Bizə yazın

Baku

-°C

USD

-

Zakir Fərəcov vətəndaşlarla növbəti səyyar qəbul keçirib

Cəmiyyət 06 Noyabr 2026, 17:18

277

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla növbəti səyyar qəbulu şəhərin 22-ci məhəlləsində keçirilib.

Şəhər İcra Hakimiyyətindən Citypost.az-a verilən məlumata görə, İH-nin məsul əməkdaşlarının və aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdiyi görüşdə sakinlər müraciət və təkliflərini birbaşa səsləndirmək imkanı əldə ediblər.

Qəbulda msakinlərin sosial-məişət qayğıları və onları maraqlandıran digər məsələlər müzakirə olunub. Vətəndaşların qaldırdıqları məsələlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinin izahatları dinlənilib.

Zakir Fərəcov müraciətlərdə əksini tapan problemlərin həlli üçün görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib. Əlavə araşdırılması tələb olunan məsələlərin nəzarətdə saxlanılması, nəticələri barədə sakinlərin məlumatlandırılması aidiyyəti şəxslərə həvalə olunub.

Görüşdə qeyd edilib ki, vətəndaşlarla yerlərdə keçirilən qəbullar mövcud ehtiyacların daha dəqiq müəyyənləşdirilməsinə və xidmət təşkilatları ilə sakinlər arasında əlaqələrin gücləndirilməsinə imkan yaradır. Qurum rəhbərlərinin müraciətlərə diqqətlə yanaşmasının və həlli mümkün olan məsələlər üzrə vaxtında tədbir görməsinin vacibliyi diqqətə çatdırılıb.

Şəhərin inkişafı istiqamətində görülən işlərdən danışan Zakir Fərəcov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birinin vətəndaşların rifahının yüksəldilməsi olduğunu bildirib. Sumqayıtda aparılan abadlıq işlərinin, infrastruktur layihələrinin və kommunal xidmətlərin yaxşılaşdırılması üzrə tədbirlərin də sakinlər üçün daha rahat yaşayış mühitinin yaradılmasına xidmət etdiyi vurğulanıb.

Sakinlər onlarla birbaşa ünsiyyətə, müraciətlərinə göstərilən diqqətə və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə təşəkkürlərini ifadə ediblər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib.Bu barədə Citypost.az-a  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli və "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.Belə ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Tahir Ayralovun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq, Bakı Apellyasiya...

06 Noyabr 2026, 17:25

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihə həyata keçirilib.Citypost.az xəbər verir ki, Bu məqsədlə Bala Şahağac kəndində layihənin açılış mərasimi təşkil olunub.Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlqar Gülməmmədov, Agentliyin sədrinin müşaviri Zakir Quliyev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya QSC-nin icraçı direktoru Elçin Məmmədov, Agentliyin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.Çıxışlar zamanı bildirilib ki, ölkə regionlarında əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilir. Bu təşəbbüslər regionların...

06 Noyabr 2026, 17:24

Kamran Əsədov ittihamı qəbul etmədi – Prokuror 3 il həbs istədi

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Citypost.az APA-a istinadən xəbər verir, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədov və Gündüz Abbasov son sözlə çıxış ediblər.Kamran Əsədov elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib. Gündüz Abbasov isə özünü qismın təqsirli bildiyini bildirib.Daha sonra dövlət ittihamçısı çıxış edib.Prokuror Kamran Əsədovun 3 il, Gündüz Abbasovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.Proses noyabrın 20-də davam etdiriləcək.Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış...

06 Noyabr 2026, 16:47

Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.Citypost.az xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunacaq yollar açıqlanıb.Bildirilib ki, hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - metronun “İçərişəhər” stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi -...

06 Noyabr 2026, 16:24

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək.Citypost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Neftçala, Salyan, Qəbələ, İsmayıllı, Göyçay, Ucar, Ağdaş, Ağsu, Kürdəmir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

06 Noyabr 2026, 16:17

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağıə təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb.Citypost.az Axar.az-a istinadən  sosial şəbəkədə yayılan siyahını təqdim edir:​Baş nazir: Əli Həsənov (Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi);​Vitse-prezident: Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri);​Daxili işlər naziri: Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, DİN-in sabiq əməkdaşı);​Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi: Fikrət Əliyev (R.Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı);​Ədliyyə naziri: İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat);​İqtisadiyyat naziri: Abbas Abbasov (Baş nazirin keçmiş müavini, hazırda Rusiyada yaşayır);​Baş prokuror: Timur Mehdiyev (Ramiz Mehdiyevin oğlu);​PA rəhbəri: Fatma Abdullazadə (PA-nın sabiq şöbə...

06 Noyabr 2026, 16:11