkənin əsas prioriteti olduğunu vurğulayıb.

Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis bildirib ki, kitabda əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan ordusunun tərkibi, xüsusi təyinatlılar və komandoların misilsiz şücaəti, aparılan hərbi əməliyyatın xarakteri, silah növləri, cəbhələrin təsnifatı, əsas döyüşlər, düşmənin kapitulyasiyası, əldə edilən silah-sursat, düşmənin yeraltı hərbi baza və qərargahlarının təsviri, müharibə canilərinin həbsi, Xankəndiyə üçrəngli bayrağın sancılması, Yevlaxdakı reinteqrasiya görşüşləri, Xankəndi zəfər paradı, əməliyyata dünya siyasətçilərinin, mediasının, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi mənzərəsi öz əksini tapıb, əməliyyatda iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri yer alır.

Qeyd edilib ki, 3 fəsildən ibarət kitabı unikal edən antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin ailə üzvlərinin kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim etməsidir.

Daha sonra antiterror şəhidlərindən Ruslan Lalayevin atası Akif Lalayev, Aqil Əkbərovun atası Fayəddin Əkbərov, Mikayıl Həmidlinin anası Lalə Həmidova, Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı, Elxan Nəcəfinin həyat yoldaşı Əsmayə Nəcəfi, Rəşad Hüseynovun qızı Rəşidə Hüseynova çıxış ediblər, bu dəyərli nəşrə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fonduna, müəllifə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir iştirakçılarına kitablar hədiyyə edilib.

Xatırladaq ki, “23 saat 43 dəqiqə” kitabının redaktorları Əkbər Qoşalı və İntiqam Yaşar, fəsil şeirlərinin müəllifi Nigar Həsənzadə, naşiri Akif Şahbazovdur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - “Forbes”

Azərbaycan hərbi hava qüvvələrini sürətlə gücləndirir və 4,2 milyard dollar dəyərində 40 müasir “JF-17C Block III” qırıcı təyyarəsinin alınmasını təsdiqləyir.Citypost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.Nəşrin məlumatına görə, bu, ölkə tarixində ən böyük döyüş təyyarəsi alışıdır. pizzaKöhnəlmiş “MiG-29” təyyarələrini əvəz edəcək bu 4,5 nəsil təyyarələr Bakını Cənubi Qafqazın ən güclü hava qüvvələri səviyyəsinə çatdıracaq. Azərbaycan mövcud arsenalına Rusiya “S-300” və İsrail “Barak”larını da daxil edən yeni Çin strateji “HQ-9BE” hava hücumundan müdafiə sistemlərini də nümayiş etdirib.Milyardlarla dollarlıq investisiya martın 5-də Naxçıvana edilən dron hücumundan sonra qoyulub. İranla müharibənin başlamasından bəri Azərbaycana heç bir zərbə dəyməyib.İyulun...

03 Avqust 2026, 11:17

Trampın son qərarının arxasında kim dayanır?

ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi addım atmaq qərarından imtina etməsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın rol oynadığı iddia edilir.

03 Avqust 2026, 10:32

65 yaşa çatdıqdan sonra pensiya kapitalı aylıq ödənişə əlavə olunurmu?

İkinci qrup əlilliyi olan və uzun illərdir ömürlük pensiya alan vətəndaşların ən çox ünvanladıqları suallardan biri də pensiya kapitalının sonradan aylıq ödənişlərə necə təsir etməsi ilə bağlıdır. Xüsusilə əmək fəaliyyətini davam etdirən, rəsmi şəkildə işləyən və fərdi hesabında müəyyən məbləğdə pensiya kapitalı toplanan şəxslər bu vəsaitin gələcəkdə pensiyalarına əlavə olunub-olunmayacağını öyrənmək istəyirlər.Citypost.az-ın məlumatına görə, hüquq mütəxəssislərinin sözlərinə görə, əgər vətəndaşa əlilliyə görə əmək pensiyası təyin olunubsa və həmin müddətdə onun fərdi hesabında pensiya kapitalı formalaşıbsa, bu kapital sonrakı mərhələdə pensiya məbləğinin artmasına təsir göstərə bilər.Mütəxəssislər bildirirlər ki, Azərbaycan qanunvericiliyinə əsasən əmək pensiyaları üç əsas növə bölünür: yaşa görə əmək pensiyası,...

30 İyun 2026, 09:28

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə 29 sentyabr - 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə CityPost.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - MN-dən bildirilib....

29 Sentyabr 2025, 10:50

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.CityPost.az    xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur.  R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq....

28 Avqust 2025, 10:34

Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə 25-29 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq"....

25 Avqust 2025, 10:28