Bizə yazın

Baku

-°C

USD

-

Ölkənin ən güclü konkurçuları Bakıda yarışacaq

İdman 02 Noyabr 2026, 13:20

515

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Citypost.az-a bildirilib ki, ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.

Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar. Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaq.

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb."Report" xəbər verir ki, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb.Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçu ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırıb.Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur....

02 Noyabr 2026, 08:14

Cüdoçumuz Avropa çempionatında qızıl medal qazanıb

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.Citypost.az  xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.Həlledici görüşdə Rəhimov Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçumuz 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.Neapolda keçirilən fərdi yarışlarda 36 ölkədən 275 cüdoçu iştirak edir....

31 Oktyabr 2026, 08:00

Azərbaycan güləşçiləri dünya çempionatında uğurla çıxış edir

Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.Citypost.az xəbər verir ki, Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) buna nail olublar.A.Djioyev 1/4 finalda Yunanıstan təmsilçisi Georgios Kuqiumtsidisi məğlub edib. G.Meşvildişvili eyni raundda Türkiyə idmançısı Hakan Büyükçınqıldan üstün olub.Nurəddin Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, Kənan Heybətov 1/4 finalda ABŞ-dən olan Zein Rizerforda uduzub.Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb....

30 Oktyabr 2026, 15:16

"Sumqayıt" güləşçiləri "Gəncə Kuboku"na sahib çıxıblar

Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə güləş üzrə "Gəncə Kuboku" keçirilib.Citypost.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan turnir komanda yarışından ibarət olub.İlk dəfə keçirilən "Gəncə Kuboku"nda 8 komanda çıxış edib. U-15 yaş qrupu üzrə təşkil edilən yarışda "Sumqayıt" güləşçiləri kuboka sahib çıxıb. "Gəncə-1" komandası 2-ci, "Lənkəran" kollektivi isə 3-cü yeri tutub.Turnirin keçirilməsində məqsəd yeniyetmə idmançılar arasında rəqabət mühitini gücləndirmək, bölgələrdə güləşin inkişafına dəstək vermək, idmançıların yarış təcrübəsini artırmaq və perspektivli güləşçilərin üzə çıxarılmasına şərait yaratmaq olub....

28 Oktyabr 2026, 20:17

Natiq Muxtarlı: "Qızıl top" artıq siyasi mükafatdır

İdman yazarı Natiq Muxtarlı “Qızıl top” mükafatının səsverməsini tənqid edib. Citypost.az xəbər verir ki, jurnalist fikirlərini Facebook səhifəsində bölüşüb.Müəllifin sözlərinə görə, mükafatın səsverməsi “Avroviziya”nın səsverməsini xatırladır:"“Qızıl top”un səsverməsi “Avroviziya”nın səsverməsinə bənzəyir artıq. Heç bir ədalət prinsipi yoxdur."N.Muxtarlı qeyd edib ki, Çempionlar Liqasının qalibi PSJ, dünya çempionu isə İspaniya yığması olsa da, mükafatı Almaniyada çoxlu qol vuran Harri Keyn qazanıb. O, Bundesliqada rəqabətin zəif olduğunu iddia edib:"Rəqabətin olmadığı Bundesliqada “Bayern”in heyətində istənilən hücumçu çoxlu qol vurur. Levandovski vurmurdu?"Yazar Çempionlar Liqası və dünya çempionatının əhəmiyyətinin mükafat verilərkən nəzərə alınmadığını bildirib:"ÇL, DÇ-nin qalibi olmaq asandır? Bu turnirlər o qədər əhəmiyyətsizdir ki, Bundesliqanın bombardirinə...

28 Oktyabr 2026, 09:04

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündəki ilk oyununda Macarıstan təmsilçisi "Uypeşt"ə qalib gəlib.Citypost.az xəbər verir ki, Polşadakı "Prezero Arena"da baş tutan turnirin əsas mərhələsinin I turunun görüşü təmsilçimizin 5:4 hesablı qələbəsi ilə bitib."Qırmızı-ağlar"ın heyətində Oktay Rüstəmli het-trik edib. Digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.Komanda növbəti oyununu sabah Bosniya və Herseqovinanın "Buba Mara" kollektivinə qarşı keçirəcək. Sözügedən matç saat 17:30-da başlayacaq....

27 Oktyabr 2026, 19:28