Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Dünya 06 Noyabr 2026, 18:00
387
Noyabrın 7-də səhər saatlarında Ay və Venera 2026-cı il ərzində ən yaxın məsafədə görünəcək.
Modern.az “Forbes”ə istinadən xəbər verir ki, noyabrın 6-da Venera nazik Aypara ilə yanaşı müşahidə olunacaq. Növbəti gün isə cəmi 3 faiz işıqlanan Ay Veneradan bir dərəcədən də az məsafədə yerləşəcək.
Mütəxəssislər bu mənzərəni Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl, şərq və cənub-şərq istiqamətində açıq üfüqdən izləməyi tövsiyə edirlər.
Həmçinin oxuyun
Noyabrın 17-18-də Leonid meteor yağışının maksimum aktivliyi, noyabrın 21-də Merkurinin qərb elongasiyası, noyabrın 24-də isə super Ay hadisəsi gözlənilir.
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə etdilər
Qətər əmiri şeyx Təmim bin Həməd Ali Tani və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qətər əmiri ofisinin bəyanatında bildirilib.Tərəflər, həmçinin, iki ölkə arasındakı strateji münasibətləri və onların daha da möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.Liderlər İran ətrafında gərginliyin azaldılması üzrə beynəlxalq səyləri, o cümlədən Qətər tərəfindən atılan addımları müzakirə ediblər. Bu addımlara böhranı aradan qaldırmağa, regionda təhlükəsizlik və sabitliyi təmin etməyə imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması məqsədilə maraqlı tərəflərin mövqelərinin yaxınlaşdırılması və danışıqlar prosesinə kömək göstərilməsi daxildir.Qətər əmiri fikir ayrılıqlarının həlli və gərginliyin...
06 Noyabr 2026, 17:55
"Cəhənnəm Necati"nin əsas adamlarından biri həbs edildi - Foto
Türkiyənin Manisa vilayətində "Cəhənnəm Necati" kimi tanınan Necati Arabacının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın əsas şəxslərindən biri hesab olunan 39 yaşlı A.P. saxlanılıb.Oxu.Az-ın "Hürriyet"ə istinadən məlumatına görə, axtarışda olan şəxs barəsində artıq qüvvəyə minmiş 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası var.Sözügedən əməliyyat İzmir polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.İstintaqın məlumatına görə, axtarışda olan şəxs Manisa ərazisində gizlənibmiş. A.P. cinayət törətmək məqsədilə təşkilat yaratdığına görə İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunmuşdu. O, yaxalandıqdan sonra məhkəməyə gətirilib və barəsində həbs qərarı icra olunub.Şəxs cəzaçəkmə müəssisəsinə göndərilib....
06 Noyabr 2026, 14:44
Ərdoğanın müavini həbs edildi
Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Bildirilib ki, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinərək məhkəməyə göndərilib.Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.İş üzrə İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömər Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Məhkəmənin qərarına əsasən, onların hər ikisi mütəmadi olaraq imza atmalı və ölkədən çıxmamalıdır.Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər...
06 Noyabr 2026, 10:13
Sabiq deputata AĞIR cəza : 12 İL HƏBS verildi
Makaoda keçmiş deputat 12 il 6 ay müddətinə həbs cəzasına məhkum edilibCitypost.az AFP agentliyinə istinadən xəbər verir ki, Çinin xüsusi inzibati bölgəsi olan Makaoda keçmiş deputat və demokratiya fəalı Au Kam San təxribat və digər cinayətlərdə təqsirli bilinərək 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.69 yaşlı Au Kam San 2023-cü ildə Makaoda milli təhlükəsizlik qanunları əsasında məhkum edilən ilk şəxs olub. O, 1999-cu ildə Portuqaliyanın idarəçiliyindən Çinə qaytarılan Makaoda uzun illər siyasi fəaliyyət göstərib. Keçmiş deputat 1989-cu ildə Pekində Tiananmen meydanında baş verən hadisələrin qurbanlarını anmaq üçün hər il keçirilən tədbirlərin təşkilində də iştirak edib.Məhkəmənin açıqlamasına görə, 2025-ci ilin...
06 Noyabr 2026, 09:41
Avstraliya İndoneziyaya C-130 HƏRBİ TƏYYARƏSİ GÖNDƏRDİ – Əməliyyatın detalları
Avstraliya İndoneziyadakı meşə yanğınları ilə mübarizə üçün hərbi təyyarələr göndərirCitypost.az AFP agentliyinə istinadən xəbər verir ki, Avstraliya hökuməti İndoneziyanın Borneo adasında baş verən və bölgədə zəhərli dumanın yayılmasına səbəb olan meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə ölkəyə hərbi nəqliyyat təyyarəsi göndərib.Aylardır davam edən yanğınlar geniş əraziləri əhatə edib. Nəticədə yaranan hava çirkliliyi insan sağlamlığı üçün ciddi təhlükə törətməklə yanaşı, qonşu ölkələrə də yayılıb və İndoneziyanın region dövlətləri ilə münasibətlərinə mənfi təsir göstərib.İndoneziya Fəlakət Agentliyinin rəhbəri Kristomei Sianturi bildirib ki, Avstraliyaya məxsus C-130 Hercules hərbi nəqliyyat təyyarəsi cümə axşamı yerli yanğınsöndürmə əməliyyatlarına dəstək vermək üçün Cakartadan Şərqi Kalimantan əyalətinə yola düşüb. Onun...
06 Noyabr 2026, 09:36
Almaniyada immiqrant sahibkarlar sağçı qüvvələrə etiraz olaraq tətil keçiriblər
Almaniyanın Halle şəhərində immiqrant sahibkarlar ifrat sağçı qüvvələrin güclənməsinə və artan irqçilik hallarına etiraz olaraq bir günlük tətil keçiriblər. Aksiyanın iştirakçıları immiqrantların şəhərin iqtisadi və sosial həyatındakı əhəmiyyətini nümayiş etdirməyə çalışıblar.Citypost.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.Noyabrın 5-də keçirilən “Bizsiz Halle?” adlı aksiya çərçivəsində təxminən 30 müəssisə fəaliyyətini dayandırıb. Bərbərxanalar, restoranlar, fast-food obyektləri və kiçik mağazalar nümayişə qoşularaq vitrinlərini qırmızı-ağ lentlərlə işarələyiblər. Aksiya iştirakçıları bununla immiqrantların şəhərin gündəlik həyatında və iqtisadiyyatında oynadığı rola diqqət çəkmək istəyiblər.Aksiya çərçivəsində şəhərin bazar meydanında təxminən 200 nəfər toplaşaraq immiqrantlara və qaçqınlara qarşı artan düşmən münasibətə etiraz edib. Təşkilatçılardan Dalal Mirzo bildirib...
06 Noyabr 2026, 00:55