Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəmiyyət 06 Noyabr 2026, 16:07
356
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Citypost.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma Soltanlı kəndində görülən işlər barədə məlumat verdi.
Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.
Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi - su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. Layihə üzrə Soltanlı kəndində ikimərtəbəli inzibati bina, uşaq bağçası, həkim-tibb məntəqəsi, həmçinin çoxfunksiyalı bina tikilib. Kənddə aptek, market, dərzi, gözəllik salonu və digər xidmət mərkəzləri üçün nəzərdə tutulmuş bir və iki mərtəbəli hissələrdən ibarət olmaqla çoxfunksiyalı bina inşa edilib.
Həmçinin oxuyun
Kənddə inşa olunmuş 140 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada metodika, kompüter, oyun, musiqi otaqları, yeməkxana uşaqların ixtiyarına veriləcək.
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı
Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağıə təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb.Citypost.az Axar.az-a istinadən sosial şəbəkədə yayılan siyahını təqdim edir:Baş nazir: Əli Həsənov (Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi);Vitse-prezident: Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri);Daxili işlər naziri: Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, DİN-in sabiq əməkdaşı);Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi: Fikrət Əliyev (R.Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı);Ədliyyə naziri: İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat);İqtisadiyyat naziri: Abbas Abbasov (Baş nazirin keçmiş müavini, hazırda Rusiyada yaşayır);Baş prokuror: Timur Mehdiyev (Ramiz Mehdiyevin oğlu);PA rəhbəri: Fatma Abdullazadə (PA-nın sabiq şöbə...
06 Noyabr 2026, 16:11
Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, “Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl dövlətimizin başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi.Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal olunacaq. Ərazisi 10 hektar olan müəssisənin illik istehsal gücü 150 min tondur. Məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur. Burada İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. İstehsal prosesi suyun təmizlənməsi, şərbət hazırlanması, qarışdırma,...
06 Noyabr 2026, 16:08
TƏBİB sədri onu işdən çıxardı - Foto
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) Poliklinika şöbəsinin müdiri Mirnazir Muxtarov tutduğu vəzifədən azad olunub.Citypost.az Nocomment.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB sədri Bahadur Rzayev müvafiq əmr imzalayıb.
06 Noyabr 2026, 15:42
Zakir Fərəcov və Abdin Fərzəliyev Polad Həşimovun anasını ziyarət etdilər
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı xəstəxanada ziyarət ediblər.Citypost.az xəbər verir ki, icra başçıları səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilən Səmayə Həşimovanın sağlamlıq vəziyyəti ilə maraqlanıb, ona şəfa diləyiblər.Qeyd edək ki, hazırda Səmayə Həşimovanın müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir....
06 Noyabr 2026, 15:38
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.Prezident İlham Əliyev sakinlərə mənzillərin açarlarını təqdim edib.
06 Noyabr 2026, 14:49
Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.Bu barədə Citypost.az-a ƏƏSMN-dan məlumat verilib.Bildirilib ki, vətəndaşlar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
06 Noyabr 2026, 14:38