Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
Cəmiyyət 06 Noyabr 2026, 16:24
450
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.
Citypost.az xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunacaq yollar açıqlanıb.
Bildirilib ki, hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;
II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - metronun “İçərişəhər” stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
Həmçinin oxuyun
III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək.Citypost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Neftçala, Salyan, Qəbələ, İsmayıllı, Göyçay, Ucar, Ağdaş, Ağsu, Kürdəmir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
06 Noyabr 2026, 16:17
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı
Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağıə təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb.Citypost.az Axar.az-a istinadən sosial şəbəkədə yayılan siyahını təqdim edir:Baş nazir: Əli Həsənov (Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi);Vitse-prezident: Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri);Daxili işlər naziri: Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, DİN-in sabiq əməkdaşı);Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi: Fikrət Əliyev (R.Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı);Ədliyyə naziri: İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat);İqtisadiyyat naziri: Abbas Abbasov (Baş nazirin keçmiş müavini, hazırda Rusiyada yaşayır);Baş prokuror: Timur Mehdiyev (Ramiz Mehdiyevin oğlu);PA rəhbəri: Fatma Abdullazadə (PA-nın sabiq şöbə...
06 Noyabr 2026, 16:11
Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, “Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl dövlətimizin başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi.Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal olunacaq. Ərazisi 10 hektar olan müəssisənin illik istehsal gücü 150 min tondur. Məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur. Burada İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. İstehsal prosesi suyun təmizlənməsi, şərbət hazırlanması, qarışdırma,...
06 Noyabr 2026, 16:08
Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma Soltanlı kəndində görülən işlər barədə məlumat verdi.Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi -...
06 Noyabr 2026, 16:07
TƏBİB sədri onu işdən çıxardı - Foto
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) Poliklinika şöbəsinin müdiri Mirnazir Muxtarov tutduğu vəzifədən azad olunub.Citypost.az Nocomment.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB sədri Bahadur Rzayev müvafiq əmr imzalayıb.
06 Noyabr 2026, 15:42
Zakir Fərəcov və Abdin Fərzəliyev Polad Həşimovun anasını ziyarət etdilər
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı xəstəxanada ziyarət ediblər.Citypost.az xəbər verir ki, icra başçıları səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilən Səmayə Həşimovanın sağlamlıq vəziyyəti ilə maraqlanıb, ona şəfa diləyiblər.Qeyd edək ki, hazırda Səmayə Həşimovanın müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir....
06 Noyabr 2026, 15:38