Bizə yazın

Baku

-°C

USD

-

Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub

Cəmiyyət 06 Noyabr 2026, 18:56

279

Belçikanın paytaxtı Brüsseldə 8 Noyabr - Zəfər Günü münasibətilə "Azərbaycanın ruhu" adlı bayram konserti keçirilib.

"Report"un Avropa bürosu xəbər verir ki, tədbir Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı (Aİ) səfirliyi, həmçinin ölkənin NATO yanındakı nümayəndəliyi tərəfindən birgə təşkil olunub.

Dəvətlilər arasında Belçikanın dövlət və siyasi dairələrinin, beynəlxalq təşkilatların, NATO-nun, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Açılışda Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə və NATO yanındakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə çıxış ediblər.

Diplomatlar Zəfərin tarixi əhəmiyyəti və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 2020-ci ilin 44 günlük Vətən müharibəsindən tutmuş 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərinə qədər keçdiyi şanlı yolu barədə danışıblar.

Çıxışlar zamanı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsində, eləcə də həm hərbi, həm də diplomatik sahələrdə mühüm uğurların qazanılmasında Prezident İlham Əliyevin həlledici rolu xüsusi qeyd olunub.

Diplomatlar həmçinin dövlət başçısının postmünaqişə dövründə sülh gündəliyinin təşviq edilməsi və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki təşəbbüslərini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan əvvəlcə döyüş meydanında qələbə qazanıb, indi isə regionda dayanıqlı sülhün bərqərar olması üçün ardıcıl addımlar atır.

Qeyd olunub ki, Bakının təklif etdiyi sülh gündəliyi Cənubi Qafqazda yeni siyasi mərhələnin formalaşması üçün təməl yaradır. Çıxış edənlər həmçinin möhkəm sülhə nail olmaq üçün zəruri şərtləri və onun regionun gələcək inkişafı üçün açdığı perspektivləri diqqətə çatdırıblar.

Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının təqdim etdiyi musiqi proqramına muğam, xalq mahnıları və ənənəvi Azərbaycan rəqsləri daxil edilib. Konsertin sonunda sənətçilər birlikdə "Ey Vətən" mahnısını ifa ediblər.

Proqramın vizual müşayiətində Şuşa, Bakı və işğaldan azad edilmiş ərazilərdən olan, o cümlədən Qarabağdakı bərpa işlərinə həsr olunmuş kadrlar nümayiş edilib.

Konsert Azərbaycanın 2020-ci ilin 44 günlük müharibəsindəki qələbəsinin növbəti ildönümünə həsr edilmiş tədbirlərin bir hissəsi olub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb

Hərbi Prokurorluğun rəhbərliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə yeni başlamış gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb.Bu barədə Citypost.az-a Hərbi Prokurorluqdan məlumat verilib.Bildirilib ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi zəfərin əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında göstərilən qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.Tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.Tədbirin sonunda xidmətdə fərqlənən hərbi...

06 Noyabr 2026, 18:30

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər

8 Noyabr – Zəfər Günü münasibətilə Polis Akademiyasının kursantları tərəfindən fləşmob təşkil olunub.Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, fləşmobda kursantların iştirakı ilə ərsəyə gələn kompozisiyada xalqımızın tarixi Zəfərini, milli qürurunu və qalibiyyət əzmini ifadə edən “Zəfərə atılan imza” və “Zəfərin memarı” sözləri əks olunub.Fləşmobun məqsədi Azərbaycanın şanlı Qələbəsinin əhəmiyyətini, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gənc nəsil tərəfindən uca tutulduğunu və gələcək nəsillərə ötürülən milli qürur və iftixar mənbəyi olduğunu nümayiş etdirməkdir...

06 Noyabr 2026, 18:22

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının (MR) Daimi Nümayəndəliyi ləğv edilib.Citypost.az  oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.Qərara əsasən, Naxçıvan İqtisadiyyat Nazirliyi bu sənədə əsasən Bakı şəhərində Naxçıvan MR Daimi Nümayəndəliyinin (bundan sonra – Daimi Nümayəndəlik) ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində Nazirliyin, Naxçıvan MR Maliyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.Qərar noyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib....

06 Noyabr 2026, 17:42

Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 5 və 6 noyabr tarixlərində Samux rayonunda vətəndaşları qəbul edib.Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbulda Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarından ümumilikdə 119 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib.Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata...

06 Noyabr 2026, 17:39

Tərtərdə qətldə təqsirləndirilən şəxsin işi Ağır Cinayətlər Məhkəməsində baxılacaq

Tərtərdə ər-arvadı öldürməkdə təqsirləndirilən Vüqar Baxşəliyevin cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Citypost.azxəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Avqustun 6-da Tərtər şəhərinin Nəriman Nərimanov küçəsində fərdi yaşayış evində yanğın baş verib. Evdə 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Əsgər Səmədovun üzərində zorakılıq əlamətləri olan yanmış meyitləri aşkarlanıb.İstintaqın versiyasına görə, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev pul ələ keçirmək məqsədilə evə daxil olub, ər-arvada kəsici alətlə xəsarət yetirib və evdən külli miqdarda pul götürüb. Onun cinayətin izlərini gizlətmək üçün özü ilə gətirdiyi yanacaqla evi və zərərçəkmişləri yandıraraq onları qəsdən öldürdüyünə dair...

06 Noyabr 2026, 17:33

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib.Bu barədə Citypost.az-a  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli və "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.Belə ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Tahir Ayralovun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq, Bakı Apellyasiya...

06 Noyabr 2026, 17:25